II Təhmasibin yürüşü (1731)
II Təhmasibin yürüşü (1731) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) | |||
| |||
Tarix | 1731 | ||
Yeri | Qafqaz, Qərbi İran | ||
Səbəbi | İtirilmiş Səfəvi torplaqlarının geri qaytarılması | ||
Nəticəsi |
Osmanlının qələbəsi. Kırmanşah müqaviləsi imzalandı, lakin Nadir müqaviləni qəbul etmədi. |
||
Ərazi dəyişikliyi | Qafqaz Osmanlının oldu. Təbriz, Həmədan və Kirmanşah Səfəvilərə verildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
II Təhmasibin yürüşü (1731) — Səfəvi hökmdarının Qafqazı öz əlində saxlayan Osmanlı imperiyasına qarşı həyata keçirdiyi yürüş nəzərdə tutulur. Yürüş nəticəsində Səfəvi ordusu məğlub edilmiş, bundan əvvəlki yürüş nəticəsində Nadirin əldə etdiyi üstünlüklər və torpaqlar itirilmişdir. Yürüşün nəticəsi Nadirin şərqdən qərbə gəlməsi ilə Səfəvilərin xeyrinə dəyişdirildi, lakin II Təhmasibin öz nüfuzunu bərpa etmək üçün həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən 1731-ci il hərbi əməliyyatları ən əsas sülalənin özü üçün fəlakətlə sonlandı.[1]
Arxa plan
[redaktə | mənbəni redaktə et]Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı. O zaman Osmanlılarla düşmən münasibətdə olan Rusiya bu müharibədə Səfəvilərin qalib gəlməsində maraqlı idi. Belə bir əlverişli şəraitdə II Təhmasib Osmanlılardan işğal edilmiş Səfəvi torpaqlarının geri qaytarılmasını tələb etdi. Lakin Osmanlıların rədd cavabı bu iki dövlət arasında müharibəyə səbəb oldu. Azərbaycan ərazisi yenidən müharibə meydanına çevrildi. Nadir xan Osmanlı qoşunu üzərində ilk böyük qələbəsini Marağada qazandı. 1730-cu ilin sentyabrında Ərdəbili, daha sonra Təbrizi Osmanlılardan azad etdi. Nadir üsyan qaldırmış və Xorasanı ələ keçirmiş abdali əfqanlarına görə Qafqazı ələ keçirmiş Osmanlıya qarşı planladığı yürüşü ertələməli oldu. Bu zaman əfqanlar Xorasanın paytaxtı hesab edilən Məşhədi mühasirəyə almışdılar. 1731-ci ilin qışında yeni döyüşçülər topladıqdan və onlara təlim keçdikdən sonra Nadir imperiyanın şərq cinahını qorumaq üçün hərəkətə keçdi. Nadir sayəsində 1729-cu ildə əsl Səfəvi taxtına oturan II Təhmasibə saray əyanları tərəfindən şəxsən nüfuzunu yüksəltmək üçün meydanlara çıxması təlqin edildi. Maykl Eksvorti və bir çox digər tarixçilərin bildirdiyinə görə bu yürüşə başlamaqda əsas səbəb II Təhmasibin özünün ali baş komandanını qısqanması və öz nüfuzunu yüksəltmək istəməsi mühüm rol oynamışdır, lakin ortada bu istəyin meydana çıxmasında ona saraydakı şəxslərin təzyiq etmələri barədə işarələr mövcuddur.
İrəvanın mühasirəsi
[redaktə | mənbəni redaktə et]Yürüş ərəfəsində İstanbulda Patrona Xəlilin başçılığı altında üsyan qalxmış və nəticədə I Mahmud sultan elan edilmişdi. I Mahmud şərqorduları komandanlığına yarı venesiyalı dövlət xadimi olan və II Təhmasibin məhvinə səbəb olacaq dövlət xadimini təyin edir. II Təhmasib atalarının etdiyi kimi Qafqaz və ətraf əraziləri Osmanlıdan geri almaq istəməkdə idi. Onun komandanlığı altında hərəkət edən 18 minlik Səfəvi ordusu Qərbi Azərbaycan ərazisinə daxil olaraq İrəvan yaxınlığında Osmanlı ordusu üzərində qələbə qazandı. Bundan əvvəl Təhmasibin yürüşə başlamasına cavab olaraq Osmanlı dövləti iki istiqamətdən Səfəvi ərazisinə hücuma keçməyi qərara almışdı. Bağdad sərəskəri Əyyubizadə Əhməd Paşaya İsfahan üzərinə, Diyarbəkir valisi Həkimoğlu Əli paşaya da sərdar ünvanı ilə İrəvana yardım etmək əmr edilir. Həkimoğlu Əli Paşa Səfəvilərlə ilk toqquşmada məğlub edildikdən sonra İrəvan qalasına geri çəkilir. Həkimoğlu Əli Paşa dərhal reaksiya göstərərək, İrəvanın mühasirəsini qırmağa çalışdı.[2] Həkimoğlu II Təhmasibin maddi-texniki təminat yollarını qoruması üçün cənuba doğru ehtiyat birləşmələr yerləşdirməməsindən xəbərdar olduqdan sonra Səfəvi ordusuna lazimi şeyləri daşıyan və Təbrizdən gələn yolu kəsdi. Onun məqsədi II Təhmasibi sonda İrəvan mühasirəsini tərk etməyə məcbur etmək idi.
İrəvan qalasından məktublar göndərən Həkimoğlu Səfəvi ordusunun seçmə döyüşçülərinə komandanlıq edən Məhəmməd xanı Osmanlı ilə əlaqəsi varmış kimi göstərdi və ordu daxilində parçalanma yaradılmasına nail oldu.[3] Daha sonra qaladan ani bir hücumla Səfəvi ordusuna zərbə endirildi. Nəticədə 18 günlük mühasirə dayandırıldı və ordu geri çəkildi.[4]
Təbrizə doğru geri çəkilən II Təhmasib Arpaçayı keçməyə çalışarkən Üçkilsə bölgəsində Teymur Mehmed Paşanın hücumuna məruz qalır və yenə də məğlub olur. Bundan sonra Səfəvi ordusu qeyri-nizami formada Təbrizə geri çəkilir.[5] Bundan sonra Həkimoğlu yeni qüvvələrin gəlişi ilə Təbrizə yönəldi və ilk pncə Urmiyanı hədəf olaraq seçdi.
Osmanlının əks hücumu
[redaktə | mənbəni redaktə et]Əhməd Paşanın əlavə qüvvə ilə imperiyanın qərb torpaqlarına daxil olduğu və Kirmanşahla Həmədanı ələ keçirmək istədiyi barədə məlumat alan II Təhmasibin vəziyyəti gərginləşdi. İki ordu bir-birinə yaxınlaşdıqca məktub mübadilələri də çoxalırdı. II Təhmasibin ordusu təcrübəli döyüşçülər Nadirlə şərqdəki yürüşdə iştirak etdiyinə görə, əsasən orduya yeni qəbul edilmiş və təcrübəsiz döyüşçülərdən təşkil edilmişdi. Bundan başqa, Səfəvi ordusu ənənəvi olaraq 3 tümən şəklində - mərkəz, sağ və sol cinahlar - düzülüşdə idi.
Görünüşə görə, ordular üz-üzə gəldiyi zaman Səfəvi ordusunun təcrübəsiz tüfəngçilərindən biri istəmədən atəş açmış və bu atışma meydan toqquşmasına səbəb olmuşdur. Meydan döyüşü baş verdikdən sonra Səfəvi süvariləri Osmanlı süvarilərini darmadağın edərək qovmağa başladı. Lakin meydana daxil olan yeniçərilər öz süvarilərini qorumaq üçün əks hücuma keçdilər və nəticədə Osmanlı piyadaları Səfəvi süvarilərini məğlub etməyi bacardılar. Həmçinin bu ərəfələrdə İrəvandakı Osmanlı komandanı Həkimoğlu Əli Paşa hücuma keçərək Təbrizi ələ keçirdi. Buna paralel olaraq, Əhməd Paşa öz yürüşünü uğurla tamalayaraq Həmədanı ələ keçirdi.
Nəticə
[redaktə | mənbəni redaktə et]Nadir xan tərəfindən geri alınan torpaqların da itirilməsindən qorxuya düşən II Təhmasib Osmanlılara sülh təklif etdi və Osmanlı komandanlığının düşərgəsinə nümayəndə göndərdi. Sülh müqaviləsininin imzalanmasında Osmanlı dövləti də maraqlı idi. İsfahandan xeyli uzaqda olan Nadir xan buna etiraz etsə də, 1732-ci il 16 yanvarda Kirmanşahda Səfəvilərlə Osmanlılar arasında sülh müqaviləsi imzalandı. İmzalayanlar Osmanlı tərəfdən Əhməd Paşa və Səfəvi tərəfindən Məhəmməd Rzaqulu bəy idi.[6][7] Sülhə görə Təbriz, Həmədan və Kirmanşah II Təhmasibə geri verildi.[8][9][10][10]
Yürüşün nəticələrindən fəlakətli xüsusiyyəti əsasən Səfəvi sülaləsi üçün oldu. Bu məğlubiyyətdən istifadə edən Nadir xan II Təhmasibi 1732-ci ildə taxtdan saldı və onun yerinə Təhmasibin azyaşlı oğlu Abbas Mirzəni III Abbas adı ilə taxta çıxardı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. səh. 159.
- ↑ Dr. Kavekh Farookh. Iran at War. Oxford: Osprey Publishing. 2011. səh. 109.
- ↑ Alper Yıldırım. I. Mahmud Devri Osmanlı-İran İlişkileri. Eskişehir. 2017. səh. 42.
- ↑ Abdurrahman Ateş. Avşarlı Nadir Şah ve Döneminde Osmanlı-İran Mücadeleleri. Isparta: Süleyman Demirel Üniversitesi. 2001. səh. 54.
- ↑ Ali Djafar Pour. Nadir Şah Döneminde Osmanlı-İran İlişkileri. İstanbul. 1977. səh. 83.
- ↑ Prof.Yaşar Yücel-Prof Ali Sevim:Türkiye tarihi vol.III, AKDTYKTTK Yayınları, 1991, pp. 282-290.
- ↑ Prof.Yaşar Yücel-Prof Ali Sevim:Türkiye tarihi vol.IV, AKDTYKTTK Yayınları, 1991, pp. 3-4.
- ↑ "OSMANLI DURAKLAMA DÖNEMI (1579 – 1699)". www.egitimvadisi.net. 2011. 28 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
- ↑ Erewantsʻi, Abraham; Bournoutian, George. History of the wars: (1721-1736). Mazda Publishers. 1999. səh. 2. ISBN 978-1568590851. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
(...) against Nader's advice, Shah Tahmasp marched against the Turks to force their withdrawal from Transcaucasia. The Ottomans routed the Persian forces in 1731, and in January 1732, the Shah concluded an agreement that left eastern Armenia, eastern Georgia, Shirvan, and Hamadan in Turkish hands.
- ↑ 1 2 A ́goston, Ga ́bor; Masters, Bruce Alan. Encyclopedia of the Ottoman Empire. Infobase Publishing. 2010. 415–416. ISBN 978-1438110257.
But while Nadir pursued conquests in the east, Shah Tahmasp reopened hostilities with the Ottomans in an effort to regain his lost territories. He was defeated and agreed to a treaty that restored Tabriz but left Kermanshah and Hamadan in Ottoman hands. Nadir was incensed at the treaty (...)