Babək Səmidli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Babək Səmidli
Şəxsi məlumatlar
Ləqəbi Suqovuşan fatehi
Doğum tarixi 7 yanvar 1974(1974-01-07)
Doğum yeri
Vəfat tarixi 23 noyabr 2020(2020-11-23) (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mina
Dəfn yeri Göyçay Şəhidlər Xiyabanı
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə 1-ci Ordu Korpusu
Xidmət illəri 1992–2020
Rütbəsi Polkovnik
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri
"Zəfər" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi.

Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədə Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşməsi nəticəsində şəhid olub.

Səmidli Babək Mətləb oğlu 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur.[1]

1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur.

Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir. 1998-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin H. Z. Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsinə təyin olunmuşdur. Hərbi hissədə xidmət etdiyi müddətdə fərqləndiyi üçün 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məkətəbə taqım komandiri vəzifəsinə təyin olunmuşdur.

2003-cü ildən Tovuz rayonunda düşmənlə təmas xəttində bölük komandiri olaraq xidmətə davam etmişdir. Düşmənlə ön xətdə yerləşən strateji yüksəklikdə bölük komandiri olaraq, xidmət etdiyi müddət ərzində nümunəvi xidmət etmiş və düşmən atəşkəsi pozduğu zamanlarda ona layiqli cavab vermişdir. 2004-cü ilin sonlarında Tovuz rayonunda ön xətdə yerləşən taborda tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Almaniyada "Corc Marşal" adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçmişdir. 2005-ci ildə Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini vəzifəsinə təyin olunmuşdur. 2007-ci ildə Hərbi Polisin qərargahında xidmət etmişdir. 2007-ci ildən 2010-cu ilə qədər Lənkəran rayon Hərbi Polisinin rəisi vəzifəsində xidmət etmişdir. 2010-cu ildə Füzuli rayonunda hərbi hisənin ön xətt taboruna tabor komandiri vəzifəsinə təyin olunmuşdur.

Cəlilabad rayonunda yerləşən hərbi hissədə tabor komandiri, əməliyyat bölmə rəisi və qərargah rəisi vəzifələrində xidmət etmişdir. 2015-ci ildə Birinci Ordu Korpusunda korpusun əməliyyat bölmə rəisi vəzifəsinə təyin olunmuşdur. Daha sonra Birinci Ordu Korpusunda maddi texniki təminat bölməsinin baş zabiti olaraq xidmət etmişdir.

Aprel döyüşləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Aprel döyüşləri

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

İkinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Madagizin azad edilməsi

Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandiri müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Onun rəhbərliyi altında Madagiz (Suqovuşan) qısa müddət ərzində işğaldan azad edilib.

Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[2]

2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni ilə təltif edildi.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]

2020-ci il noyabrın 23-də Babək Səmidlinin şəhid olmasından sonra sosial medialarda bu çıxışı gündəm oldu:

" Şərəfli yolu seçin, doğru yolu seçin. Bu üçündən biri gəlsin başımıza:
ya qalib olaq, ya qazi olaq, ya şəhid olaq.
Başqa bir seçim heç bir Azərbaycan əsgərində ola bilməz.
Babək Səmidli
"

Babək Səmidlinin 2022-ci ilin oktyabrında Meydan TV-də Azərbaycan Ordusundakı xəyanətlərdən danışdığı 2 hissəli müsahibə səs yazıları yayımlanıb və bu hadisə gündəm olub.[10][11]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 29.12.2020. Archived from the original on 2020-12-29. İstifadə tarixi: 29.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.06.2018-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.06.2018. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2018.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  10. "Səs yazısı yayılan Babək Səmidli kimdir?". 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
  11. Anar Niftəliyev. "Babək Səmidlinin səsini ortaya çıxaran kimdir? - Video". Axar.Az (az.). 2022-10-27. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]