Azərbaycan–Qazaxıstan münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan-Qazaxıstan münasibətləri
Azərbaycan və Qazaxıstan
 Azərbaycan  Qazaxıstan
Qazaxıstandaki Azərbaycanin səfirliyi
Səfir Ağalar Atamoğlanov?!
Ünvan Astana, Anatoli Xrapatıy küç., bina 4
Azərbaycandaki Qazaxıstanin səfirliyi
Səfir Əlim Bayel[rus.]
Ünvan Bakı, Nəcəfqulu Rəfiyev küç., 14
Digər
Quruluş tarixi 30 avqust 1992
Dövriyyə 0,599 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Qazaxıstan münasibətləriAzərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir.[1] Belə ki, azərbaycanlılarqazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar.[1] Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.[1]

Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.[1]

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

1990-cı illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib.[1]

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq TəşkilatıMüstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.[2]

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]
İlham Əliyevin Nursultan Nazarbayevlə görüşü.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 30-da qurulmuşdur.[3]

Fövqəladə və səlahiyyətli səfirlər

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Qazaxıstanın Azərbaycandakı səfirliyi 9 yanvar 1993-cü ildə Bakıda fəaliyyətə başlamışdır.[2]

Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfirliyi təsis edilsə də,[4] fəaliyyətə bundan 7 il sonra – 1 mart 2004-cü ildə başlamışdır.[2] Bundan başqa 30 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aktau şəhərində Baş Konsulluq təsis edilmiş[5] və elə həmin ilin 6 sentyabr tarixindən fəaliyyətə başlamışdır.[2]

Beynəlxalq görüşlər

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 15 sentyabr 2004-cü ildə Astanada görüşmüşdür.[6]

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.[7] Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Hadı Rəcəbov olmuşdur.[8] 4 mart 2016-cı il tarixindən Adil Əliyev işçi qrupunun rəhbəridir.[7]

Rəsmi sənədlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan hökuməti arasında 100-dən çox sənəd imzalanmışdır.[2]

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük və qədim tarixi var. Sovet dönəmində Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynamışlar. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər.[1]

Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də birgə əməkdaşlıq ediblər ki, bu ənənə günümüzdə də davam edir.[1]

2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır.[1]

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | mənbəni redaktə et]
İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[9] 25 919,70 116 107,75 142 027,45
2021[10] 39 893,97 95 905,00 135 798,97
2022[11] 104 031,35 494 437,25 598 468,6

Qazaxıstan azərbaycanlıları

[redaktə | mənbəni redaktə et]

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 Azərbaycan — Qazaxıstan münasibətləri Arxivləşdirilib 2020-02-24 at the Wayback Machine. aliyevheritage.org  (az.)
  2. 1 2 3 4 5 Azərbaycan — Qazaxıstan münasibətləri Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine. mfa.gov.az, 18.09.2014  (az.)
  3. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  4. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli, 259-IQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  5. Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun təsis edilməsi haqqında Arxivləşdirilib 2020-02-02 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2008-ci il tarixli, 2785 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  6. Azərbaycan və Ermənistan prezidentlərinin 18 ildə keçirdiyi görüşlərin siyahısı Arxivləşdirilib 2018-12-04 at the Wayback Machine. 01.04.2016  (az.)
  7. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  8. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  9. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  10. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  11. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]