Başqırdıstanda nəqliyyat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Başqırdıstanda nəqliyyatRusiya Federasiyasının Başqırdıstan Respublikasında nəqliyyat və nəqliyyat növləri.

Dəmir yolu nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Dəmir yolu nəqliyyatı Başqırdıstanın nəqliyyat sistemində həlledici rol oynayır və respublikanın yük dövriyyəsinin təqribən 40%-ini (neft, kimya yükləri, mineral gübrələr, qara metallar üstünlük təşkil edir), sərnişin dövriyyəsinin isə 30%-ini təmin edir[1]. 2003-cü ildə ölkədəki dəmir yollarının ümumi uzunluğu 1458 km idi. Əsas dəmir yolu magistralı Samara – Ufa – Çelyabinskdir[1].

Avtomobil yolları

[redaktə | mənbəni redaktə et]

Bərkörtüklü avtomobil yollarının uzunluğu 22,1 min km-dir. Ən əhəmiyyətli avtomobil magistralları Samara – Ufa – Çelyabinskdir. Respublikanın hüdudlarında isə Ufa – Sterlitamak, Ufa – Beloretsk, Ufa – Birsk hesab olunur[1].

Su nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Gəmiçilik üçün yararlı olan su yollarının uzunluğu 1080 km-dir. Əsas çay nəqliyyatı magistralı Ufa qolu olan Belaya çayıdır. Əsas çay portları Ufa və Birskdir[1].

Yük dövriyyəsi

[redaktə | mənbəni redaktə et]

Yük dövriyyəsində taxta-şalban, neft yükləri, tikinti materialları, taxıl, metallar və metal məmulatlar, daş kömür üstünlük təşkil edir[1].

Boru nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Boru kəməri nəqliyyatı inkişaf etmişdir. Boru kəmərlərinin əsas hissəsi Başqırdıstanın neft hasilatı rayonlarını neft emalı zavodları ilə birləşdirir[1].

Hava nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Paytaxt Ufada beynəlxalq aeroport var[1].

  1. 1 2 3 4 5 6 7 BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)