46°33′ şm. e. 15°38′ ş. u.HGYO

Maribor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Maribor
sloven. Maribor
alm. Marburg an der Drau
46°33′ şm. e. 15°38′ ş. u.HGYO
Ölkə  Sloveniya
Başçı Boris Soviç
Tarixi və coğrafiyası
İlk məlumat 1164
Əvvəlki adı Marburq-an-der-Drau
Sahəsi 42.1 km²
Mərkəzin hündürlüyü 275[1]
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 95 500[2] nəfər (2013)
Rəqəmsal identifikatorlar
Telefon kodu +386 2
Poçt indeksi 2000
Nəqliyyat kodu MB
Digər
maribor.si
Maribor xəritədə
Maribor
Maribor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Maribor (sloven. Maribor; alm. Marburg an der Drau‎) - 95,500 nəfərlik əhalisi ilə Sloveniyanın ən böyük ikinci şəhəridir.[3]

Avstriyanın Qraz şəhərindən 50 km məsafədə yerləşir. Şərqi Avropa memarlığının ən diqqət çəkici xüsusiyyətlərinə bu şəhərdə rast gəlinir. Şəhərin ilk adı Marburq-an-der-Drau olmuşdur.

Maribor tarixə uğursuz fəth cəhdləri ilə düşmüşdür. Məsələn, 14801481-ci illərdə Mattias Korvinusun başçılığı altındakı macarlar tərəfindən və 15321683-cü illərdə isə Osmanlı İmperiyası tərəfindən şəhərə uğursuz fəth cəhdləri baş tutmuşdur.[4]

Orta əsrlərə aid tarixi mənbələrdə Markburh olaraq adlanan bu şəhərin adına ilk dəfə 1164-cü ildə rast gəlinmişdir. İlk dövrlərdə Dvar qraflığının mərkəzi olan şəhər sonradan Ştiriya qraflığının tərkibinə qatılmışdı. Maribor 1254-cü ildə şəhər statusu almışdır. 1278-ci ildə Ştiriya bölgəsində Habsburqlar sülaləsi hakimiyyətə gəldikdən sonra şəhər sürətlə inkişaf etməyə başladı və bölgənin ən əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi.[5] Şəhər 15321683-cü illərdə türklərin hücumundan uğurla müdafiə olunmuşdur.

1900-cü ildə şəhər əhalisinin 82.3%-ni almanlar, 17.3%-ni isə slovenlər təşkil edirdi. 1910-cu ildə Avstriya-Macarıstan İmperiyası ərazisində həyata keçirilən sonuncu siyahıyaalma zamanı Maribor və ətraf ərazilərində 31 min alman, 6 min etnik sloven qeydiyyata alınmışdır. Slovenlər əsasən şəhərətrafı ərazilərdə, almanlar isə Ptuy kimi kiçik şəhərlərdə məskunlaşmışdı.[6]

Birinci dünya müharibəsi ərzində ŞtiriyaKarintiya bölgələrində yaşayan slovenlər Avstriya imperiyasının düşməni ola bilmə təhlükəsi səbəbilə nəzarət altına alınmış və bu hadisə avstriya almanları və slovenlər arasında bir-birlərinə qarşı inamsızlığın yaranmasına gətirib çıxarmışdır. 1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra, Maribor şəhəri həm Sloven, xorvat, serb dövləti, həm də Alman-Avstriya dövləti tərəfindən öz tərkib hissəsi elan olunmuşdur. 1 noyabr 1918-ci ildə Melye kazarmasında polkovnik Anton Holikin başçılığı ilə yığıncaq keçirilir və burada əhalisinin əksər hissəsinin alman dilində danışdığı bu şəhərin Alman-Avstriya dövlətinə verilməsinin vacibliyi vurğulanır. Bu iclasda iştirak edən etnik sloven mayor Rudolf Mayster qərarın əleyhinə çıxış edərək sloven hərbi birləşmələrinin istənilən an şəhəri ələ keçirmək gücündə olduğunu bildirir. Bu zaman şəhər şurası gizli iclas keçirir və bu iclasda yenidən Avstriya dövlətinin tərkibinə qatılmaq barədə danışıqlar aparılır. Həmin iclasda mayor Maysterin qoşunu ilə döyüşmək məqsəilə 400 nəfərdən ibarət Yaşıl Mühafizəçilər (Schutzwehr) adlanan yaxşı silahlanmış hərbi birləşmənin yaradılması barədə qərar verilir. Lakin, 23 noyabr səhəri bu birləşmə sloveniyalı əsgərlər tərəfindən tərksilah olunur. Bu hadisədən sonra şəhərdə Rudolf Maysterin hakimiyyətinə qarşı heç bir təhlükə mənbəyi qalmır.[7]

27 yanvar 1919-cu ildə Avstriya almanlarının ABŞ-nin sülh danışıqları üçün toplaşdığı bir vaxtda Mariborun etnik alman vətəndaşlarının slovenlər tərəfindən güllələndiyi xəbəri yayılmışdır. Bu hadisə nəticəsində 9 nəfər alman öldürülmüş, 18 nəfər ağır yaralanmışdır. Alman mənbələrində Maysterin qoşununun heç bir səbəb olmadan əhalini atəşə tutduğu bildirilmişdir. Buna qarşı, sloven mənbələrinə, o cümlədən Maks Poharın açıqlamasına görə, ilk olaraq almanlar şəhər mərkəzində mühafizə işləri ilə məşğul olan sloven hərbçilərə hücum etmişdir. Alman dilli media bu hadisəni "Marburqun qanlı bazar günü" olaraq adlandırmışdır.

10 sentyabr 1919-cu ildə qalib dövlətlərlə Alman-Avstriya dövlətinin imzaladığı Sen-Jermen müqaviləsinə görə, Maribor şəhəri Yuqoslaviya krallığının tərkib hissəsi elan olunmuşdur.

1918-ci ildən sonra Mariborda yaşayan bir çox etnik alman şəhəri tərk edərək Avstriya ərazisinə köç etmişdir. 1930-cu ilin sonlarında şəhər əhalisinin hələ də 25%-dən çoxunun etnik alman olmasına baxmayaraq, şəhərdə olan bütün alman məktəbləri, klubları və təşkilatları Yuqoslaviya hökuməti tərəfindən bağlanmışdır.

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
Adolf Hitler Maribor şəhərində Qədim Körpünün üzərində. Yuqoslaviya. 1941-ci il.

1941-ci ildə Aşağı Ştiriya bölgəsi Nasist Almaniyası tərəfindən anneksiya olunur. Alman qoşunları isə 8 aprel 1941-ci ildə şəhərə daxil olur.

26 apreldə Adolf Hitler bu ərazilərin "yenidən alman torpağı olması münasibətilə" öz tərəfdarlarını ruhlandırmaq üçün Maribora gəlir və burada yaşayan yerli almanlarla birlikdə ziyafət təşkil olunur.[8] İşğaldan sonra, burada yaşayan slovenlər əvvəlcə Müstəqil Xorvatiya dövlətinəSerbiyaya, sonra isə Almaniyada nasist həbs düşərgələrinə göndərilir. Nasistlərin məqsədi müharibədən sonra bu ərazilərin yenidən "almanlaşdırılması" idi.

Müharibə ərzində Maribor şəhəri alman həbs düşərgəsinə çevrilmişdi. Şəhər vacib sənaye mərkəzi olduğuna görə, daima müttəfiq qoşunların bombardmanına məruz qalmışdır. Ümumilikdə, şəhər 29 dəfə bombardman edilmiş, nəticədə ərazisinin 47%-i dağılmış, 483 nəfər mülki şəxs həlak olmuş, 4200 nəfər isə evini tərk etmək məcburiyyətində qalmışdır.[9] Müharibə ərzində 2600 nəfər şəhər sakini həlak olmuşdur.[10]

Maribor müharibənin sonlarında Yuqoslaviya ərazisində ən çox dağıntıya məruz qalmış şəhər idi.[11] Sloveniya müstəqillik əldə etdikdən sonra Mariborda doqquz kütləvi qırğın yeri aşkar olunmuşdur.[12]

Müharibədən sonra Maribor Sloveniyanın şimal bölgəsində vacib nəqliyyat və mədəniyyət mərkəzi olaraq qalmaqda idi.

2004-cü ildə Sloveniya Avropa İttifaqına qoşulduqdan sonra, 2007-ci ildə ölkə valyutası avro ilə əvəzlənmiş və Şengen razılaşmasına qoşulduğuna görə, 25 dekabr 2007-ci ildə Avstriya ilə sərhədlərini açmışdır.

Maribor 2012-ci ildə Avropanın mədəniyyət paytaxtı, 2013-cü ildə isə Avropa gənclik paytaxtı seçilmişdir.[13]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}, Qrinviç

  1. "Nadmorska višina naselij, kjer so sedeži občin" (Slovene və English). Statistical Office of the Republic of Slovenia. 2002. 2012-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
  2. ":: Statistical Office of the Republic of Slovenia — How frequent are the same names of settlements and streets? ::". 2012-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
  3. "Maribor, Maribor". Place Names. Statistical Office of the Republic of Slovenia. 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  4. "A short history of Maribor". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
  5. "Slovenia explorer". 2017-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
  6. "Slovenian inside. Cities reports". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
  7. "Slovenia remembers legendary military figure". 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
  8. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
  9. "Maribor 2012: Smrt je kosila tudi iz zraka". Zivljenjenadotik.si. 2012-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  10. "Kako so proslavili osvoboditev Maribora in ga znova postavili na noge". RTV Slovenija. 8 may 2015. 10 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  11. "Zveza mariborskih športnih društev Branik". Zveza-msdbranik.si. 18 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 September 2016.
  12. Tomasevich, Jozo. War and Revolution in Yugoslavia: 1941-1945. 2001.
  13. Молодёжную столицу Европы-2015 выберут из четырёх претендентов Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine // РИА Новости, 24 noyabr 2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]