Kontakt
Naviqasiyaya keç
Axtarışa keç
Kontakt (ing. lead) – Naqil, çıxış.
1. Elektronikada: bəzi elementlərin, məsələn, rezistorların və kondensatorların metal birləşdiricisi. Bu kontekstdə termin “lid” kimi tələffüz olunur. Kontaktlar elementlərin bir və ya bir neçə qırağından çıxan izolə olunmamış kiçik tel kimi olur və elementi ya sxem lövhəsi ilə (kontaktları lazım olan deşiklərə taxmaqla) birləşdirmək üçün istifadə olunur, ya da birbaşa başqa elementlərlə (məsələn, ölçü cihazlarının sıxacları – klemmaları ilə) birləşirlər.
2. Poliqrafiyada: mətnin iki sətri arasında olan şaquli boşluğun ölçüsü. Bu kontekstdə o, “led” kimi tələffüz olunur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.