Laz dili

Vikipediya, azad ensiklopediya
(Lazca səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Laz dili
Orijinal adı Lazuri nena, ლაზური ნენა
Ölkələr Türkiyə, Gürcüstan
Danışanların ümumi sayı 45 000[1] (1986)22 000[2] (2007)
Təsnifatı
Kateqoriya Kartvel dilləri
Qafqaz dilləri[d]
Kartvel dilləri
Karto-Zan[vd]
Zan dilləri
Laz dili
Yazı Gürcü yazıları
Latın əlifbası
Dil kodları
QOST 7.75–97 лаз 365
ISO 639-1
ISO 639-2
ISO 639-3 lzz
Dilin strukturlarının dünya atlası laz
Atlas of the World’s Languages in Danger 1056
Ethnologue lzz
Linguasphere 42-CAA-b
LINGUIST List lzz
ELCat 2246
IETF lzz
Glottolog lazz1240

Laz dili, Çan dili[3]Lazların ana dili, Kartvel dil ailəsinə daxildir. Türkiyənin şimal-şərqində Qara dəniz sahilində və Gürcüstanın Sarpi kəndində yayılmışdır. Üç dialektə bölünür: atin, arxav və xop. Leksik tərkibində türk dillərindən keçmə sözlər üstünlük təşkil edir. Yazısız dildir.

Laz dili Megrel dili ilə birlikdə Kolx və ya Zan dili adlandırılan dilin iki böyük dialektini əmələ gətirir .[4] Laz dilində danışanlar Türkiyədə əsasən Rizə ilinin Pazar[4], Ardeşen[4], Çamlıhemşin[4] və Fındıqlı[4] ilçələrində, Artvin ilinin Arxavi[4], Hopa[4] və Borçka[4] ilçələrində yaşayırlar . 2012-ci ilədək Türkiyə Cümhuriyyətində 14 dəfə (1927, 1935, 1940, 1945, 1950, 1955, 1960, 1965, 1970, 1975, 1980, 1985, 1990, 2000 illərdə) əhalinin siyahıya alınması həyata keçirilmiş və 1927-1985-ci illər arasında aparılmış siyahıya almalarda əhaliyə bildikləri dillərə ("ana dili" və "bildiyim ikinci dil") dair suallar verilmişdir . Nəticələri elan olunmuş ən son siyahıya almaya (1965-ci il) əsasən Türkiyədə ana dili və ikinci dil olaraq gürcücə danışanların sayı 79.264[4][5][6] (ana dili olaraq 34.330[5][6] nəfər , ikinci dil olaraq 44.934[5][6] nəfər) nəfər , lazca danışanların sayı isə 81.165[5][6](ana dili olaraq 26.007[5][6] nəfər , ikinci dil olaraq 55.158[5][6] nəfər) nəfər olmuşdur (1965-ci ildə Türkiyənin ümumi əhalisi 31,391,421[5][6] nəfər idi) . 1945-ci ilin siyahıya alma yekunları ilə (Türkiyənin ümumi əhalisi 18.790.174[6] nəfər, ana dili olaraq lazca danışanlar 46.987[6] nəfər, ikinci dil olaraq lazca danışanlar 4.956 nəfər) 1965-ci ilin siyahıya alma yekunları müqayisə edilərkən (1945-ci ildə ana dili və ikinci dil olaraq lazca bilənlər 51.943[6] nəfər idi və bu ölkə əhalisinin 0.2764%-inə bərabər idisə, 1965-ci ildə iki göstəriciyə görə lazca bilənlər 81.165 nəfər və ya ölkə əhalisinin 0.2585%-i qədər idi) laz dilli əhalinin asimilyasiya olduğunu görülür . Bu səbəbdən dolayı 1965-ci ildən 47 il sonra Türkiyədə nə qədər insanın lazca bildiyinə və özünü laz hesab etdiyinə dair nisbi daha dolğun təxminlər irəli sürmək çətindir .

  1. Академия наук СССР, Институт языкознания. Георгий Андреевич Климов. Введение в кавказское языкознание. Ответственный редактор академик Борис Александрович Серебренников. Москва, Наука, 1986 год: Оглавление—>Глава III. Картвельские языки, стр. 56
  2. Etnologue report for language code :lzz Arxivləşdirilib 2007-12-01 at the Wayback Machine
  3. А.С.Чикобава. Грамматический анализ чанского (лазского) диалекта с текстами. Тбилиси, 1936.
  4. 1 2 3 4 5 6 7 8 9 Eğitim sen kütüphane : Anadilde Eğitim Sempozyumu - dil araştırmacısı Ali İhsan Aksamaz : Şu bizim sahipsiz Lazca[ölü keçid]
  5. 1 2 3 4 5 6 7 Escarré International Centre for Ethnic Minorities and Nations :Recent Changes in Turkey’s Language Legislation Arxivləşdirilib 2012-12-22 at the Wayback Machine
  6. 1 2 3 4 5 6 7 8 9 10 Uluslararası İnsan Bilimleri Dergisi :Kürt sorununda antropolojik ve demografik boyut: Sayım ve araştırma verilerinden elde edilen bulgular[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]