Kobani işi
Kobani işi (türk. Kobani Davası)[1][2] — Xalqların Demokratik Partiyasının (HDP) siyasətçilərinin 2014-cü ilin oktyabrında Kobani etirazları zamanı 37 nəfərin ölümünə səbəb olmaqda və "dövlətin birliyini və ərazi bütövlüyünü" pozmaqda ittiham olunduğu hüquqi prosedur. Etirazlar HDP-nin Kobanini mühasirəyə alan İslam Dövlətinə (İD) qarşı Türkiyə hökumətindən dəstək tələb etməsi ilə başlamışdır. Türkiyə hökuməti və prokuroru HDP-nin belə tələbləri terror təşkilatı kimi gördüyü Kürdüstan Fəhlə Partiyasının (PKK) sifarişi əsasında irəli sürdüyünü iddia etmişdir. Etirazlarla bağlı istintaq 2014-cü ildə başlasa da, ittiham aktı 2020-ci ilin dekabrında təqdim edilmiş və məhkəmə prosesi 2021-ci ilin aprelində başlamışdır.
Zəmin
[redaktə | mənbəni redaktə et]2014-cü ilin oktyabrında Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə İD-nin Suriyanın əsasən kürdlərin yaşadığı Kobani şəhərini mühasirəyə almasına qarşı etirazlar başlamışdır.[3] Suriyadan Türkiyəyə 200 minə yaxın qaçqın daxil olmuşdur.[3] Türkiyə hökumətinin mühasirəyə yanaşması ilə kifayətlənməyən HDP[4][5] Kobanidə baş verəcək qırğına qarşı etirazlara çağırmışdır.[6] Etirazlar Hürr Dava Partiyasının əks etirazları ilə qarşılanmışdır.[3] HDP Türkiyə Böyük Millət Məclisində etiraz aksiyalarının araşdırılmasını tələb etsə də, onların tələbləri təmin edilməmişdir.[5]
İstintaq
[redaktə | mənbəni redaktə et]Hüquqi araşdırma 2014-cü ildə başlamışdır,[5] lakin HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Fiqan Yüksəkdağ yalnız 2019-cu ildə dindirilmişdir.[6] 2021-ci ilin sentyabr ayında Qars bələdiyyə sədri Ayxan Bilgən və ya millət vəkilləri Sırri Sürəyyə Öndər və Ayla Akat Ata kimi bir neçə HDP siyasətçisinə qarşı həbs qətimkan tədbiri seçilmişdir.[7] Həmin ilin oktyabrında istintaq BDP-nin həbsdə olan sabiq millət vəkilləri Səbahət Tuncəl, Aysəl Tuğluq[6] və Gültan Kışanakla bağlı yeniliklərlə genişlənmişdir.[8] İttihamnamə 30 dekabr 2021-ci ildə[9] Avropa İnsan Haqları Məhkəməsinin Dəmirtaşın[5] 22 dekabr 2021-ci ildə azadlığa buraxılmasına qərar verməsindən sonra təqdim edilmişdir.[10] 2022-ci ilin aprelində prokurorluq Kobani etirazlarının maliyyə aspektləri ilə bağlı istintaqı genişləndirdi və HDP siyasətçilərinin etirazlardan zərər çəkən insanlara maliyyə dəstəyi verdiyinə görə həbsə order vermişdir.[11]
İttiham aktı
[redaktə | mənbəni redaktə et]30 dekabr 2020-ci ildə ittiham tərəfi HDP-nin 108 siyasətçisinə qarşı ittiham irəli sürdüyü 3500 səhifədən çox[9] iddianaməni Ankara məhkəməsinə təqdim etmişdir.[5] 7 yanvar 2021-ci ildə məhkəmə ittiham aktını qəbul etmişdir.[12][13] Həmin ay və bu iddianaməyə əsaslanaraq Milliyyətçi Hərəkat Partiyasından (MHP) Dövlət Baxçalı HDP-nin bağlanmasını tələb etmişdir.[14] Digər tanınmış müttəhimlər (yuxarıda qeyd olunanlarla yanaşı) Əhməd Türk, Əminə Ayna, Ərtoğrul Kürkcü, Gülsər İldırım, Yurdusev Özsökmənlər və Hatip Diclədir.[15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Kobanî davası: Boş salonda beş dakikalık duruşma". Bianet.
- ↑ "Kobani Davası Haberleri - Son Dakika Kobani Davası Haber Başlıkları". Sabah. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
- ↑ 1 2 3 "Kobani Protests in Turkey" (PDF). Amnesty International. 2015. 2021-10-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 April 2022.
- ↑ Demirtas, Selahattin. "The plot hatched against the HDP over Kobane". Gazete Duvar. 2020-10-20. 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
- ↑ 1 2 3 4 5 "The revival of the Kobane case". Gazete Duvar. 2021-05-20. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
- ↑ 1 2 3 "Kobanê investigation: HDP's Tuncel, Tuğluk remanded in custody 'again'". Bianet. 13 October 2020.
- ↑ "Kobani operation: Detention warrant against 82 people in 7 provinces". Bianet. 25 September 2020. 10 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2022.
- ↑ "Kobani Investigation: Arrested politician Kışanak arrested again: 'She might flee abroad'". Bianet. 19 October 2020. 2023-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
- ↑ 1 2 Molu, Benan. "An analysis of the new indictment against Demirtaş in light of the Grand Chamber judgment - Expression Interrupted". www.expressioninterrupted.com. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
- ↑ "Top Europe rights court orders immediate release of Kurdish politician Selahattin Demirtaş". Gazete Duvar. 2020-12-22. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
- ↑ "Kobanî investigation | Detentions of 48 people extended for four days". Bianet. 15 April 2022. 16 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2024.
- ↑ "Turkish court accepts new indictment against former Kurdish leader -media". Reuters (ingilis). Reuters. 2021-01-07. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
- ↑ Freely, Maureen. "Selahattin Demirtaş: the trial of the man who wanted to be Turkey's president". OpenDemocracy (ingilis). 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
- ↑ "Nationalist party leader calls on high court to file closure case against HDP - Turkey News". Hürriyet Daily News (ingilis). 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
- ↑ "Selahattin Demirtaş: Erdoğan, Bahçeli and Soylu sit in the judge's seat". Bianet. 18 May 2021. 20 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2022.