Jan Bosko Barayaqviza

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jan Bosko Barayaqviza
Doğum tarixi 1950[1]
Doğum yeri
Vəfat tarixi 25 aprel 2010(2010-04-25)
Vəfat yeri
Vəfat səbəbi Hepatit
Vətəndaşlığı
Fəaliyyəti hüquqşünas, dövlət qulluqçusu[2]
Cinayət soyqırım törətməyə hazırlıq, soyqırım, soyqırım törətməyə birbaşa və açıq şəkildə təhrik, soyqırımda iştirak və insanlıq əleyhinə cinayətlər (təqib, əhalini məhv etmə və qəsdən adamöldürmə)
(RBCT-97-27-1 10 noyabr 1999)[2]
Cinayət cəzası 32 il müddətinə azadlıqdan məhrumetmə
Cinayət statusu ölmüş şəxs

Jan Bosko Barayaqviza (fr. Jean-Bosco Barayagwiza; 1950[1], Qiseni[d]25 aprel 2010, Porto-Novo[3]) — 1993-cü ildən etibarən 1994-cü il Ruanda soyqırımı dövründə Ruanda diplomatı və Ruanda radiostansiyasının icra komitəsinin sədri.

Barayaqviza ektremist partiya olan Respublika Müdafiəsi Koalisiyasının qurucu üzvü idi.[4]

O, digər lider Ferdinand Nahimana və Kanqura qəzetinin direktoru və redaktoru Həsən Ncizi ilə birlikdə 23 oktyabr 2000-ci ildə Ruanda Beynəlxalq Cinayət Tribunalı tərəfindən təqsirləndirilmişdir. Cənab Barayaqvizanı ilk əvvəl Kanadalı vəkil xanım Marşesso və Amerikan vəkil cənab Danielson müdafiə etmişdir. Həmin iki hüquqşünas müdafiədən imtina etdikdə, cənab Barayaqviza proses zamanı birinci instansiya məhkəməsinin hökmü çıxanadək italyan vəkil Ciakomo Barletta Kaldarera tərəfindən müdafiə olunmuşdur; o, indiyə qədər BMT-nin Beynəlxalq Tribunalında müdafiəçi kimi fəaliyyət göstərən yeganə italyan vəkildir. Barayaqviza, hakimlərin qərəzsiz olmadığını iddia edərək, prosesə qatılmaqdan imtina etmişdi.[5]

35 il müddətinə azadlıqdan məhrumetmə cəzasının (həbsdə keçirdiyi vaxtı nəzərə aldıqda əslində 27 il müddətinə cəza verilmişdi) verilməsini nəzərdə tutan 3 dekabr 2003-cü il tarixli hökmdən sonra Barayaqviza hökmdən şikayət verdiyini elan etmişdi. 30 noyabr 2004-cü ildə Donald Herbert və Tanoo Milvaqanam onun yeni müdafiəçiləri qismində təyin olunmuşdular. Cənab Alfred Poqnon, cənab Barletta Kaldareranın "əlavə" müdafiəçisi hesab olunurdu. Onun sonuncu şikayəti 22 iyun 2009-cu ildə Ruanda Beynəlxalq Cinayət Tribunalı tərəfindən rədd edilmişdir.[6]

O, hepatit C-nin inkişaf etmiş vəziyyətinə görə 25 aprel 2010-cu ildə Beninin Kotonu şəhərində[4] vəfat etmişdir. Ailəsinin bildirdiyi məlumata görə, Barayaqviza müvafiq müalicədən imtina etmişdir.

  1. 1 2 Jean-Bosco Barayagwiza // MAK (pol.).
  2. 1 2 "SUMMARY OF JUDGEMENT. Nahimana et al. v. The Prosecutor. Case No. ICTR-99-52-A. Wednesday, 28 November 2007" (PDF). 14 October 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 February 2019.
  3. 1 2 https://unictr.irmct.org/en/news/death-convict-jean-bosco-barayagwiza.
  4. 1 2 "ICTR Newsletter" (PDF). RBCT. April 2010. səh. 10.
  5. Hate Radio: Rwanda - Radio Netherlands Worldwide - English Arxiv surəti 14 oktyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-10-14 at the Wayback Machine
  6. "Jean-Bosco Barayagwiza v. The Prosecutor. p. 13" (PDF). 2017-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Ruanda işi: İngilis, fransız və Ruanda dillərində məqalələr. Kanqura qəzeti.