Endre Adi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Endre Adi
mac. Ady Endre
Doğum adı diósadi Ady András Endre
Təxəllüsü Ida
Doğum tarixi 22 noyabr 1877(1877-11-22)[1][2][…]
Vəfat tarixi 27 yanvar 1919(1919-01-27)[3][1][…] (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi İspan qripi, sifilis
Dəfn yeri
Təhsili
Fəaliyyəti şair, jurnalist, yazıçı
Əsərlərinin dili Macar dili
Üzvlüyü
Vikimənbənin loqosu Endre Adi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Endre Adi (mac. Ady András Endre; 22 noyabr 1877[1][2][…]27 yanvar 1919[3][1][…], Budapeşt[3][2]) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik.

Endre Adinin doğulduğu ev

Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi.[6] Ailənin ikinci övladı idi. İlona adlı böyük bacısı gənc yaşlarında vəfat etmişdi. Yazıçı və şair olan Marişka Adi onun bacısı qızı idi.

1892-1896-cı illərdə Zaleuda Kalvinist kollecində oxudu. 1896-cı ilin 22 martında Szilágy qəzetində ilk poeması olan Zaleu əsərini nəşr etdirdi.

Daha sonra isə Debreçen Universitetində hüquq fakültəsində təhsil almağa başladı. 1899-cu ildə ilk poemalarından ibarət kitabını Verşek (Poemalar) adı altında nəşr etdirdi. Tezliklə Endre Debreçendəki cansıxıcı həyatdan bezdi (sonralar bu şəhər onun yaradıcılığında yaranan gerilənmənin simvoluna çevrildi) və zəngin mədəni və mənəvi həyatı ilə məşhur olan Nadjivarad şəhərinə (hazırda Rumıniyanın Oradya şəhəri) köçdü. 1902-ci ildə yerli Nadjivaradi Naplo qəzeti üçün yazdığı bir məqalədə Endre öz dövrünün sosial xüsusiyyətlərinə daha dərindən diqqət yetirmişdi.

Jurnalist kimi işləməyi və yeni insanlarla bir yerdə olmağı onun dünya görüşünü artırdı. 1903-cü ildə yeni poemalar toplusunu nəşr etdirdi, lakin bu əsəri o qədər də çox tanınmadı. 1903-cü ilin avqust ayında Parisdə yaşayan yəhudi əsilli zəngin Adel Brüllə tanış olması onun həyatını tamamilə dəyişdirdi. Brüll Nadjivarad şəhərinə evini ziyarət eləməyə gəlmişdi. Öz əsərlərində Leda adlandırdığı bu xanım onun ilham mənbəyinə çevrildi; ona olan sevgisi və onu axtarıb tapmaq üçün Paris şəhərini ziyarət etməsi yaradıcılığında yeni mərhələnin başlanğıcı oldu. 1904-1911-ci illərdə Paris şəhərini yeddi dəfə ziyarət etmişdi. İlk ziyarətindən sonra Budapeşt şəhərinə köçdü və burada Budapesti Napló qəzetində işləməyə başladı. Qəzetdə fəaliyyət göstərdiyi müddət ərzində 500-dən çox məqalə və bir sıra poemasını dərc etdirdi.

Siyasətlə dərindən maraqlanan Endre 20-ci əsr (Huszadik Század) radikal qrupunun üzvü oldu. 1906-ci üçüncü kitabı olan Yeni poemalar kitabını nəşr etdirdi. Bu kitab müasir Macarıstan poeziyasının yaranmasının ilkin mərhələsi oldu. Dördüncü kitabı olan Qızıl və qan ona böyük müvəffəqiyyətlər qazandırdı və tənqidi tanınmasına gətirib çıxardı.

1906-cı ildə Endre ölkəni tərk etdi və yenidən Paris şəhərinə qayıtdı. 1907-ci ildə Budapeştdəki işini tərk etdi.

Endre Adinin sevimli məkanlarından olan EKKE kafesinin binası. "A Holnap" (Sabah) ədəbi mətbəəsi burada yaradılmışdır.

1908-ci ildə Nyuqat dövrü mətbəəsində poemasını nəşr etdirdi. Ömrünün qalan hissəsini dövrü mətbəədə keçirdi. 1912-ci ildən mətbəənin redaktorlarından biri oldu. 1908-ci ildə A holnap (Sabah) adlı ədəbi mətbəənin yaradıcılardan biri idi. Mətbəədə Endre Adi ilə yanaşı Mihay Babiç, Dyula Yuhas və Bela Balajın da antologiya poemaları nəşr edildi. Antologiya poemaları əhali tərəfindən qəbul edilmədi və anlaşılmazlıqla qarşılandı. Bir çox insanlar erotik şeirləri özündə cəmləşdirən antologiyanı pislədilər. Endre poemalarında zəngin mədəni həyat və Macarıstanın kəndli dünyasının qəddar reallıqları arasındakı reallığa toxunduğu üçün sərt bir şəkildə tənqid edildi.

Edi önəmli macar ədəbi jurnalı olan Nyuqatın redaktoru və aparıcı üzvü idi. O dövrün siyasi vəziyyətini tənqid edən digər jurnallar üçün də siyasi məqalələr yazırdı. O, aparıcı partiyaların millətçiliyini sevmirdi, eyni zamanda sosial demokratların anti-milliyyətçiliyini tənqid edirdi; Macarıstanın inkişaf etmiş ölkələrdən nə qədər geri olduğunu bilirdi, lakin Qərb ölkələrinin səhflərini də görürdü.

1909-cu ildən Sifilis xəstəliyindən əziyyət çəkdiyi üçün tez-tez sağlamlıq sanatoriyalarına getməli oldu. Siyasi vəziyyət daha da gərginləşdi: işçilər hökumət əleyhinə etiraz edirdilər və Endre inqilabın yaxınlaşdığını hiss edirdi. Şəxsi həyatı da getdikcə daha da pisləşirdi; Leda ilə münasibətləri zaman keçdikcə ona əzab gətirməyə başladı. Endre tanınmış yazıçı olduqca, Leda münasibətlərində aparıcı rolunu itirirdi. 1912-ci ilin aprel ayında cütlük ayrıldı.

1914-cü ildə 20 yaşındakı Berta Bonça ilə tanış oldu. 1915-ci ildə Bertanın atasının icazəsi olmadan ailə həyatı qurdular. Öz əsərlərində onu Csinszka adlandırırdı.

1914-cü ildə Franç Ferdinandın sui-qəsd nəticəsində öldürülməsindən sonra Endre müharibənin yaxınlaşdığını hiss edirdi. Tanıdığı hamı müharibənin başlamasını həvəslə gözləyirdi; beləcə o, öz qorxu və narahatlıqları ilə tək qaldı. 1918-ci ildə sonuncu kitabını nəşr etdirdi. Zaman keçdikcə xəstəliyi daha da kəskinləşirdi. O, müasir macar yazıçıların təşkilatı olan Vöröşmarti Akademiyasının prezidenti seçildi, lakin açılış nitqini deyə bilmədi; 27 yanvar 1919-cu ildə Budapeştdə vəfat etdi.

  • Versek ("Poemalar", 1899)
  • Még egyszer ("Bir daha", 1903)
  • Új versek ("Yeni poemalar", 1906)
  • Vér és arany ("Qan və qızıl", 1907)
  • Az Illés szekerén ("Eliyanın tramvayında", 1909)
  • Szeretném, ha szeretnének ("Sevilməyi sevərdim" 1910)
  • A Minden-Titkok versei ("Bütün sirrlərin poemaları", 1911)
  • A menekülő Élet ("Uzaqlaşan həyat", 1912)
  • Margita élni akar ("Margita yaşamaq istəyir", 1912)
  • A magunk szerelme ("Öz məhəbbətimiz", 1913)
  • Ki látott engem? ("Məni kim görüb?", 1914)
  • A halottak élén ("Ölülərin lideri", 1918)
  • Az utolsó hajók ("Son Gəmilər", 1923)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 20. ISBN 978-2-221-06888-5
  3. 1 2 3 4 Ади Эндре // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Ady füstbe ment jogászkodása (mac.). Nagyvárad: 2012.
  5. 1 2 https://szabadkomuvesseg.hu/page/magyar-szabadkomuvesek.
  6. Judit Frigyesi, Béla Bartók and Turn-of-the-century Budapest, University of California Press, 2000, p. 47 [1] Arxivləşdirilib 2020-08-01 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]