Şirürəkli I Riçard

Vikipediya, azad ensiklopediya
(I Riçard səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şirürəkli I Riçard
ing. Richard the Lionheart
oks. Ricard Còr de Leon
fr. Richard Cœur de Lion
3 sentyabr 1189 – 6 aprel 1199
ƏvvəlkiII Henri
SonrakıI Con
Şəxsi məlumatlar
Doğum tarixi 8 sentyabr 1157
Doğum yeri
Vəfat tarixi 6 aprel 1199 (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qanqren
Dəfn yeri
Fəaliyyəti monarx
Atası II Henri Plantagenet[2]
Anası Akvitaniyalı Eleonora
Həyat yoldaşı Navarralı Berenqariya
Ailəsi Plantagenetlər
Dini katolisizm
Rütbəsi Cəngavər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 11576 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı.

Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(11571199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu.

Çünki atası hakimiyyəti böyük oğluna, Akvitaniyanı da kiçik oğluna verməklə Riçardı tamam əliboş qoymaq istəyirdi. Mübarizədə ata oğullara qalib gəldi. Amma onları bağışladı. Riçard öz əyalətində baronların qiyamı ilə qarşılaşdı. Baronlar artıq ingilis kralı olan böyük oğul III Henrixi və Britaniyanın hersoqu kiçik Joffruanı Riçardı qovmağa dəvət etdilər. Lakin 1183-cü ildə böyük qardaş gözlənilmədən vəfat etdiyinə görə istər-istəməz Riçard kral seçildi. Atası ondan xahiş etdi ki, öz əyalətini kiçik qardaşına versin. Amma Riçard doğulduğu yeri heç kimə vermək istəmirdi. 1189-cu ildə I Henrix də vəfat etdi. Və I Riçard qanuni kral oldu. Amma ingilis taxt-tacını atıb səlibçilərlə xristianlığın müqəddəs yeri — Qüdsü azad etmək üçün xaç yürüşünə çıxdı və bütün İngiltərə xəzinəsini də özü ilə apardı. O, əvvəl Nessina, sonra da Kipr adalarını asanlıqla fəth etdi. Daha sonra Yaffanı aldı. Nəhayət, 1191-ci ildə gərgin döyüşlərdən sonra Qüdsün yaxınlığındakı Akra şəhərini də ələ keçirdi və bütün qüvvəsilə Qüdsə tərəf yeridi. Lakin Qüdsü almaq o qədər də asan deyildi. Çünki orada Səlahəddin Əyyubi var idi. Öz nüfuzunun təsiri ilə Riçard alman və ingilis cəngavərlərini birləşdirib hərəkətə gəldi.

Beləliklə, dövrün iki böyük sərkərdəsi — Şirürəkli Riçardla Yaxın Şərqin yeganə hakimi Səlahəddin Əyyubi üz-üzə qaldılar. Kim-kimi yıxacaqdı, məlum deyildi. Hər ikisi ağıllı, ehtiyatlı, hər ikisinin ordusunda ciddi nizam-intizam vardı. Lakin Səlahəddinin bir üstünlüyü vardı ki, o, Qüdsə doğru çəkilə-çəkilə irəli gələn 50 minlik səlibçiləri hər cür ərzaq və sudan məhrum edib gedirdi. Bu cür toqquşmalarla keçən mübarizə bir il çəkdi. Onlar bir-birilərinə artıq yaxşı bələd idilər. Hətta aralarında qarşılıqlı rəğbət də vardı. Buna görə hər ikisi taleyini bəxtin öhdəsinə buraxmaq istəməyib, görüşüb cəngavər sazişi imzaladılar. Akra və onun ətrafı səlibçilərdə, Qüds isə müsəlmanlarda qaldı. Amma bir şərtlə ki, müsəlmanlar üç il ərzində xristianların Qüdsə rahat gəlib-getmələrinə mane olmayacaq. Bundan sonra I Riçard özü də müqəddəs yerləri ziyarət edib Avropaya yollandı. Amma yolda gəmisi fəlakətə uğradı və ingilis kralı bavariyalı Leopolda əsir düşdü. Bu həmin Leopold idi ki, səfər zamanı daim Riçardla sözləşər və heç cür onun ümumi rəhbərliyini qəbul eləmək istəməzdi. O, ləzzətlə keçmiş müttəfiqini və rəqibini zindana atdı. Sonra onu müqəddəs Roma imperatoru IV Henrixə verdi. Alman imperatoru da Riçardın əlindən yanıqlı idi. O, azadlıq əvəzində Riçarddan 150 min marka pul istədi və yalnız pulu alandan sonra kralı buraxdı.

Nəhayət, vətəninə dönən I Riçard 17 aprel 1194-cü ildə ikinci tacqoyma mərasimi keçirtdi. Bu zaman eşitdi ki, Fransada İngiltərəyə məxsus Normandiya əyalətində qiyam qalxıb. O, Normandiyaya gəlib düşmənlərinin bir də qiyama cəsarət edə bilməməsi üçün burada çox möhkəm Şato Qayyar adlı alınmaz bir qala tikdirdi.

1199-cu ilin yazında bir kəndli qızıl mədəni tapır. Limoj şəhəri arxiyepiskopu bu qızıl mədənini kraldan gizlətmək istəyir və hətta krala verməmək üçün döyüşə girir. Bu döyüş zamanı hücumda irəlidə gedən I Riçard birdən-birə haradansa arbaletdən atılan bir oxla çiynindən ağır yaralanır və az sonra vəfat edir. Sonrakı əsrlərdə I Riçardın adı əfsanəyə dönüb roman xalqlarının və onların poemalarının qəhrəmanına çevrilir.[3]

  1. Union List of Artist Names (ing.). 2017.
  2. Kindred Britain.
  3. "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]