Müzakirə:Tenqriçilik

Vikipediya, azad ensiklopediya
Ən son rəy:5 il öncə, Verman1 tərəfindən "Başlıqsız" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Başlıqsız

[mənbəni redaktə et]

"Qədim türk inancının adı Şamanizm yox, Tanrıçılıqdır" kimi başlıqlar ensiklopedik yox, publisistik yanaşmadı, adamda elə təəssürat yaranır ki, sanki hansısa qəzet məqaləsini oxuyursan. --sefer azeri 18:07, 12 fevral 2015 (UTC)Cavabla

Elmi məqalənin adıdır. Dəyişməyə uyğun ad variantınız varsa dəyişmək mümkündür. --Yusif Sərrac (talk) 18:10, 12 fevral 2015 (UTC)Cavabla
Kiminsə məqaləsi üçün belə bir ad seçməsi vikipediyada da bu cür başlığın olmasını zəruri etmir. Məncə həmin başlığı ləğv edib ordakı bir abzaslıq məlumatı tarixi bölməsinə köçürmək daha yaxşı olar. --sefer azeri 19:46, 12 fevral 2015 (UTC)Cavabla
Düzəltdim --Yusif Sərrac (talk) 20:13, 12 fevral 2015 (UTC)Cavabla
Məqalənin adı Tenqriçilik olsa daha düzgün olar məncə. Çünki Tanrı sözü azərbaycan dilində ümumi isimdir və ingiliscədəki god, ruscadakı boq sözü ilə eynidir. İlah da deyirlər bəzən. Düzdü tanrı sözü özü də tenqri sözündəndir, amma fakt budur ki tanrı sözü bizim dilimizdə ümumi olaraq məbud mənasını ifadə edir və tanrıçılıq teizm mənasına daha çox uyğun gəlir.--samral müzakirə 19:32, 27 fevral 2015 (UTC)Cavabla
Bu fikrə mən də qatılıram.--Asparux Xan Bulqar (talk) 19:47, 27 fevral 2015 (UTC)Cavabla
Düzəliş edərəm. --Yusif Sərrac (talk) 15:21, 2 mart 2015 (UTC)Cavabla
Düzəltdim.--Yusif Sərrac (talk) 18:48, 2 mart 2015 (UTC)Cavabla
Təşəkkürlər. İndi düzdür.--samral müzakirə 21:25, 3 mart 2015 (UTC)Cavabla
  • Qədim türk inancı ifadəsi ümumiyyətlə kökündən yalnış adlandırmadır. Türk inancı ifadəsi elmdə mövcud deyil. Davamçılarının əksəriyyəti qədim türklərin olduğu dini inanc yazılmalıdır. O zaman xristianlığa da qədim yəhudilərin, islama isə qədim ərəblərin dini inancı adını verək.--Thunder Storm (müzakirə) 16:17, 19 noyabr 2019 (UTC)Cavabla

Subyektiv yanaşma

[mənbəni redaktə et]

Bir çox yaxşı məqalə adını almış məqalələr kimi bu məqalə də yaxşı məqalə standardlarından xeyli uzaqdır. Məqalədə subyektiv yanaşmalar, mənbəsiz iddialar, sarı mətbuatdan copy-paste edilmiş məlumatlar həddən artıq çoxdur.--Thunder Storm (müzakirə) 16:14, 19 noyabr 2019 (UTC)Cavabla