Chanel No.5
Chanel No.5 - məşhur Chanel markasının ətiri, 1921-ci ildə ətriyyatçı Ernest Bo tərəfindən yaradılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Deyilənə görə, Koko Şanel cənab Ernest Bodan "Qadın ətrinin gələ biləcəyi, süni qadın ətrini" yaratmasını xahiş eləmişdir. Chanelin ilk ətirini yaradan Bo sintetik rəngli iyi olan (Cucumis sativus) - aldeqidlərdən istifadə etmişdir. Bo- çar sarayının keçmiş ətriyyatçısı, 1917-ci il İnqilabından sonra Rusiyadan qaçaraq dünyada ilk dəfə aldeqid molekulları əsasında mükəmməl bir ətir yaratmışdır. Ətriyyaçı mademuazel Şanelə seçim üçün 10 ətir təqdim edir, lakin Koko Şanel bunlardan beçincini seçir və buradan şedevrin adı yaranmışdır. "Beş" Koko Şanelin sevimli rəqəmi idi.
Chanel No.5 aşağıdakı ətriyyat notlarından ibarətdir:
- Yuxarı notlar: aldeqidlər, nerollar, ilan-ilanq, berqamot, limon
- Ürəyin notları: iris, bənövşə kökü, jasmin (çiçək), inciçiçəyi, qızılgül
- Əsas notlar: ətir, səndəl ağacı, paçuli, müşk, viverra, vanil, palıd mamırı, vetiver
Ətirin təkcə özü inqilabi deyildi, onun təqdimatı da inqilabi olmuşdur. İndiyə qədər fabrikantlar, onlardan ən məşhuru olan Rene Lalik bu ətirin flakonlarını hazırlamaq üçün ən müxtəlif formalar və ən əcaib ornamentlərlə təkmilləşdirməyə çalışmışlar. Bu cür flakonların hazırlanması fikrinə əks çıxan Şanel asketizm və sadəlik ideyasını dəstəkləyərək, içərisində qızılı məhlul olan parallelepiped formasında olan sadə flakon ideyasını təklif etmişdi. Onu bəzəməyin yeganə izləri 1924-cü ilə adi edilir. Flakonların tıxacında Şanel Evinin emblemi olan 2 bir-birinə toxunmuş C hərfi olan dairəvi möhür görmək olar.
Reklamı
[redaktə | mənbəni redaktə et]Yeni ətir hazır olan kimi, Şanel onu dərhal satışa çıxarmağa tələsmədi. O, bunun əvəzinə flakonları özünün ən yaxın yüskək təbəyə məxsus olan rəfiqələrinə verirdi. Yeni ətir haqda xəbər ağızdan-ağıza keçmiş və tezliklə "Chanel No.5" ətrini sevənlərin gizli klubu yaradılmışdır. Flakonlar satışa buraxılan kimi,elə o anda da alıcılar arasında çox məşhurlaşdı.
İlk əvvəl Chanel No.5 ətrini Koko Şanel özü təqdim edirdi, sonradan onun yerini Katrin Denöv, Karol Buke, Estella Uorren, Nikol Kidman, Odre Tatu kimi aktrisalar əvəz etmişdir.
1954-cü ildə Merilin Monrodan intervyu götürən bir jurnalist aktrisanın yatarkən nə ilə bəzəndiyini soruşmuşdu. Monronun cavabı olan "bir damcı Chanel No.5" sonradan ətir kompaniyasının sloqanına çevrilmişdir.