Mandell-Fleminq modeli
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir[1].
"Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır[1]. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir.
"Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir[1]. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir[1]:
“Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.
Bu modeli mərhələ-mərhələ qurduqdan sonra yeni dəyişənlər əlavə olunacaq ki, bu da fərziyyənin real dövrü əks etdirən bir modelə çevrilməsini təmin edəcək.
Mandell-Fleminq modelinin qurulması
[redaktə | mənbəni redaktə et]"Mandell-Fleminq" modelinin qurulması zamanı "IS-LM" modelinin tərkib hissələrindən istifadə ediləcək. Amma bura açıq iqtisadiyyatın tələblərini əlavə etdikdə başqa bir nəticə alınacaq[1].
Əsas fərziyyə
[redaktə | mənbəni redaktə et]"Mandell-Fleminq" modelindəki əsas fərziyyə yüksək kapital hərəkətliliyinə malik kiçik açıq iqtisadiyyatdır. Buna görə, ölkədəki faiz dərəcəsi dünya faiz dərəcəsinə bərabərdir. Bunu riyazi olaraq aşağıdakı kimi yaza bilərik[1].
r=r*
Faiz dərəcələrindəki bərabərliyin iqtisadi izahı belədir: Kiçik bir iqtisadiyyatda kapital hərəkətliliyi yüksək səviyyədədirsə və dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmursa, o xarici maliyyə bazarlarında istədiyi qədər borc ala və borc verə bilər. Belə ki, əgər faiz dərəcəsi r dünya faiz dərəcəsi r*-dan çox olarsa, xarici investorlar öz vəsaitlərini bu ölkəyə yönəldəcəklər və bu axın faiz dərəcəsini dünya səviyyəsinə qədər azaldacaq. Digər tərəfdən, faiz dərəcəsi r dünya faiz dərəcəsindən aşağı olarsa, ölkədəki investorlar öz vəsaitlərini daha yüksək gəlir əldə etmək üçün xaricə yönəldəcəklər. Belə olduğu halda faiz dərəcəsi dünya səviyyəsinə qədər qalxmalı olacaq.
Əmtəə bazarı və İS* əyrisi
[redaktə | mənbəni redaktə et]"IS-LM" modelində olduğu kimi, "Mandell-Fleminq" modeli də əmtəə və xidmətlər bazarını təmsil edir, amma bura yeni bir dəyişkən – xalis ixrac (ing. Net Export - NX) əlavə edilmişdir. Bu bazardakı bərabərlik yeni formada belə əks olunacaq[1]:
Y= C(Y-T) + I(r) + G + NX(e)
Yuxarıdakı bərabərlikdə, Y- milli gəlir, C- istehlak, I- investisiya, G- dövlət xərcləri, NX- xalis ixracı əks etdirir. İstehlak sərəncamda qalan gəlirə Y-T (burada T – vergilər, dövlət rüsumları və s.) bağlıdır və onlar arasında müsbət əlaqə vardır. İnvestisiya faiz dərəcəsi (r) arasında mənfi əlaqə vardır. Xalis ixrac (NX) valyuta kursu (e) arasında da mənfi əlaqə vardır. Burada e nominal valyuta kursudur.
Nominal və Real valyuta kursu real valyuta kursu bir-birindən fərqləndirilir. Real valyuta kursu aşağıdakı kimi ifadə edilir[1]:
Є = e P / P*
Burada Є real valyuta kursu, P ölkə daxilindəki qiymət səviyyəsi, P* isə xaricdəki qiymət səviyyəsidir. "Mandell-Fleminq" modelində həm ölkə daxili, həm də xaricdəki qiymət səviyyəsi sabirdir. Yəni nominal valyuta kursundakı dəyişiklik real valyuta kursuna eyni ilə təsir göstərir. Başqa sözlə, nominal valyuta kursu artdıqda yəni, milli valyuta digər valyutalar qarşısında dəyər qazandıqda (məs, 1 manat 1,274 dollardan 1,35 dollara yüksəldikdə), ölkə daxilindəki mallar xaricdəki mallardan daha ucuz olur və idxal artır, ixrac azalır [1].
Yuxarıda göstərilən əmtəə və xidmətlər bazarı iki maliyyə dəyişəninə malikdir: faiz dərəcəsi və valyuta kursu. Amma tam kapital hərəkətliliyi baş verdiyi vəziyyətdə ölkə daxili faiz dərəcəsi dünya faiz dərəcəsinə bərabər olacaq. Beləliklə, bərabərlik aşağıdakı vəziyyətə düşəcək.
Y= C(Y-T) + I(r*) + G + NX(e)
Bu bərabərlik IS* kimi adlandırılacaq (* işarəsinin qoyulmasının səbəbi ölkə daxili faiz dərəcəsinin dünya faiz dərəcəsinə bərabər olduğunu göstərməkdir). Bu bərabərlik, kordinat oxu üzərində milli gəlirin (Y), ordinat oxunda isə valyuta kursunun (e) əks olunduğu qrafikdə göstərilə bilər[1]. (Bax. Şəkil 1)
Valyuta kursu yüksəlməsi halında xalis ixrac və dolayı olaraq milli gəlir aşağı düşdüyündən İS* əyrisi aşağı meyllidir. Bunun necə baş verdiyini görmək üçün ilk növbədə Şəkil 1-in a panelinə baxılmalıdır. Belə ki, Panel a-da yer alan valyuta kursu dən yə yüksəlməsi xalis ixracı -dən -yə endirir. Xalis ixracdakı eniş Panel b-də yer alan planlanan xərclər əyrisini aşağı endirəcəkdir. Və beləliklə gəlir -dən -yə düçəcək. IS* əyrisi valyuta kursu e ilə gəlir Y arasındakı əlaqəni əks etdirir[1].
Pul bazarı və LM* əyrisi
[redaktə | mənbəni redaktə et]"Mandell-Fleminq" modeli, pul bazarını "IS-LM" əyrisində istifadə olunan bərabərliklə təsvir edir[1]:
M / P = L (r, Y)
Bu bərabərlik, real pul balansının M/P, pul tələbinə L bərabər olduğunu ifadə edir. Real pul tələbi faiz dərəcəsi (r) ilə mənfi, gəlir (Y) ilə müsbət əlaqədədir. Pul təklifi M mərkəzi bank tərəfindən idarə edilən xarici dəyişəndir və model qısa müddəti əhatə elədiyindən qiymət səviyyəsi P sabit hesab olunur, çünki qısamüddətdə qiymətlər yapışqandır və uzunmüddətli dövrdə dəyişir[1].
Burada bir daha ölkədaxili faiz dərəcəsinin dünya faiz dərəcəsinə bərabər olması (r=r*) fərziyyəsini əlavə edək[1]:
M / P = L (r*, Y)
Yuxarıdakı bu bərabərliyi LM* əyrisi kimi ifadə edək. Bu əyrini Şəkil 2-nin (b) panelində yer alan şaquli əyri ilə qrafik olaraq göstərilmişdir. Valyuta kursu bu əyridə yer almadığı üçün panel (b)-dəki LM* əyrisi şaqulidir, yəni valyuta kursundan asılı deyil. LM* əyrisinin gəlir oxu üzərində bir qiymət almasının səbəbi isə Şəkil 2-nin (a) panelində yer alan LM əyrisidir. Belə ki, ölkədaxili faiz dərəcəsi dünya faiz dərəcəsinin təsiri ilə sabitləndiyi üçün pul bazarının həcmi valyuta kursundan asılı olmayan gəlir səviyyəsində müəyyənləşir[1].
IS*=LM*
[redaktə | mənbəni redaktə et]"Mandell-Fleminq" modelinə görə, tam kapital hərəkətliliyinin hökm sürdüyü kiçik açıq iqtisadiyyat aşağıdakı iki bərabərliklə ifadə edilir[1]:
Y = C (Y - T) + I (r*) + G + NX (e) IS*, M / P = L (r*, Y) LM*.
Birinci tənlik əmtəə və xidmət bazarında tarazlığı, ikinci tənlik isə pul bazarındakı tarazlığı əks etdirir. Fiskal siyasət G (dövlət xərcləri) və T (vergilər), monetar siyasət M, qiymətlərin səviyyəsi P və dünya faiz dərəcəsi r* xarici dəyişkənlərdir. Gəlir (Y) və valyuta kursu (e) isə daxili dəyişkənlərdir[1].
Şəkil 3 bu əlqəni əks etdirir. İqtisadi tarazlıq IS* və LM* əyrilərinin kəsişdiyi nöktədə əldə olunur. Bu modelin koməyi ilə müxtəlif siyasətlərin gəlir səviyyəsinə və valyuta kursuna necə təsir göstərdiyi müəyyən ediləcək[1].