Mexaniki çökmə yataq
Naviqasiyaya keç
Axtarışa keç
Mexaniki çökmə yataq — tərkibində faydalı qazıntılar olan süxurların mexaniki aşınması və hissəciklərin su axınları ilə daşınıb sonradan çökməsi nəticəsində əmələ gələn ilkin çökmə yataq. Daşınma prosesində hissəciklərin formasından, ölçüsündən, sıxlığından, davamlılığından və daşıyıcı mühitin sürətindən asılı olaraq mexaniki diferensiasiya baş verir. Mexaniki çökmə yataq tikinti materialları (çaqıl, qum, gil) yataqları, nəcib və nadir metal, almaz, qiymətli daşlar, səpinti yataqlar, habelə köklü yataqların yuyularaq yenidən çökməsi nəticəsində yaranan fosforit, kaolinit, dəmir, manqan və b. filiz yataqları aiddir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.