Dinboz döyüşü
Dinboz və ya Dimbos döyüşü – Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında 1303-cü ildə baş vermis döyüş. Döyüş Osmanlı bəyliyinin qələbəsi ilə nəticələnmişdir.[1][2]
Arxa plan
[redaktə | mənbəni redaktə et]1302-ci ildəki Bafeus döyüşündən sonra Anadoludakı döyüşçü-qazilərdən Bizasn imperiyasının tabeliyində olan torpaqlara doğru axınlar çoxalmışdı. O dövrki Bizans imperatoru II Andronikos isə Elxanilər ilə Osmanlı bəyliyi təhlükəsinə qarşı ittifaq qurmağa çalışırdı. İmperator II Andronikos bu ittifaq təşəbbüsünün reallaşmamasından sonra Osmanlı bəyliyinə təkcə öz qüvvələri ilə hücum etmək qrarını verir.
Döyüş
[redaktə | mənbəni redaktə et]Döyüş haqqında yazılı mənbələrdə məlumatlar o qədər də çox deyildir. Bu döyüş barədə məlumatlar daha çox şifahı formada, ağızdan-ağıza keçərək dövrümüzə gəlib çatmışdır. Buna görə də, bu məlumatlar içində xeyli əfsanəvi ünsürlər vardır. Teodor Spandounesə görə, Dimbos və ya Dinboz (bu sözün din pozmaqdan törədiyi ehtimal edilir) bölgəsi Osmanlı bəyliyi tərəfindən ələ keçirilən ilk Bizans yaşayış məntəqəsidir. XV əsrin tarixi qaynağı olan AŞıkpaşazadə Qoyunhisar bölgəsində yaşanan Bafeus döyüşünə dair qaynaqlardan olan çıxarışları Dimbos bölgəsində baş veribmiş kimi dəyişdirərək Dinboz döyüşü anlayışını formalaşdırmışdır. Bizans imperiyası Anadolu ordusu Adranos (hal-hazırkı Orxaneli), Bidnos, Kestel (hal-hazırkı Ərdoğan kəndi) və Kete (hal-hazırkı Ürünlü kəndi) kimi yerli qarnizonlardakı qüvvələrdən formalaşmaqda idi. 1303-cu ilin yazında Bizans ordusu Bursanın şimal-şərqində yerləşən və dövrün əhəmiyyətli Osmanlı məntəqəsi olan Yenişəhərə irəliləməyə başladı. Osman Qazi isə Yenişəhər yolunda Dimbos ətrafında Bizans ordusunu qarşıladı və onları mığlub etdi. Döyüş nəticəsində Osman Qazinin qardaşı oğlu Aydoğdu və Kestel ilə Dimbosun Bizans bəyləri həyatlarını itirdilər. bizanslı Kete bəyi Lopardion (al-hazırkı Ulubat) qalasına qaçmağa çalışarkən ələ keçirildi. Osman Qazi Kete bəyini qala önündə edam etdirdi və ardıyca bu qalanı da mühasirəyə aldı.
Nəticə
[redaktə | mənbəni redaktə et]Döyüşdə qalib gələn Osman Qazi Bizansla sərhəddə yerləşən bəyliklər arasında öz nüfuzunun yüksəlməsinə nail oldu. Osman Qazi bu mühasirənin də sonunda uğurlu oldu və buranı da öz torpaqlarına qatdı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Bursanın mühasirəsi
- Pelekanon döyüşü
- Osmanlı imperiyası
- Konstantinopolun mühasirəsi (1391)
- Konstantinopolun mühasirəsi (1422)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Donald Nicol. Theodore Spandounes: On the origin of the Ottoman emperors. Cambridge University Press. 1997. səh. 10.
- ↑ Colin Imber. The Legend of Osman Gazi in Elizabeth A. Zachariadou. Halcyon Days in Crete, A Symposium Held in Rethymnon. 1994. səh. 72. ISBN 960-7309-58-8.