Braziliya yəhudiləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Braziliya yəhudilərinin tarixi uzun və qarmaşıq olmuş, Avropadan gələn mühacirlərlə sıx bağlıdır. Yəhudilər Braziliyaya XVI əsrAvropada tüğyan edən inkvizisiya məhkəmələrindən qaçaraq gəlmişdir. Vaxtilə Hollandiya hakimiyyətində olan Braziliyada ilk sinaqoq 1636 tarixində Resifidə qurulmuşdur. Yəhudilərin çoxu İspaniyaPortuqaliya inkvizisiyalarından Hollandiyaya qorxub qaçan səfaradlar idi. 1824-cü ildə qəbul edilən Braziliya Konstitusiyasında dini azadlığın elan olunmasıyla yəhudilərin bura köçü sürətlənmişdir. Kauçuk sənayəsinin birdən birə yüksəlişi ilə XIX əsrMərakeş yəhudiləri də bura axın etdi. Ölkəyə gələn yəhudilərin sayı Avropadakı Nasist idarəçiliklə daha da artdı. Sonuncu köç dalğası isə XX əsrin 50-ci illərində Şimali Afrikadan oldu. Hal-hazırda Braziliyada yaşayan yəhudilərin icmaları, sinaqoqları, məktəbləri və s. mövcuddur.

Bu gün Braziliyada 96 min yəhudi yaşamaqdadır.[1] Yəhudilərin əksəriyyəti PolşaAlmaniya əsilli əşkinazilər, bir qismi isə Şimali Afrikadan köçən səfəradlardır.[1] Siyasət, idman, təhsil, ticarət və sənayedə önəmli rol oynayan yəhudilər Braziliyadakı həyata hər tərəfli inteqrasiya olmuşdur.

Braziliya yəhudilərinin əksəriyyəti San Pauluda yaşasa da, bir qismi də Rio-de-Janeyroda, Rio Grande du Sol, Minas Gerais və Parana əyalətlərində yaşamaqdadır.

Braziliyadakı yəhudi əhalinin sayı

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Arxivlənmiş surət". 2010-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
  2. "Arxivlənmiş surət". 2010-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-12.
  3. http://www.rj.anpuh.org/Anais/2006/conferencias/Andrea%20Telo%20da%20Corte.pdf[ölü keçid]
  4. "Arxivlənmiş surət" (PDF). 2014-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-21.
  5. http://gazetadepiracicaba.cosmo.com.br/conteudo/mostra_noticia.asp?noticia=1567730&area=26050&authent=520616607227332347217461567214[ölü keçid]
  6. "Arxivlənmiş surət". 2005-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2005-01-24.
  7. "Arxivlənmiş surət". 2012-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-24.