Ceyms Hetton
Ceyms Hetton | |
---|---|
James Hutton | |
Doğum tarixi | |
Doğum yeri | Edinburq Şotlandiya |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Edinburq Şotlandiya |
Dəfn yeri | |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Elm sahələri | Geologiya , Kimya |
İş yerləri | Edinburq Universiteti , Paris Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Kolin Maklaurin[1] |
Tanınır | Müasir geologiya elminin banisi, Plutonizm nəzəriyyəsinin yaradıcısı. |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Hetton (ing. James Hutton; 3 iyun 1726 – 26 mart 1797) — şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas. Müasir geologiyanın və geoxronolgiyanın banisi olan Hetton, həm də aktualizm və plutonizm nəzəriyyəsinin yaradıcısı hesab olunur.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Ceyms Hetton 1726-cı ildə Şotlandiyanın Edinburq şəhərində anadan olmuşdur. Atasını tez itirən Hatton Edinburq Kral məktəbini bitirmiş və 14 yaşında Edinburq universitetinin hüquq fakultəsinə daxil olmuş. 18 yaşında fizika labaratoriyasında assistent olmuş, sonra Parisə gedərək orada üç il yaşamışdır. 1749-cü ildə Leyden Universitetində tibb elimləri doktoru olmuş.
1750-ci ildə sonra Hetton kənd təsarrüfatı və geologiya ilə maraqlanmağa başladı. 1768-ci ildə şəxsi fermasını kirayəyə verərək Hatton geologiya ilə ciddi maraqlanmağa başladı. Ceyms Hetton Şotlandiyanın tanınmış alimləri olan Ceyms Vatt və Adam Smit ilə yaxın dost idi.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Ceyms yüksək müşahidə qabiliyyətin malik idi. Onun əldə etdiyi ən mühüm nəticələrdən biri qranit və bazaltların maqmatik mənşəli olması qənaətinə gəlməsidir. Bununla da o, plutonizm nəzəriyyəsinin əsasını qoyur. O, bu nəzəriyyəsi barədə əvvəlcə Edinburq kral elmi cəmiyyətdə məruzə edir. Sonra isə həmin məruzəni cəmiyyətin jurnalda dərc etdirir. Hetton Yerin tsiklik inkişaf modelini verir:
Bizim planet dinamiki tarazlıq vəziyyətindədəir. Vulkanların püskürməsi sayəsində planetimiz daim daxili hərəkətlərdən azad olur və qurunun qalxması hadisəsi baş verir. Dənizlərdə çıküntülər əmələ gəlir. Yerin mənzərəsi kataklizmlər nəticəsində deyil, tədricən dəyişir. Təbiətdə baş verən bütün hadisələr sabit xarakterlidir...[3] |
Hetton elmə uniformizm (aktualizm) adlanan "geoloji proseslərin saxlanması" prinsipini gətirmişdir. Sonralar bu fikiri onun varisi Çarlz Layel inkişaf etdirmişdir. Bu nəzəriyyə üzərində Hetton uzun müddət işlədikdən sonra ikicildlik " Yer nəzəriyyəsi" traktatı işıq üzü görür.[4] Lakin öz həmkarlarının müsbət rəyini eşitməmiş Hetton dünyasını dəyişir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Kömürün təbəti. (Nature of Coal, 1777)
- Yağış nəzəriyyəsi. (Theory of Rain, 1784)
- Elmın araşdırma prinsipləri.(Investigations of the Principles of Knowledge, 1794)
- İşıq, istilik və od fəlsəfəsi traktatı.(A Dissertation on the Philosophy of Heat, Light and Fire, 1794)
- Təbiət tarixinın müxtəlif cisimlərfi haqqında traktat. (Dissertations on Different Subjects in Natural History, 1792)
- Yer nəzəriyyəsi.(Theory of the Earth, 1788)
Şərəfinə adlanıb
[redaktə | mənbəni redaktə et]1970-ci ildə Beynəlxalq astronomiya cəmiyyəti Ayın görünməyən tərəfində olan bir krateri Hettonun adı ilə adlandırmş.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ "James Hutton" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine "Northern Lights". "How modern life emerged from eighteenth-century Edinburgh"
- ↑ Geologiya. Bakı. Şərq-Qərb. 2008.s.50.
- ↑ "ГЕТТОН, ДЖЕЙМС". 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.
- 3 iyunda doğulanlar
- 1726-cı ildə doğulanlar
- 70 yaşında vəfat edənlər
- 26 martda vəfat edənlər
- 1797-ci ildə vəfat edənlər
- Qreyfrayers qəbiristanlığında dəfn olunanlar
- Edinburq Universitetinin məzunları
- Leyden Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- Şotlandiya alimləri
- Şotlandiya aqronomları
- Şotlandiya iş adamları