Marsel Düşan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marsel Düşan
Henri-Robert-Marcel Duchamp
Marsel Düşan
Marsel Düşan
Doğum adı Henri-Robert-Marcel Duchamp[1][2]
Doğum tarixi
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri
Milliyyəti fransız
Vətəndaşlığı 1955-ci ildən Amerika Birləşmiş Ştatları vətəndaşı
Fəaliyyəti aktyor, şahmatçı, rəssam, heykəltaraş, fotoqraf, şair, kitabxanaçı, dizayner, incəsənət xadimi, vizual incəsənət rəssamı, kinorejissor, filosof, memarlıq çertyojçusu[d], rəssam-qravürçü[d]
Təhsili
Janrlar İmpressionizm, Kubizm, Fovizm, Dadaizm, Konseptualizm
Stillər dadaizm, sürrealizm, konseptualizm
Tanınmış işləri Pilləkənlə enən çılpaq, No. 2 (1912)
Fontan (Düşan) (1917)
Étant donnés (1946-66)
L.H.O.O.Q. (1919)
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 18872 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo PikassoAnri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub.

Uşaqlığı və təhsili

[redaktə | mənbəni redaktə et]
Düşan qardaşları (soldan sağa): Marsel Düşan, Jak ViyonRaymon Düşan-Viyon Jak Viyonun Pütodakı studiyasının bağçasında, 1914-cü il

Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər.

Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır:

Böyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub. 8 yaşı olanda o, qardaşlarının yolunu davam etdirir, Ruan şəhərində Pyer-Korneyll liseyində təhsil almağa başlayır. O, oxuduğu sinifdən başqa 2 şagirdlə uzunömürlü dost olur, hansılar ki, gələcəkdə Marsel kimi, tanınmış rəssam olacaqdılar: Robert Antuan PinçonPyer Dümon.[4] Növbəti 8 ildə o, intellektual inkişafa fokuslanmış təhsil rejiminə bağlanır. Lakin buna baxmayaraq, o, məşhur şagird ola bilmir, ən yaxşı bildiyi fənn riyaziyyat idi və məktəbdə bu fəndən 2 mükafat qazanmışdı. O, həmçinin 1903-cü ildə rəsm mükafatı alır və 1904-cü ildə təntənəli buraxılış mərasimində həsrətində olduğu ilk mükafatını qazanır və bundan sonra rəssam olacağına qəti qərar verir.

O, akademik rəssamlığı tələbələrini impressionizm, post-impressionizm və digər avanqard təsirlərdən qorumaq üçün uğursuz cəhdlər edən bir müəllimdən öyrənir. Lakin buna baxmayaraq, həmin vaxtlarda Düşanın həqiqi incəsənət məsləhətçisi qardaşı Jak Viyon idi. Onun ilk ciddi sənət cəhdləri bacısı Süzanı müxtəlif pozalarda təsvir edən, 14 yaşı olarkən çəkdiyi qara karandaşlı rəsm və akvarellərdən ibarət olur. Həmin yay o, həmçinin, yağlı boyadan istifadə edərək impressionist üslubunda mənzərələr çəkir.

Düşanın ilk sənət əsərləri post-impressionizm üslubunda olur. O, klassik texnika və subyektləri sınaqdan keçirir. Həmin dövrlərdə onu nələrin ilhamlandırdığı haqda soruşulanda o, sənətə görünüşcə anti-akademik olmayan, lakin individual yanaşan simvolist rəssam Odilon Redonun əsərlərini vurğulayır.

O, 1904-1905-ci illərdə Julian Akademiyasında incəsənət öyrənib, lakin bilyard oynamağı dərslərə getməkdən daha üstün tuturdu. Bu vaxt ərzində Düşan ədəbsiz yumorların əks olunduğu karikaturalar çəkib satırdı. Rəsmlərin çoxusunda söz cinaslarından (bəzən bir neçə dildə), görüntü qarşılaşdırmalarından və ya hər ikisindən birlikdə istifadə edirdi. Söz və simvollarla bu cür oynamaq sonradan bütün həyatında onun təsəvvürünü məşğul edir.

1905-ci ildə o, 39-cu piyada alayında icbari hərbi xidmətinə başlayır, Ruanda çapçı işləyir. Burada gələcək işlərində istifadə edə biləcəyi tipoqrafiya və çap prosedur bacarıqlarını öyrənir.

Böyük qardaşı Jakın Kral Rəssamlıq və Heykəltaraşlıq Akademiyasında üzvlüyü sayəsində 1908-ci ildə "Payız salonu"nda Düşanın əsərləri sərgilənir. Növbəti il onun işləri "Müstəqil rəssamlar salonu"nda nümayiş etdirilir. Düşanın göstərilən əsərlərini tənqidçi Giyom Apolliner "Düşanın çox iyrənc çılpaq rəsmləri" adlandırır. 1911-ci ildə "Payız salonu"nda görüşdükdən sonra Düşan tanınmış rəssam Fransis Pikabia ilə ömürlük dost olur.

  1. 1 2 doğum haqqında şəhadətnamə.
  2. Lebel R. Marcel Duchamp // Encyclopædia Britannica (ing.).
  3. Artnet. 1998.
  4. Guy Pessiot, Histoire de Rouen volume 2 1900–1939 en 800 photographies Archived 22 January 2017 at the Wayback Machine, repr. Rouen: PTC, 2004, ISBN 9782906258877, p. 271 (in French)