Hüseyn bəy Nəbibəyov
Hüseyn bəy Nəbibəyov | |
---|---|
Hüseyn bəy Qasım bəy oğlu Nəbibəyov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat səbəbi | repressiya |
Həyat yoldaşı | Göyçək xanım Tahirova |
Uşaqları | Tamerlan, Rüstəm, Fatma, Ehsan |
Atası | Qasım bəy Nəbibəyov |
Anası | Əsmər xanım |
Təhsili | Sankt-Peterburq Konstantin Artilleriya məktəbi |
Fəaliyyəti | hərbçi |
Nəbibəyov Hüseyn bəy Qasım bəy oğlu (15 yanvar 1892–1931) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, polkovnik, Sovet dönəmində hərbi hazırlıq müəllimi, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri olmuş polkovnik Bəhram bəy Nəbibəyovun, AXC ordusunun podpolkovniki Zahid bəy Nəbibəyovun və AXC Birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyovun qardaşı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Hüseyn bəy Nəbibəyov 1892-ci ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olub. Şəkidə Rus-Tatar məktəbində bir müddt oxuduqdan sonra təhsilini Kutaisi Realnı məktəbində davam etdirib. Sonra Sankt-Peterburqdakı Konstantin artilleriya məktəbini birinci dərəcəli diplomla başa vurub. Böyük qardaşı Bəhram bəy Nəbibəyovun komandiri olduğu Qafqaz iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Hüseyn bəy 1914-cü ildə poruçik, 1916-cı ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda podpolkovnik rütbəsi ilə yüksək vəzifədə çalışıb. Bir müddət Bakı hərbi dairəsi məhkəməsinin hakimi olub. Hakim işlədiyi dövrdə Cümhuriyyətin hərbi naziri, atilleriya generalı Səməd bəy Mehmandarova sui qəsd edən dəstənin məhkəmə işini aparan Hüseyn bəy cinayətkarların layiqli cəzalandrılmasına nail olmuşdur. 1920-ci ildə polkovnik rütbəsi almışdır. Sovet hakimiyyəti qurulduqdan sonra hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1926-cı illərdə müəllimlik etmişdir. 1926-cı ildə Şəkiyə köçmüş Hüseyn bəyin təşəbbüsü ilə bir neçə məktəbdə hərbi hazırlıq fənni tədris edilməyə başlanmış və özü məktəblərin biridə hərbi rəhbər işləmişdir. 1930-cu ildə baş vermiş Şəki üsyanı bolşeviklər tərəfindən amansızcasına yatırldıqdan və üsyanın hərbi rəhbəri, Hüseyn bəyin böyük qardaşı Bəhram bəy öldürüldükdən sonra Hüseyn bəy həbs olunmuş və sonrakı taleyindən heç bir məlumat olmamışdır. Ailəsinə şifahi, telefon vasitəsilə verilmiş məlumatda 1931-ci ildə vəfat etdiyi bildirilib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Tahirzadə, Ədalət. Unutdurulmuş Azman: Əliabbas Qədimov. Bakı: Apostroff. 2012.