Naxçıvançay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naxçıvançay
Ölkə  Azərbaycan
Region
Rayon
Şəhər
Mənsəbi Araz su anbarı
Uzunluğu 81 km
Su sərfi 5,23 m³/s
Hövzəsinin sahəsi 1630 km²

Naxçıvançay - Araz çayının sol qolu. Şahbuz rayonuNaxçıvan şəhəri ərazisindən axır.

Naxçıvan Muxtar Respublikasının ən böyük və ən sulu çayı hesab edilir. Uzunluğu 81 km, hövzəsinin sahəsi 1630 km²-dir. Başlanğıcını Keçəldağın cənub yamacından (2720 m) alır. Başlıca qolları sağdan, Tapıdaşqara (uzunluğu 15 km), Sələsüzçay (uzunluğu 19 km), Cəhriçay (uzunluğu 45 km), soldan, Şahbuz (uzunluğu 27 km), Kükü (uzunluğu 20 km), Qahabçay (uzun-luğu 21 km) çaylarıdır. Axımı qar (38%), yağış (22%) və yeraltı (40%) sulardan əmələ gəlir.

İllik su sərfi 5,23 kub m/san-dir. Bunun da 60%-i yaz, 20%-i yay, 9%-i payız, 11%-i isə qış fəslində keçir. İntensiv suvarma dövründə illik axımının 8-10%-i axıdılır. Yayda yağan güclü yağışlar çayda tez-tez dəhşətli sel əmələ gətirir.

Çayın orta illik asılı gətirmələr sərfi 3,67 kq/san, suyunun orta lillənməsi 700 q/kub m-dir. Daşqın dövründə suyunun lillənməsi 1000 q/kub m-ə qədər, artır. Suyu hidrokarbonatlı kalsiumlu olmaqla, minerallaşması, yuxarı axınında 150-mq/l, mənsəb hissəsində isə 300-500 mq/l-ə çatır. Naxçıvançayın suyundan suvarma işlərində geniş istifadə edilir.

Naxçıvan çayının hövzəsi

[redaktə | mənbəni redaktə et]

Onun mənbəyi Dərələyəz silsiləsinin cənub yamacında 2720 m mütləq hündürlükdə yerləşir. Çay yatağının ümumi enişi (düşmə meyilliyi) 1972 m-ə bərabərdir. Dağlıq ərazilərdə hövzənin uzununa meyilliyi 83% təşkil edir. Çayın ümumi meyilliyi 24%-ə bərabərdir. Çay mənbədən Biçənək məntəqəsinədək intensiv-parçalanmış yüksəkdağlıqdan keçir və cənub-şərq istiqamətli axına malikdir. Çay Biçənək məntəqəsindən sonra şimal-şərq istiqamətindən cənub-qərb istiqamətinə axır və burada subasar əmələ gəlir. Yataq orta və alçaq axınlarda müxtəlif tərkibli yaxşı cilalanmış valunlu-çaydaşı çöküntüləri ilə doldurulub. Terraslar dərənin geniş hissələrində və yan qolların mənsəblərində daha yaxşı qorunublar. 

Naxçıvançayın əsas sağ sahil qolları Qışlaqdərəsi, Qaludaşqara, Kükü, Saluz, Tirkəşçay, Cəyirçay çaylarıdır, sol sahil qolları – Gümrü, Nors, Şahbuz, Sirab, Qahab çaylarıdır və onların da üzərində altı terras yaxşı inkişaf edib. Naxçıvançayın bütün qolları sellidirlər.

Naçıvançayın əsas sel ocaqları morfoloji baxımdan geniş, əsasən düz olmayan qıfvari formalarda olur və yüksəkdağlıq ərazidə, 2400–3500 m və daha yüksək mütləq hündürlüklərdə yerləşirlər. Əlavə sel ocaqları morfoloji baxımdan çay hövzəsinin orta axınını tuturlar və 1400–2400 m mütləq hündürlükdə yerləşirlər. Alçaqda olan seləmələgətirici ocaqlar çay hövzəsinin aşağı axınında, alçaqdağlıq ərazidə 1200–1400 m mütləq hündürlükdə yerləşirlər.

Əsas sel ocağı ərazisində qırılma materialının hazırlığı və toplanması intensiv baş verir, bu səbəbdən bu ocaq, sel axınları üçün ovuntu materialının əsas təmsilçisidir. Əlavə sel ocaqları, qırıntı materiallarının nisbətən az toplanması ərazisidir. Burada gillicəli material da toplanır, hansı ki, sellərin qidalanmasında fəal iştirak edir və delluvial çöküntülərlə bərkidilibdir.

Naxçıvançayın qollarında sellərin formalaşma şəraiti və intensivliyi fərqlidir. Zəngəzur silsiləsinin intensiv parçalanmış qərb qayalıq yamaclarında altı sel ocağı yerləşir. Bu selli əraziyə Salvard, Gömür, Nursu, Şahbuz, Sirabçay və Qahabçay çaylarının hövzələri daxildir. Bu çay dərələri üzrə sellərin keçməsi eyni olmur, bu leysan yağışlarının yağması vaxtının müxtəlifliyindən asılıdır. Leysan yağışları nadir hallarda olur və bəzən kiçik əraziləri tutmaqla məhdudlaşır. İntensiv sel hadisələri Salvard, Gömür, Nursu və Şahbuz çaylarının dərələrində müşahidə olunurlar.  [1],[2],[3],[4],[5]

  1. Рустамов С.Г. – Реки Азербайджанской ССР и их гидрологические особенности. Диссер. на соиск. уч. степени доктора географ. наук. Москва-Баку, 1957, 453 с.
  2. Рустамов С.Г. – Селевые потоки в Азербайджане // Труды Ин-та географии АН Азерб. ССР. т. VII. Баку, 1957, с. 36-41
  3. Рустамов С.Г. – Классификация и районирование селевых потоков на примере Азербайджана // Труды IV Всесоюз. конф. по селевым потокам. Алма-Ата, 1959, с. 54-59
  4. Рустамов С.Г. – Реки Азербайджанской ССР и их гидрологические особенности. Баку: Изд-во АН Азерб. ССР, 1960, 196 с.
  5. Рустамов С.Г. - О состоянии изучения селей в Азербайджанской ССР и направление дальнейших исследований // Материалы Научно-технического совещания по вопросам методики изучения и прогноза селей, обвалов и оползней (тезисы докладов). Душанбе, 1970, с. 120-123

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]