Gürcü dili

Vikipediya, azad ensiklopediya
(Gürcücə səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Gürcü dili
Orijinal adı ქართული ენა
Ölkələr Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya
Rəsmi status Gürcüstan
Danışanların ümumi sayı 4,3 milyon
Təsnifatı
Kateqoriya Kartvel dilləri
Qafqaz dilləri[d]
Kartvel dilləri
Karto-Zan[vd]
gürcü dili
Yazı Gürcü yazıları
Dil kodları
QOST 7.75–97 гру 158
ISO 639-1 ka
ISO 639-2 geo (B); kat (T)
ISO 639-3 kat
Dilin strukturlarının dünya atlası geo
Ethnologue kat
Linguasphere 42-CAB
LINGUIST List geor
ABS ASCL 4902
IETF ka
Glottolog nucl1302
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir.

Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir. Jurnal bu günədək çıxmaqdadır.

Amerikalı gürcüşünas Aronson 1950–60-ci illərdə gürcü dili üzrə fundamental derslik və lüğətləri redaktə edib, nəşr etdirmişdir.

Hazırda gürcü dili Almaniya, Fransa, Polşa, İsveç, İngiltərə və ABŞ-nin bir sıra universitetlərində tədris edilir.

Gürcü dilinin yazılı inkişafı aşağıdakı xronoloji dövrlərə ayrılır:

  • qədim dövr, V–XI əsrlərdir
  • orta dövr, XII–XVIII əsrlərdir
  • yeni dövr, XIX əsrdən

Bəzi tədqiqatçılar son iki dövrü bölmürlər, çünki yeni gürcü dili əsasən leksikada fərqlərə malikdir. Qədim gürcü dilinin əsasını kartli nitqi təşkil edir. 1819-cu ildə gürcü dilində ilk daimi nəşri "Sakartvelos" qəzeti fəaliyyətə başladı. Müasir ədəbi gürcü dilinin inkişafında İlya Çavçavadze, Akakiy Çereteli, Vaja Pşavela əhəmiyyətli rol oynadılar.

Bilindiyi kimi, dünya dillərində say sistemləri müxtəlifdir. Bəzi dillərdə onluq, iyirmilik, on ikilik, beşlik say sistemlərindən istifadə olunur. Eyni zamanda, türk dilləri də daxil olmaqla, bir çox dünya dillərdə onluq say sistemi işlədilməkdədir. Gürcü dilində isə say sistemi qarışıqdır. Qismən onluq, qismən təklik və qismən də iyirmilik mövcuddur. Belə ki, gürcü dilində say sistemi 11-dən 19-a qədər onluq, 21-dən 99-a qədər iyirmilikdir.[1]

Sayların gürcü dilində ifadəsi

Ümumi say kategoriyası: რიცხვითი სახელი — ritsxviti saxeli (say adı). Əsl saylar: რაოდენობითი რიცხვითი სახელი — raodenobiti ritsxviti saxeli (miqdar sayı adı). Say sistemi თვლის სისთემა – tvlis sistema (say sistemi).[1]

Gürcücə Oxunuşu Say olaraq
ერთი erti 1
ორი ori 2
სამი sami 3
ოთხი otxi 4
ხუთი xuti 5
ექვსი ekvsi 6
შვიდი şvidi 7
რვა rva 8
ცხრა tsxra 9
ათი ati 10
ოცი otsi 20
ოცდაათი otsdaati 30
ორმოცი ormotsi 40
ორმოცდაათი ormotsdaati 50
ასი asi 100

Həftənin günləri

[redaktə | mənbəni redaktə et]
Gürcücə Oxunuşu Tərcüməsi
ორშაბათი Orşabati (ori (iki), şabati (şabbat / şənbə)şənbədən (altıncı gündən) iki gün sonra) Bazar ertəsi / Birinci gün / Düşənbə
სამშაბათი Samşabati (sami (üç), şabati (şabbat / şənbə)şənbədən (altıncı gündən) üç gün sonra) Çərşənbə axşamı / İkinci gün / Seşənbə
ოთხშაბათი Otxşabati (otxi (iki), şabati (şabbat / şənbə)şənbədən (altıncı gündən) dörd gün sonra) Çərşənbə / Üçüncü gün
ხუთშაბათი Xutşabati (xuti (iki), şabati (şabbat / şənbə)şənbədən (altıncı gündən) beş gün sonra) Cümə axşamı / Dördüncü gün / Pəncşənbə
პარასკევი P'araskevi (qədim yunanca "hazırlıq, hazırlaşma" demək olan "paraskeue" (пαρασκευή) sözündən -"şabbata / şənbəyə (bir gün qaldığından savayı) hazırlıq günü") Cümə / Beşinci gün / Adinə (Adına, Adna)
შაბათი Şabati (ehtimalən akkadca "şapattu" (ayın orta günü) sözündən qaynaqlanan, ivritcə "şənbə günü" demək olan "şabat" (שַׁבָּת) sözündən, ehtimalən ermənicənin vasitəsi ilə) Şənbə / Altıncı gün
კვირა Kvira (yunanca "Allahın günü" ("he Kuriake hemera" (ἡ Κυριακὴ ἡμέρα)) ifadəsindən gələn, və "bazar günü / yeddinci gün" demək olan "Kuriake" (Κυριακή) sözündən) Bazar / Yeddinci gün / Yekşənbə
  1. 1 2 "Arxivlənmiş surət" (PDF). 2022-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-02.