Marutey Tsurunen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marutey Tsurunen
8 fevral 2002 – 28 iyul 2013
1992 – 1995
Şəxsi məlumatlar
Doğum adı Martti Turunen
Doğum tarixi 30 aprel 1940(1940-04-30) (84 yaş)
Partiya
Fəaliyyəti siyasətçi, tərcüməçi, yazıçı
Dini lüteranlıq

Marutey Tsurunen (弦念 丸呈, Tsurunen Marutey?, 30 aprel 1940)finəsilli Yaponiya siyasətçisi. O, Yaponiya parlamentinə seçilmiş ilk xaricdə doğulmuş Avropa əsilli şəxsdir. Yaponiya Demokratlar Partiyasının üzvüdür. 2001–2013-cü illərdə Müşavirlər Palatasında fəaliyyət göstərmişdir.[1]

Tsurunen Finlandiyanın Lieksa bələdiyyəsinin Höntönvaara kəndində Martti Turunen adı ilə doğulmuşdur.[2] Uşaqlığını Yaankonvaara kəndində keçirmişdir. Davam müharibəsi zamanı o və ailəsi sovet əsgərlərinin kəndə etdikləri hücumdan sağ çıxan azsaylı şəxslərdən biri olmuşdur.[3]

1967-ci ildə həyat yoldaşı ilə birlikdə lüteran missiyası çərçivəsində Yaponiyaya səyahət etmişdir.[4] 1979-cu ildə Yaponiya vətəndaşlığına keçmiş,[5] 1981-ci ildə Kanaqava prefekturasında yerləşən Yuqavara qəsəbəsinə köçmüşdür.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Tsurunen 1992-ci ildə Yuqavara qəsəbə şurasına namizəd olmuş və 1051 səslə seçilmişdir.[6] Partiya üzvü olmadan 1995-ci ildə Kanaqava prefekturasının namizədi kimi Yaponiya parlamentinin Yuxarı palata seçkilərində iştirak etmişdir. 339.484 səs toplayaraq 4-cü olmuş və palatada yer tuta bilməmişdir. 1998-ci ildə yenə namizəd olaraq 502.712 səs toplamış, cəmi 8000 səs fərqi ilə məğlub olmuşdur. O, seçicilərə səslənərək "Mənə səs verin və göygözlü ilk Yaponiya vətəndaşını Yuxarı palataya göndərin" demişdir. O, həmçinin qanunverici orqanlar üçün cinsi kvota təklifi etmiş, parlament və yerli aasembleyaların 40–60% qadınlardan ibarət olmasını dəstəkləmişdir.[7]

2000-ci ildə Yaponiya Demokratlar Partiyasının üzvü kimi Aşağı palataya, 2001-ci ildə Yuxarı palataya namizəd olmuşdur. 2001-ci ildə 159.920 səslə yer tuta bilməmişdir.[8] Lakin palataya seçilmiş Kyosen Ohaşi 2002-ci ildə vəzifəsindən ayrıldığı üçün onun yerini əvəz etmək hüququ qazanmışdır. 2007-ci ildə keçirilmiş seçkilərdə 242.742 səs toplayaraq birbaşa Yuxarı palataya seçilmişdir.[9][10] Lakin 2013-cü ildə cəmi 82.858 səs toplayaraq parlamentdəki yerini itirmişdir.[1]

Tsurunen Saçiko Tanaka adlı yapon qadınla evlənmiş və ondan 2 uşağı olmuşdur. Onun fin həyat yoldaşından üç uşağı da var.[11]

Tsurunen 2015-ci ildə "Göygöz samuray" (fin Sinisilmäinen samurai) adlı avtobioqrafiyasını nəşr etdirmişdir.[11]

  1. 1 2 "Ol' blue eyes isn't back: Tsurunen's tale offers lessons in microcosm for DPJ – The Japan Times". The Japan Times. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  2. Viljakainen, Miika. "Martti Turunen lähti lähetystyöhön Japaniin 52 vuotta sitten – pian eteen tuli kipeä päätös, joka muutti elämän nimeä myöten" [Martti Turunen left for Japan as a missionary 52 years ago – soon he faced a painful decision that changed his life and his name] (Finnish). 21 October 2019. 1 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
  3. Brooke, James. "Yugawaramachi Journal; Japan's New Insider Speaks Up for the Outsiders". The New York Times. 8 March 2002. İstifadə tarixi: 16 iyul 2024.
  4. "Japan Zone (2008). Tsurunen Marutei". 2023-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  5. Strom, Stephanie. "Foreign, Yet Japanese, and Aiming for Parliament". The New York Times. 12 July 1998. İstifadə tarixi: 16 iyul 2024.
  6. Hiroto Nakata, "Tsurunen disappointed by fourth loss at polls", Japan Times, 31 iyul 2001
  7. Todd Crowell and Murakami Mutsuko, "Are voters ready for a change?", Asia Week, 10 iyul 1998
  8. "First Westerner headed for Diet", Japan Times, 30 yanvar 2002
  9. Jun Saito, "Nice finish for Tsurunen", The Asahi Shimbun, 30 yanvar 2002
  10. Tony Laszlo, "Former Finn goes to the Diet", Japan Times, 8 mart 2002
  11. 1 2 Lempinen, Marko. "Pielisjärveltä lähtenyt "sinisilmäinen samurai" sai ansiomitalin Japanin keisarilta – Marutei Tsurunen ei osaa vieläkään selittää, miksi jätti Suomen". Ilta-Sanomat (Finnish). 7 August 2021. 1 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]