Mirzə Məhəmmədhüseyn Seyfi
Mirzə Məhəmmədhüseyn Seyfi | |
---|---|
fars. میرزا محمدحسین سیفی قزوینی | |
Doğum tarixi | |
Doğum yeri | Qəzvin |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | xəttat |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Məhəmmədhüseyn Seyfi (1868, Qəzvin – 1935, Tehran) — İran Məşrutə hərəkatının və Mücazat təşkilatının üzvü, xəttat.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mirzə Məhəmmədhüseyn Seyfi 1868-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ustad yanında xəttatlığı öyrənmişdi.
Mirzə Məhəmmədhüseyn Seyfi nəstəliq xəttinin ustadı idi. O, məşhur "Şahnamə"ni, Nəsrəddin Tusinin "Övsafül-əşraf"ını öz xəttilə köçürmüşdü. İmadülküttab ləqəbini daşıyırdı.
Mirzə Məhəmmədhüseyn Seyfi Məşrutə hərəkatına qoşulmuşdu.
Mirzə Məhəmmədhüseyn Seyfi 1916-cı ildə Mirzə İbrahim xan Münşizadənin və Əsədulla xan Əbülfətzadənin təşkilatçılığı ilə Tehranda yaranmış "Komiteyi-Mücazat" (Cəza komitəsi" daxil olmuşdu. O, öz dəsti-xəttilə komitənin bəyannamələrini yazırdı.
Mirzə Məhəmmədhüseyn Seyfi 1917-ci ildə həbs edildi. Həbsdən azad edildikdən sonra Tehrana gəldi. 1925-ci ildən sonra Rza şah Pəhləvinin dəftərxanasında xidmət edirdi.
Mirzə Məhəmmədhüseyn Seyfi 1936-cı ildə Tehran şəhərində vəfat edib.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.