Castin Makkarti
Castin Makkarti | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1945[1] (79 yaş) |
Doğum yeri | |
İş yerləri |
|
Təhsili |
Castin A. Makkarti (19 oktyabr 1945[1], Çikaqo, İllinoys) — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür.[2][3][4][5]
Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir.[6][7][8][9]
Arxa plan
[redaktə | mənbəni redaktə et]Makkarti 1967–1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir.[10] O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır..[11] O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür.
Tədqiqatları
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyası barədə
[redaktə | mənbəni redaktə et]Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə.[12][13] Osmanlı türkcəsini oxuya bilən Makkarti yerli əhalinin etnik kompozisiyasının dəyişikliklərinə fokuslanmışdır. Makkartinin elmi tənqidçiləri də onun müsəlman mülki itkilər və qaçqın sayıları (XIX və XX əsrin əvvəlləri) barədə araşdırmalarının daha əvvəllər xristian qərbdə gözardı edilən səyərli baxış tərzi gətirdiyini qəbul edir: milyonlarca müsəlman və yəhudi bu illərdə acı çəkmiş və ölmüşdür. Donald Bleçer Makkartinin türkpərəst olmasını bildiyinə baxmayaraq, yenə də qeyd edir ki, "Ölüm və Sürgün" kitabı qərbin bütün qurbanların xristian və bütün qatillərin müsəlman olması modelinə meydan oxuyan "əhəmiyyətli islahedici"dir.
Makkartinin hazırkı konsentrasiyası I Dünya Müharibəsində şərqdə Osmanlının məğlubiyyətinə səbəb olan amillər üzərində qurulub. Ona görə, hadisələrin dönüm nöqtəsi Sarıqamış döyüşü və onun "erməni üsyanı" adlandırdığı Vandakı hadisələrdir. Norman Stoun Makkartinin Osmanlı türkləri əsərini öyərək "iqtisadi baxımdan daralmayan, cəsur elmi cəhddir" demişdi. Oxşar olaraq, "Osmanlı xalqları" və "İmperiyanın sonu" da "The History Teacher" tərəfindən tövsiyə edilmişdir.
Makkarti XIX əsrin əvvəlindən 1922-ci ilə qədər bəzi missionerlər tərəfindən yayılan türklük əleyhinə önyarğılara fokuslanaraq, xüsusilə Amerikada ("Amerikada türk" əsəri ilə) Osmanlı türklərinin imici üzərində çalışmışdır.
"Erməni soyqırımı"
[redaktə | mənbəni redaktə et]Makkartı 1915–1923-cü illər dövründəki qırğınlar zamanı bir milyon erməninin ölməsi ilə razılaşır, lakin o, eyni zamanda iddia edir ki, həmin dövrdə regionda müsəlmanlara qarşı "erməni üsyançıların və yaraqlıların əli" ilə edilmiş qırğınlar zamanı milyonlarla müsəlman da həyatını itirmişdir. O, iddia edir ki, I Dünya müharibəsi zamanı baş verən ölümlərin səbəbi türklər, kürdlər və ermənilər arasında baş verən icmalar arası toqquşmanın, aclığın və xəstəliyin nəticəsidir və Osmanlı imperiyasının soyqırım həyata keçirmək niyyəti və ya siyasəti olmamışdır. Makkarti Osmanlının kitab, məqalə, konfrans və reportajlar vasitəsiylə rəsmi dövlət soyqırımı siyasətinə heç vaxt sahib olmadığı yönündəki çalışmalarının və analizlərinin nəticələrini yayımlama məsələsində aktiv olmuşdur.[14] Bu onu tarixçilərin və təşkilatçıların tənqidinin hədəfinə çevirmişdir. O, 2006-cı ildə PBS tərəfindən keçirilən Erməni soyqırımı barədə mübahisəli debatda iştirak edən 4 tarixçidən biridir.[15] Aviel Roşvald bu hadisələrin Makkarti versiyasını "türkpərəst" olaraq ifadə etmişdi.[16]
Maykl M. Gunter Castin Makkartini müsəlmanlar və azlıqlar adından xüsusi qeyd edir:
Onun işi açıq-aşkar bu mövzuda ən yaxşı olanı və ciddi, tərəfsiz alimin diqqətinə layiqdir. Onun erməni itkiləri barədə dediyi rəqəm (600.000) yəqinki əlimizdə olan ən dəqiq rəqəmdir.[17] |
Castin Makkarti Anadolu əhalisinin, xüsusən ermənilərin demoqrafiyası barədə apardığı işlər həmçinin, Collège de Francenin Osmanlı tarixi üzrə professoru Gilles Veynşteyn tərəfindən də tövsiyə edilmişdir. Həm Gunter, həm də Veinşteyn erməni soyqırımı ilə bağlı inkarçı mövqe tutmaqda ittiham olunurlar.[18]
Qiymətləndirmə
[redaktə | mənbəni redaktə et]Makkartinin işləri mübahisəlidir. Amerikan Tarix İcmalında Makkartinin "Ölüm və sürgün: Osmanlı müsəlmanlarının etnik təmizlənməsi (1821–1922)" (1996) barədə yazılmışdır:
İşlərindəki hadisələrin spesifik təfsirlərə sahib arqumentlər müzakirə edilə bilər, lakin statistiki məlumatlar ümumilikdə keçərlidir. Makkarti Osmanlı İmperiyasının son dövrünü araşdıran Avropa tarixşünaslığını daha obyektiv tarazlığa gətirmək üçün faktiki material təmin etməyə müvəffəq olmuşdur.[19] |
Beynəlxalq Orta Şərq Araşdırmaları Jurnalı eyni kitab barədə deyirdi:
Müəllifin bütün digər əsərləri kimi, bu əsəri də yalan olduğunu sübut etmə, razılaşmama, əks arqument gətirmə, müxtəlif şərhlər və ehtimal ki, qarşılıqlı ittihamlar üçün dayaq olacaq mövqe sərgiləyir. Buna baxmayaraq, Castin Makkartinin gözəl demoqrafik işi daha yaxşı balansın əldə edilməsinə və onun atəşin formada arzuladığı kimi regionun və xalqların başa düşülməsinə nail olmağa kömək olur.[20] |
Makkartinin işi kitab rəyçiləri və bir sıra soyqırım alimlərinin tənqidinə məruz qalmışdır. İsrail tarixçisi Yair Auronun sözlərinə görə, Makkarti, "Lyuisin Princetonda varisi olan Heath Loury ilə birlikdə, erməni Soyqırımını inkar edənlərin siyahısına başçılıq edir".[21][22][23]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Amerikan Türk Assambleyası Assosiasiyası tərəfindən "Şükrü Ələkdağ" mükafatı
- Amerikan Türk Dostluq Şurası tərəfindən "Təhsil" mükafatı
- Türkiyə Respublikası "Ləyaqət" nişanı (1998)
Əsərləri
[redaktə | mənbəni redaktə et]- McCarthy, Justin. The Arab World, Turkey, and the Balkans (1878-1914). G.K. Hall. 1982. səh. 309. ISBN 978-0-8161-8164-3.
- McCarthy, Justin. Muslims and Minorities: The Population of Ottoman Anatolia and the End of the Empire. New York University Press. 1983. səh. 248. ISBN 978-0-8147-5390-3.
- McCarthy, Justin. The Population of Palestine: Population History and Statistics of the Late Ottoman Period and the Mandate. Institute for Palestine Studies Series. Columbia University Press. 1990. ISBN 978-0-231-07110-9.
- McCarthy, Justin. Death and Exile: The Ethnic Cleansing of Ottoman Muslims, 1821-1922. Darwin Press, Incorporated. 1996. ISBN 0-87850-094-4.
- McCarthy, Justin. The Ottoman Turks: An Introductory History to 1923. Longman. 1997. ISBN 978-0-582-25656-9.
- McCarthy, Justin. The Ottoman Peoples and the End of Empire. A Hodder Arnold Publication. 2001. ISBN 0-340-70657-0.
- McCarthy, Justin. Population History of the Middle East and the Balkans. Isis Press. 2002. ISBN 975-428227-7.
- McCarthy, Justin. Who Are the Turks? A Manual for Teachers (PDF). American Forum for Global Education. 2003. səh. 242. ISBN 978-0-944675-71-7.
- McCarthy, Justin. The Armenian Rebellion at Van. University of Utah Press. 2006. ISBN 0-87480-870-7.
- McCarthy, Justin. The Turk in America. The Creation of an Enduring Prejudice. University of Utah Press. 2010. ISBN 978-1-60781-013-1.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.collectifvan.org/article.php?id=51581.
- ↑ MacDonald, David B. Identity Politics in the Age of Genocide: the Holocaust and Historical Representation. London: Routledge, 2008, p. 121. ISBN 0-415-43061-5
- ↑ "Board of Governors". Institute of Turkish Studies. 2008-11-04. 2008-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-05.
- ↑ Justin McCarthy Arxivləşdirilib 2009-02-08 at the Wayback Machine. Home page of another academic with whom he served in the Peace Corps.
- ↑ "University of Louisville :: The Expert Source :: Expert Details". 2010-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
- ↑ Auron, Yair. The Banality of Denial: Israel and the Armenian Genocide. New Brunswick, N. J.: Transaction Publishers, 2003, p. 248.
- ↑ Charny, Israel W. Encyclopedia of Genocide, Vol. 2. Santa Barbara, California: ABC-CLIO, 1999, p. 163.
- ↑ Dadrian, Vahakn N. "Ottoman Archives and the Armenian Genocide" in The Armenian Genocide: History, Politics, Ethics. Richard G. Hovannisian (ed.) New York: Palgrave MacMillan, 1992, p. 284.
- ↑ Hovannisian, Richard G. "Denial of the Armenian Genocide in Comparison with Holocaust Denial" in Remembrance and Denial: The Case of the Armenian Genocide. Richard G. Hovannisian (ed.) Detroit: Wayne State University Press, 1999, p. 210.
- ↑ Mustafa Aydin, Çağrı Erhan (2004) Turkish-American Relations: Past, Present, and Future
- ↑ Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians. Oxford: Oxford University Press, 2005, p. 214.
- ↑ "McCarthy's 1995 testimony before the US Congress". 2014-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
- ↑ McCarthy, Justin. "Armenian-Turkish Conflict". March 24, 2005. 26 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2008.
- ↑ Jaschik, Scott. "Genocide Deniers". October 22, 2007. October 22, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 2, 2020.
- ↑ Stanley, Alessandra. "A PBS Documentary Makes Its Case for the Armenian Genocide, With or Without a Debate". New York Times. 2006-04-17. 2016-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-09-02.
- ↑ Roshwald, Aviel, Ethnic nationalism & the fall of Empires: Central Europe, Russia and the Middle East, 1914–1923, Routledge, 2001, p. 91.
- ↑ Michael M. Gunter, "Pursuing the Just Cause of their People". A Study of Contemporary Armenian Terrorism, Westport-New York-London: Greenwood Press, 1986, pp. 11 and 19.
- ↑ Joseph A. Kéchichian A Response to Michael Gunter's Review of Arxivləşdirilib 2018-06-10 at the Wayback Machine "The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide. International Journal of Middle East Studies, Vol. 39, No. 3 (Aug., 2007), pp. 509–512
- ↑ Dennis P. Hupchick, "Review", American Historical Review (1997) 102#3 pp. 856-857
- ↑ Robert Olson, "Review," International Journal of Middle East Studies (1997) 294 pp. 657-659
- ↑ Yair Auron The Banality of Denial: Israel and the Armenian Genocide. New Brunswick, N. J.: Transaction Publishers, 2003, p. 248.
- ↑ Israel W. CharnyEncyclopedia of Genocide, Vol. 2. Santa Barbara, California: ABC-CLIO, 1999, p. 163
- ↑ Vahakn Dadrian. "Ottoman Archives and the Armenian Genocide" in The Armenian Genocide: History, Politics, Ethics. Richard G. Hovannisian (ed.) New York: Palgrave MacMillan, 1992, p. 284
- 19 oktyabrda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Çikaqoda doğulanlar
- Prinston Universitetinin müəllimləri
- London Universitetinin müəllimləri
- Los-Anceles Kaliforniya Universitetinin məzunları
- Prinston Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- ABŞ tarixçiləri
- Ermənifobiya
- Erməni soyqırımının inkarçıları