Meliss
Meliss | |
---|---|
Μέλισσος | |
Doğum tarixi | e.ə. 470 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 430 |
Dövr | Antik |
İstiqaməti | Eleya məktəbi, Sokrataqədərki fəlsəfə |
Əsas maraqları | fəlsəfə |
Meliss (q.yun. Μέλισσος, e.ə. 470, Samos, Şimali Egey adaları – e.ə. 430) — qədim yunan filosofu, Elea məktəbinin təmsilçisi olmuşdur.
Həyatı və təlimi
[redaktə | mənbəni redaktə et]Samos şəhərində doğulmuşdur. Siyasi və hərbi xadim idi. Samos savaşında Sofoklusun komandanlığı altında olan afinalıların donanmasını dağıda bilmişdir. Ancaq sonra dəniz döyüşündə Periklesə yenilmişdir. Bu qələbədən sonra Perikles Samosu ala bilmişdir.
O da başqa eleaçılar kimi varlığı bir tamlıq kimi təsəvvür edərək hərəkətin varlığını və boşluqların mövcud olmasını inkar edirdi. Melissusa görə varlıq elə kainatdır və o zaman içində sonsuzdur[1]. Deməli, sonsuzluq təkcə zamana deyil, həm də fəzaya aid edilir. Ehtimal olunur ki, Melissus ilk dəfə kainatın sonsuzluğu fikrini ortaya atmışdır. Həmçinin o qeyd etmişdir ki, tanrılar haqqında fikir yürütmək mümkün deyildir, çünki onlar dərk edilməzdir[2].
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 41-42. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 41-42. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
- Физика // Аристотель. Сочинения в четырех томах / Том 3. Перевод В. П. Карпова: М. Мысль, 1981.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Физика // Аристотель. Сочинения в четырех томах / Том 3. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine Перевод В. П. Карпова: М. Мысль, 1981, c. 62.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 386.