Mark Şaqal
Mark Şaqal | |
---|---|
rus. Шагал, Марк Захарович belar. Мойша Захаравіч Шагалаў ivr. מאַרק זאַהאַראָוויטש שאַגאַל) | |
Doğum adı |
Моисей Хацкелевич Шагал Мовша Хацкелевич Шагал Moïche Zakharovitch Chagalov |
Doğum tarixi | |
Doğum yeri | Vitebsk, Rusiya imperiyası |
Vəfat tarixi | (97 yaşında) |
Vəfat yeri | Saint-Paul de Vence, Fransa |
Milliyyəti | Yəhudi |
Vətəndaşlığı | Fransa |
Fəaliyyəti | rəssam, rəssam-qravürçü[d], şair, litoqraf, dizayner, qrafika ustası[d], illüstrasiyaçı[d], səhnə dizayneri, heykəltaraş, memarlıq çertyojçusu[d], keramikaçı, boyakar[d] |
Təhsili | Zvantseva Rəssamlıq akademiyası |
Janrlar |
Kubizm Ekspressionizm |
Stillər | ekspressionizm |
Mükafatları | |
marcchagall.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mark Şaqal (rus. Шагал, Марк Захарович; ivr. מאַרק זאַהאַראָוויטש שאַגאַל) — yəhudi əsilli belarus və fransız rəssamı. Müasir impressionizm cərəyanının öncüllərindən biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mark Şaqal, yəhudi bir ailənin doqquz övladının ən böyüyü olaraq Belarusun Vitebsk şəhəri yaxınlığında yerləşən Lionzo kəndində dünyaya gəlmişdir.[1] Atası Zaxar Şaqal siyənək balığının ticarəti ilə məşğul olurdu. Anası isə Feige İte adlı yəhudi qadın idi. Rəssamın tablolarından da hiss olunduğu kimi Şaqal qayğısız bir uşaqlıq dövrü keçirmişdir. Şaqalın uşaqlıq dövrünün keçdiyi Pokrovskaya küçəsində yerləşən evi muzeyə çevrilmişdir.[2]
1906-cı ildə bölgənin tanınmış rəssamlarından olan Yehuda Penin yanında dərslər almağa başlamışdır. Qısa müdddətdən sonra, 1907-ci ildə Sankt-Peterburq şəhərinə köçmüşdür. Şaqal Peterburqda Mədəniyyət Dəstəkçiləri tərəfindən maliyyələşdirilən məktəbə daxil olur və dönəmin tanınmış siması Nikolay Rerix ilə tanış olur. Təhsil aldığı müddət ərzində Şaqal müxtəlif rəssamlıq cərəyanları və formaları ilə tanış olmaq fürsəti əldə edir. 1908–1910-cu illər ərzində Zvantseva Rəssamlıq akademiyasında aldığı təhsil zamanı Leon Bakst ilə birlikdə işləmişdir.
Həmin dönəmdə Sankt-Peterburq şəhərində yaşayan yəhudilərin şəhərdə xüsusi icazə ilə qala bilmələri rəssamı çətin duruma salır. Şaqal mənsub olduğu etnik qrupa qarşı tətbiq edilən qaydalara əməl etmədiyi üçün həbs belə edilir. Bütün məhrumiyyətlərə baxmayaraq Şaqal Sankt-Peterburqda 1910-cu ilə qədər qalmağı bacarır. Bu müddət ərzində rəssam uşaqlıq dövrünün keçdiyi bölgələridə müntəzəm olaraq ziyarət etməkdə idi. 1909-cu ildə isə gələcək həyatı yoldaşı Bella Rosenfeld ilə tanış olmuşdur.
Rəssam olaraq məşhurlaşmaq və özünü inkişaf etdirmək üçün Şaqal Paris şəhərinə köçmək qərarını verir. Bu qərar eyni zamanda Sankt-Peterburq şəhərində yerləşən kübar rəssamlar cəmiyyətinə daha rahat daxil olmaq məqsədilə də atılmışdır. Rəssam Parisin Montparnasse səmtində məskunlaşır. Bura gəldikdən sonra dönəmin istedadlı rəssamları ilə tanış olur. Əsasən Avanqard üslubda fəaliyyət göstərən Guillaume Apollinaire, Robert Delaunay və Fernand Léger kimi rəssamlar Şaqal ilə dostluq münasibəti qurmağa başlayırlar. Şaqal 1914-cü ildə anadan olduğu Vitebskə geri qayıtmış və bir ildən sonra nişanlı olduğu Bella ilə evlənmişdir. Çütlük Rusiyada olarkən Birinci Dünya Müharibəsi başlamışdır. 1916-cı ildə çütlüyün İda adını verdikləri ilk övladları (qız) dünyaya gəlir.
Şaqal 1917-ci ildə baş vermiş Rusiya inqilabında aktiv rol oynamışdır. SSRİ Mədəniyyət Nazirliyi, rəssama göstərdiyi fəaliyyətə görə Vitebsk bölgəsinin idarəçisi vəzifəsini vermişdir. Şaqal bölgə idarəçisi olduğu zamanlarda öz doğma şəhərində Vitebsk Modern Mədəniyyət Muzeyi və İncəsənət məktəbi kimi təhsil müəssisələrinin açılışını etmişdir. Rəssama ona yaradılan imkanlara baxmayaraq SSRİ tərəfindən aparılan siyasəti qəbul edə bilmirdi. 1920-ci ildə Şaqal ailəsi ilə birlikdə Moskva şəhərinə köçür. Üç il sonra isə yenidən Parisə geri qayıdır. Parisdə olarkən rəssam yaşadığı dövr ərzində baş vermiş olayları xatirə şəklində qələmə almağa başlayır. Orijinalı rus dilində olan xatirələr, daha sonra müəllif tərəfindən ivrit dilinə tərcümə olunur. Həyatı yoldaşı Bella isə yazıları fransız dilinə tərcümə edir. Həmin dövrlərdə Şaqal tərəfindən ivrit dilində məqalələr, şeirlər və analitik yazılarda dönəmin dövrü mətbuatında yayımlanmağa başlanır. Rəssam 1937-ci ildə Fransa vətəndaşlığını qəbul edir.
II Dünya müharibəsinin başlamasının ardından bir çox yəhudinin olduğu kimi Mark Şaqalında həyatında ciddi dəyişikliklər baş verir. Rəssam Nasistlərin Fransanı işğal etməsi səbəbindən Parisi tərk edib Marsel şəhərinə sığınmaq məcburiyyətində qalır. Amerikalı jurnalist Variyan Frayın yardımı ilə ailə ilk əvvəl İspaniya sonra isə Portuqaliyaya yerləşir. 1941-ci ildə isə Şaqal ailəsi Amerika Birləşmiş Ştatlarına yerləşmək qərarı verir. 1944-cü ilin 2 sentyabr tarixində Mark Şaqalın rəsimlərinin əsas mövzularından birini təşkil edən və rəssamın ən yaxın dostu, həyat yoldaşı Bella Rosenfeld dünyasını dəyişir. İki il sonra rəssam Avropaya geri qayıdır və Fransanın cənubunda yerləşən Provans vilayətində məskunlaşır. Rəssam vilayətdə "Fərdlərin Bərabərliyi və İrqçiliklə Mübarizə" adlı qeyri-hökumət təşkilatının layihələrində və tədbirlərində fəal sürətdə iştirak etməyə başlayır.
Bellanın ölümü ilə barışa bilməyən rəssam dərin sarsıntılar keçirir. Düşdüyü depressiv vəziyyətdən Vircinya Haqard adlı qadınla tanış olduqdan sonra çıxa bilir. Tanış olduqadan qısa bir müddət sonra evlənən çütlüyün Devid adlı övladları dünyaya gəlir. Bu dövrlərdə yerli teatır şurasından maliyyə dəstəyi alması rəssamın yaradıçılığının daha da inkişaf etdirməsinə kömək olur. Həyatının bu dövründə rəssam əvvəlki aktivliyini bərpa edə bilir. Eyni zamanda Provansda olarkən vitraj incəsənəti ilə maraqlanmağa və məşğul olmağa başlayır.
1950-ci ildə rəssam qrafika ilə maraqlanmağa başlayır. Fernard Mourlot ilə tanışlığı Mourlot Studiolarını tez-tez ziyarət etməsi ilə nəticələnir. Şaqal xüsusi ilə litoqrafiya sahəsinə böyük maraq göstərirdi. Litoqrafik məhsuların hazırlanması ilə məşğul olan Şaqal bu iş əsnasında Çarls Sorliyer ilə tanış olur. Sonradan ikili arasında güclü dostluq münasibətləri yaranır və Sorliyer, Şaqalın köməkçisi olur. Sorliyer-Şaqal dostluğu rəssamın vəfatına qədər davam etmişdir.
Rəssam 1952-ci ildə Vava olaraq adlandırdığı Valentina Brodski ilə evlənir. Bu evlilik rəssamın ikinci rəsmi nikahı olur. Xarici ölkələri ziyarət etməyi sevən rəssam bir necə dəfə Yunanıstana getmişdir. 1957-ci ildə isə rəssamın mənsubiyyət olaraq bağlı olduğu İsrailə səfəri baş tutur. Qüds şəhərində olarkən şəhərdə yerləşən Hadassah Ein Kerem Xəstəxanası sinaqoqunun şüşələrin rənglənməsi ilə məşğul olmağa başlayır. 1966-cı ildə yerli parlament binasının tərtibatı və binada işlədilən arnamentlərin quruluşu ilə maraqlanmağa başlayır.
Şaqalın İsraildə olan fəaliyyəti Altı günlük müharibə dövrünə təsadüf etmişdir. Baş verən hücumlar rəssamın fəaliyyət göstərməsini çətinləşdirdi. Rəssam tərəfindən Fransadan yazılmış bir məktubda yaranmış vəziyyət aşağıdakı şəkildə ifadə edilmişdir:
Pəncərələr üçün narahat olmuram. Narahat olduğum tək şey İsrailin təhlükəsizliyidir. Lütfən İsraili rahat bıraxın ki, məndə daha gözəl pəncərələr hazırlaya bilim. |
Bütün pəncərələr zamanında daha təhlükəsiz bir əraziyə aparıldığından heç biri zərər görmədi. Şaqal İsraildə olan mədəni fəaliyyətini tamamlayıb yenidən Fransaya qayıtmışdır. 1985-ci ilin 28 martında Mark Şaqal Fransanın Saint-Paul de Vence şəhərində vəfat etdi.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Şaqal, Belarus xalqının məişətindən və yəhudi kökənli mövzulardan xeyli təsirlənmişdir. Bunları rəssam tərəfindən çəkilən tabloların mövzularında da görmək mümkündür. 1960 və 1970-ci illər aralığında Şaqal bələdiyyə binalarında və yaxud ictimai mərkəzlərdə təşkil olunmuş bir çox ictimai layihələrə qatılmışdır. Rəssam tərəfindən ərsəyə gətirilən tabloları hər-hansısa kateqoriyaya aid etmək çox çətindir. I Dünya Müharibəsindən əvvəl Parisdə olarkən Avanqard cərəyanına daxil olmuşdur. Ancaq rəssamın işləri özündə daha çox Kubizm və Fovizm kimi cərəyanları özündə ehtifa edirdi. Şaqal Amadeo Modilyani başda olmaqla dönəmin bir çox məşhur rəssamı ilə münasibət saxlamaqda idi.
Öz xatirələrində ifadə etdiyi kimi xoş bir uşaqlıq dövrü keçirməsi və daim ailə qayğısı ilə əhatə olunması rəssamın tablolarında da özünü göstərmişdir. Tablolarda xoşbəxtlik, yaxşılıq etmək duyğusu kimi hissləri rəssam bu faktlarla izah etmişdir. Daha canlı rənglərdən istifadə etməyə çalışan Mark Şaqal izləyiciləri üçün pozitiv tablolar yaratmağa çalışırdı. Rəssam tez-tez özü və həyat yoldaşının portretlərini də təsvir etmişdir. Bəzi rəsmlərində ikili dünyanın təsvir edilməsi eyni anada yaşanan xoşbəxtlik və bədbəxtliyi simvolizasiya etməkdədir. Şaqal tərəfindən tablolarında təsvir edilmiş bir necə simvol vardır ki, rəssam onların izahını aşağıdakı kimi vermişdir. Mark Şaqalın rəsm əsəri 2007-ci ildə azərbaycanlı rəssam Sakit Məmmədovun əsəri ilə birlikdə Sinqapurda "Opera" sərgi salonunda sərgilənmişdir.
Simvolizm və Şaqal
[redaktə | mənbəni redaktə et]- İnək — Həyatın mükəmməliyəti: süd, ət, dəri, güc və buynuz.
- Ağac — Digər bir həyat simvolu.
- Xoruz — Məhsuldarlıq. Adətən çütlüklərlə birlikdə təsvir etmişdir.
- Sinə — Erotizm və həyatın mənbəyi. Şaqal qadınları sevir və onlara böyük hörmət bəsləyirdi.
- Skripkaçı — Rəssam Vitebskdə olarkən skripka ifa etməyi öyrənmişdi və skripkada tez-tez ifa etməyi sevirdi.
- Atlar — Azadlıq simvolu.
- Eyfel qülləsi — səma və azadlıq simvolu.
- Siyənək balığı — Atası siyənək ticarəti ilə məşğul olurdu və bu səbəbdən rəssam bir necə tablosunda balıq təsviri vermişdir.
- Vitebsk evləri — Adətən Parisdə yaşadığı dövrlərdə təsvir etmişdir. Tənqidçilər tərəfindən bu tablolar rəssamın vətən həsrəti olaraq izah edilmişdir.
- Sirkdən mənzərələr — İnsanın daxilində olan yaradıçılıq.
- İsanın çarmıxa çəkilməsi — Yəhudi bir rəssam üçün gözlənilməz bir mövzudur. 1930-cu illərdə Avropada güclənməkdə olan antisemitizmə qarşı çəkilmişdir.[3]
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Marcchagall.narod.ru". Marcchagall.narod.ru. 7 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2012.
- ↑ "Marc Chagall Müzesi". 2008-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
- ↑ Online NewsHour: Celebrating Chagall Arxivləşdirilib 2008-12-01 at the Wayback Machine 12 iyul, 2007.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Alexander, Sidney, Marc Chagall: A Biography G. P. Putnam's Sons, 1978.
- Monica Bohm-Duchen, Chagall (Art & Ideas) Phaidon 1998. ISBN 0-7148-3160-3
- Chagall, Marc, My Life Peter Owen Ltd, 1965 (2003) ISBN 978-0-7206-1186-1
- Compton, Susann, Chagall Harry N. Abrams, 1985.
- Harshav, Benjamin, Marc Chagall and His Times: A Documentary Narrative, Stanford University Press, 2004. ISBN 978-0-8047-4214-6
- Harshav, Benjamin, Marc Chagall on Art and Culture, Stanford University Press, 2003. ISBN 0-8047-4830-6
- Aleksandr Kamensky, Marc Chagall, An Artist From Russia, Trilistnik, Moscow, 2005 (In Russian)
- Aleksandr Kamensky, Chagall: The Russian Years 1907–1922., Rizzoli, New York, 1988 (Abridged version of Marc Chagall, An Artist From Russia) ISBN 0-8478-1080-1
- Nikolaj, Aaron, Marc Chagall., (Monographie) Reinbek 2003 (In German)
- Shishanov V. A. Vitebsk Museum of Modern Art – a history of creation and a collection. 1918–1941. – Minsk: Medisont, 2007. – 144 p.
- Wilson, Jonathan Marc Chagall, Schocken, 2007 ISBN 0-8052-4201-5
- Wullschlager, Jackie. Chagall: A Biography Knopf, 2008
- Shishanov, V. A. "Double Portrait with a glass of wine" — in search of the sources of the plot of Marc Chagall paintings / V. A. Shishanov / / Marc Chagall and St. Petersburg. The 125th anniversary of the birth of the artist / Scientific. Ed. and comp. : O. L. Leykind, D. Y. Severyukhin. — St. Petersburg: "Evropeiski House" in 2013. pp. 167–176. [1]