42°56′ şm. e. 122°06′ q. u.HGYO

Kreyter gölü

Vikipediya, azad ensiklopediya
(Krater gölü səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Kreyter gölü
ing. Crater Lake
Gölün Minnesota ştatında olan sahili
Gölün Minnesota ştatında olan sahili
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.883 m
Eni 8.000 km
Uzunluğu 9.700 km
Sahil uzunluğu 35,1 km
Sahəsi 53 km²
Həcmi 17.460.000.000 m³
Dərin yeri 594 m
Orta dərinliyi 350 m
Yerləşməsi
42°56′ şm. e. 122°06′ q. u.HGYO
Ölkə  ABŞ
Əyalət
Adalar Sehbaz adası
Fantom Şip adası
Kreyter gölü xəritədə
Kreyter gölü
Kreyter gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kreyter gölü — ABŞ-nin Oreqon ştatında yerləşən kaldera gölü. Kreyter Gölü Milli Parkının ana hissəsi olan göl tərtəmizvə şəffaf suyu ilə məşhurdur. Gölün ən dərin yeri 594 metrdir. Göl və kalderası 7.700 il əvvəl Mazama dağının vulkanik çökməsi nəticəsində yaranmışdır. Kreyter gölü ABŞ-nin ən dərin, dünyanın isə ən dərin 7-ci gölüdür. Gölə tökülən və ya göldən axan çay yoxdur.

Kreyter gölü Klamat qraflığında yerləşir. Klamat şəlaləsinin 97 km şimal-qərbində, Medford şəhərinin 130 km şimal-şərqindədir.

1853-cü ilin iyun ayında Con Uesli Hillman gölü kəşf edən ilk amerikalı olmuş və gölü Tünd Göy göl adlandırmışdı. Gölün bundan sonra da dəyişdirilərək Mavi Göl, Macesti gölü olmuş, sonda Kreyter gölü adı verilmişdir.

Dini əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Yerli hindu qəbiləsi olan Klamat xalqı böyük ehtimalla Mazama dağı və onun çökməsi haqqında məlumatlı idilər, çünki onlar buranı uzun müddət müqəddəs torpaqlar adlandırmışdılar. Klamat əfsanələrində göy üzü tanrısı Skell ilə yeraltı tanrısı olan Llao arasında bir döyüşdən bəhs edilir. Klamatlılar burada dırmaşma yarışları keçirərdilər. Bu yarışmanın məqsədi dini cəhətdən kimin daha üstün olmasını müəyənləşdirmək idi. Yarışda qalib gələn müqəddəs hesab olunurdu.