Maşikuli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fransadakı Candes Saint-Martin istehkamındakı maşikulilər

Maşikuli, sənkəndaz və ya təpə mazğalı (fr. Mâchicoulis; isp. Matacán) — orta əsrlər dövrünə aid olan qüllələr, divarlar və ya istehkamlarda əsas strukturdan qabağa çıxmış və qalaya hücum zamanı aşağıya doğru düşmən əsgərlərinin üstünə daş, ox və s. kimi hücum silahlarının atılmasına imkan verən çıxıntının adıdır.[1]

Maşikuli sözünün fransız dilindəki qarşılığı olan Mâchicoulis sözünün mənşəyi qədim fransız və latın dilindəki macher[2]col[3] sözlərindəndir. İspan dilindəki qarşılığı olan Matacán sözü isə matar canes köklərindən yaranmışdır.[4]

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Maşikulilər İngiltərədən daha çox Fransada geniş yayılmışdır. Orta əsrlərdən sonra isə dekorativ məqsədlər üçün geniş formada Şotlandiyada malikanələrdə və müasir qotik binalarda istifadə edilmişdir.

  1. "KALE - TDV İslâm Ansiklopedisi". TDV İslam Ensiklopediyası (türk). 6 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2021.
  2. Əzmək və ya qırmaq deməkdir
  3. Boyun mənasındadır
  4. Düşmənlər nəzərdə tutularaq itləri öldür və ya itlərə ölüm deməkdir