Kiçik qıfotu
Kiçik qıfotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Kiçik qıfotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir. Dişiciyi tükcüklü, ağızlıdır; yuxarı hissədə uzun, ağ tükcüklərlə örtülmüşdür. Erkəkcik saplaqları yumru, kasavari əyilmişdir; tozcuqları çiçək tacının borucuğunda oval formalı, uzunluğu 4 mm-dir. Yarpaqcıqları 2 ədəd, silindrik, ucu biz, yaşılımtıl, uzunluğu 7-8 sm-dir. Toxumları qonur, uzunsov, silindrik, əmzikli, kəkilsizdir. May-iyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum, yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır. Torpağa dəyən budaqları kök verir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Meşələrdə, yamaclarda, kolluqlarda bitir. Torpağa az tələbkardır. Şəhər şəraitinə davamlədır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Mərdəkan dendrarisində introduksiya edilmişdir. Respublikanın rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Park və bağlarda çiçəklərinin dekorativ xüsusiyyətinə görə istifadə olunur, müalicəvi əhəmiyyətlidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 209.