Elektromaqnit sahəsi
Solenoidin maqnit sahəsi |
Elektromaqnetizm |
---|
Elektromaqnit sahəsi - elektrik və maqnit sahələrindən yaranan fiziki sahə.
Elektromaqnit sahəsinin insan orqanizminə təsiri
[redaktə | mənbəni redaktə et]İnternet, televizor, soyuducu, paltaryuyan maşın, lüminiessensiya lampaları, cib telefonları, simsiz uşaq telefonları... bütün bunlar elektromaqnit sahəsi yaradırlar.
Qazi Universitetinin Non-İonizan Radiasiyadan Qorunma Mərkəzinin əməkdaşı Fırlarer elektromaqnit sahəsinin yaydığı dalğalar nəticəsində psixoloji narahatlıqların, görmə funksiyalarında çatışmazlıqların, immunitet sistemində zəifliyin meydana çıxdığını bildirir.
Naqilsiz Internetdən istifadə ediriksə, ilk növbədə, bundan imtina etməliyik. Qonşunun naqilsiz Interneti də mənzilimizə təsir edir. Mikrodalğalı sobadan mümkün qədər az istifadə etməliyik. İstifadə etsək də, həmin müddətdə mətbəxdə çox olmamalı, uşaqlarımızı bu sahədən kənar etməliyik. LCD televizorları qazla işləyən televizorlara və plazma televizorlarına nisbətən daha az elektromaqnit sahəsi yaradır. Kompüterin monitorunda və televizorlarda LCD ekranlarından istifadə edilməsi daha məqsədəuyğundur.
Simsiz uşaq telefonlarının da elektromaqnit sahəsi yaratdığına diqqət çəkən Fırlarer bu telefonların mikrodalğalı soba qədər elektromaqnit sahəsi yaratdığını deyir.
Orqanizm axşamlar melatonin adlı hormon ifraz edir. Bu hormon orqanizmin bioloji ritmini nizamlayır. Gecələr elektromaqnit sahəsinin təsiri daha güclüdürsə, həmin hormonun ifrazı azalır. Bu durum isə əsəbiliyə, immunitet sisteminin zəifləməsinə səbəb olur. Ona görə də yatmazdan əvvəl mütləq yataq otağındakı televizorları söndürmək, elektrikdən ayırmaq, həmçinin kabelsiz Interneti və cib telefonunu da tamamilə bağlamaq lazımdır.[1]
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Elektromaqnit sahəsindən qorunmağa çalışın". 2009-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-29.