Kuti tunelləri
Kuti tunelləri (vyet. Địa đạo Củ Chi) — Hoşiminin eyniadlı şəhərətrafı sahəsində bir-birləri ilə birləşən böyük yeraltı tunellər şəbəkəsi. Bu tunellər Vyetnam müharibəsi zamanı Vyetkonq tərəfindən bir neçə hərbi kampaniyada istifadə edilmiş, xüsusən də 1968-ci il Tet hücumunda Vyetkonqun əməliyyat bazası idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tunellər şəbəkəsi partizanlar ilə ABŞ qoşunlarına qarşı gizli zərbələr endirməyə imkan verirdi. Bir neçə dərinlikdə yerləşən tunellərə gizli girişlər, yaşayış yerləri, anbarlar və xəstəxanalar daxil idi. Ümumi uzunluğu təxminən 150 km idi. Vyetkonq əsgərləri üçün tunellərdə həyat çətin idi. Hava, yemək və su qıtlığı mövcud idi, tunellərin özünü qarışqalar, zəhərli qırxayaqlar, ilanlar, əqrəblər, hörümçəklər və gəmiricilər bürümüşdü. Əsgərlər çox vaxt tunellərdə işləmək və ya dincəlməklə gününü keçirir, yalnız gecələr tədarük axtarmaq, əkinlərinə qulluq etmək və ya düşmə ilə döyüşə girmək üçün çıxırdılar. Bəzən ağır bombardmanlar və ya Amerika qoşunlarının hərəkəti zamanı onlar günlərlə yerin altında qalmağa məcbur olurdular. Tunellərdə yaşayan partizanlar arasında xəstəlik, xüsusən də döyüş yaralarından sonra ikinci ölüm səbəbi olan malyariya geniş yayılmışdı. Ələ keçirilən Vyetkonq hesabatı göstərir ki, istənilən vaxt hansısa CVMAV bölməsinin yarısında malyariya və "yüz faizində əhəmiyyətli bağırsaq parazitləri var idi".[1]
Tunellərlə mübarizə üçün ABŞ su və torpağın irimiqyaslı kimyəvi çirklənməsinə səbəb olan defoliant çiləmə üsulundan, eləcə də xüsusi yeraltı bölmələrdən istifadə etmişdir. Həmçinin, ABŞ ordusu tunelləri olan əraziləri "xalça bombardmanı"na məruz qoymuşdu.[2]
İndiki dövrdə kompleksin iki elementi əsasında turistik məkan təşkil olunmuşdur. Kuti tunellərinə səfər Hoşimin şəhərində əsas turist ekskursiyalarından biridir.[3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Life in the Cu Chi Tunnels". IMPRESS TRAVEL COMPANY LIMITED - CU CHI TUNNEL TOURS. 24 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2013.
- ↑ MacGregor, Sandy; Thompson, Jimmy. "No Need For Heroes". 2006. March 9, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2023.
- ↑ "After our country unified (1976), City Party Committee... made decision to keep and protect 02 tunnel monuments as..." Arxiv surəti 7 yanvar 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-01-07 at the Wayback Machine, cuchitunnel.org.vn
- ↑ The American War in Contemporary Vietnam - Page 89 Christina Schwenkel - 2009 "As described in an English language brochure: 'The Củ Chi Tunnels represent the will, intelligence and pride of the people of Củ Chi and symbolise the revolutionary heroism of Vietnam." After the war, most of the tunnels were abandoned .'
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- The Tunnels of Cu Chi, Tom Mangold & John Penycate, Berkley Books, New York, 1986, ISBN 0-425-08951-7
- Tunnel Rats by Jimmy Thomson with Sandy MacGregor (Allen & Unwin, Australia, 2011)(Website)
- A Sappers War by Jimmy Thomson with Sandy MacGregor (Allen & Unwin, Australia, 2012)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Photos of Cu Chi and Vietnamese Tunnels from mondesouterrain.fr