Cəbəllüttariq

Vikipediya, azad ensiklopediya
(Cəbəllütariq səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Cəbəllüttariq
Gibraltar
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
lat. Nulli Expugnabilis Hosti
(Düşmən Bizi Qovmayacaq)
Rəsmi dilləri
Paytaxt Cəbəllüttariq
Kral III Charles
Qubernator ser Cemz Duton
Baş nazir Piter Karuana
Sahəsi Dünyada 241-ci
 • Ümumi 6.8 km²
 • Su sahəsi (%) 0
Əhalisi
 • Əhali 30,001 nəfər (222-ci)
 • Sıxlıq 4,328 nəf./km² (5-ci)
Valyuta Cəbəli-Tariq funtu
İnternet domeni .gi
ISO kodu GI
Telefon kodu +350
Saat qurşaqları
  • Mərkəzi Avropa vaxtı[d]
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəbəllüttariq[1] (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi.

Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı. Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi.

Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi.

Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir.

İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Əsas gəlir mənbəyi turizm, ticarət, bank, onlayn qumar, rabitə və dənizçilikdir.

  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (PDF) (az.). Elm nəşriyyatı. 2021. səh. 748. ISBN 978-9952-523-37-9. 2021-08-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-07-17. Cəbəllüttariq (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)