Bulandet
Bulandet | |
---|---|
| |
Ümumi məlumatlar | |
Adaların sayı | 300 |
Hündür nöqtəsi | 43 m |
Əhalisi | 260 nəfər |
Yerləşməsi | |
61°17′49″ şm. e. 4°37′19″ ş. u.HGYO | |
Ölkə | Norveç |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bulandet — Qərbi Norveçdə arxipelaq. Ada qrupu Norveçdəki Askvoll bələdiyyəsinin bir hissəsidir və sahil ərazisinin təxminən 20 km qərbində yerləşir. Bulandetin şərqi boyunca Verlandet və Alden adaları uzanır. Geyta mayakı arxipelağın təqribən 10 km cənub-şərqindədir.
Bulandet Norveçin ən qərbindəki balıqçılıq kəndidir. Bulandet kilsəsi arxipelaqın əsas adalarından biri olan Kyempenesetdə yerləşir. Adalar bir sıra körpü və yollar vasitəsilə yaxınlıqdakı Verlandet adasına birləşir. Verlandetdəki daimi bərə dayanacağı bütün adaları Askvollun əsas kəndi ilə birləşdirir.[1]
İkinci dünya müharibəsi zamanı Bulandet Norveç, Şetland və Şotlandiya arasındakı dəniz səyahətlərində liman kimi istifadə edilirdi. Bulandetdəki yaşayış məntəqəsi almanların hücumları nəticəsində darmadağın edilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Store norske leksikon. "Bulandet" (Norwegian). 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.