39°58′58″ şm. e. 47°12′05″ ş. u.HGYO

Minaxorlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Minaxorlu
39°58′58″ şm. e. 47°12′05″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 127 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Minaxorlu xəritədə
Minaxorlu
Minaxorlu

MinaxorluAzərbaycan Respublikasının Ağcabədi rayonunun Minaxorlu kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Minaxorlu kəndi Kürdlər kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Minaxorlu kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kəndin yaxınlığında — Qarqarçayın yatağında eradan əvvəl VIII–VII əsrlər üçün səciyyəvi olan küplər aşkar edilib. Küplərdən dördü təmizlənərək tam açılıb. Bad üsulu ilə düzəldilən və müxtəlif ölçüdə olan bu küplər torpağa dik basdırılıb, kənarları gəc məhlulu ilə suvanıb. Onların yuxarı hissəsi dağılıb, bəzilərinin enli köbəli və kənarları kəndirvari naxışlı ağız hissələri içərisinə tökülüb. Küplərin mövcud hündürlüyü 0,8 metrə yaxındır. Gövdə hissədə diametrləri 0,9–1,1 metrdir. Yalnız 1 küpün gövdəsində üfüqi çubuqvari qulpu olan saxsı qaba rast gəlinib. Bütövlükdə isə küplərin ətrafında və içərisinə dolmuş torpaqda Erkən Dəmir dövrünün son mərhələsi — eradan əvvəl VIII–VII əsrlər üçün səciyyəvi olan xeyli nazik divarlı, qara cilalı, çərtmə naxışlı, bardaq tipli qab qırıqlarına təsadüf olunub. İlkin araşdırmalar Qarqarçay hövzəsində açılan küplərin də həmin dövrə aidliyini və maye (su və ya şərab) saxlanılan anbarın bir hissəsi olduğunu göstərir. Görünür, istiqamətini dəyişən Qarqarçay bu anbarın yerləşdiyi sahədən keçərək onu öz yatağının bir hissəsinə çevirib. Anbarın yaxınlığında — Qarqarçayın sol sahilində yerləşən və bəhs olunan dövrə aid zəngin yerüstü materialları olan Qurdlutəpə yaşayış məskəni ilə bağlılığını ehtimal etmək olar.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarqarçayın sahilində, Qarabağ düzündə yerləşir. Torpaq əlverişlidir və əkinə yararlıdır. Şimal və şərq küləyi üstünlük təşkil edir. Qərbdən əsən soyuq hava dalğası nəticəsində kənd yayı sərin, qışı isə soyuq keçir.

Kəndin ərazisində 1000-ə yaxın ev vardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əkinçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur.

Kənddə 1 kitabxana, poçt şöbəsi var.

Kənddə 1 məktəb, 1 bağça fəaliyyət göstərir.

Kənddə 1 təcili tibb məntəqəsi mövcuddur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.