39°00′12″ şm. e. 45°58′55″ ş. u.HGYO

Kələki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kələki
39°00′12″ şm. e. 45°58′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 492 nəf. (2009)
Xəritəni göstər/gizlə
Kələki xəritədə
Kələki
Kələki

KələkiAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilikheyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir.[3]

Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır.[4].

27 aqvust 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (səh. 183–184) verilən məlumata əsasən Naxçıvan sancağının Azadciran nahiyəsinə tabe olan Kələki kəndində kişi cinsindən[5] 28 nəfər qeyri-müsəlman əhali var idi.[6]. Əhalinin sayı 2009-cu ildə siyahıya alınmaya görə 492 nəfərdir.[7]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  1.  Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. "Kələki kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
  4. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  5. Qeyd: Qadın cinsindən olanlar nəzərə alınmamışdır.
  6. Naxçıvan sancağının müfəssəl dəftəri 9 məhərrəm 1140 (27 avqust 1727) Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine. Bakı şəhəri, "Elm" nəşriyyatı, 2001-ci il. İçindəkilər: Dərəşahbuz nahiyəsi, səh 118
  7.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.