Azərbaycan–Livan münasibətləri
Naviqasiyaya keç
Axtarışa keç
Azərbaycan–Livan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Livandaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Səməd Həsənov[1] |
Azərbaycan–Livan münasibətləri — Azərbaycan Respublikası ilə Livan Respublikası arasındakı müxtəlif sahələrdə mövcud ikitərəfli əlaqələr.
İkitərəfli münasibətlər
[redaktə | mənbəni redaktə et]- 1972-ci ildə cənab Heydər Əliyev Livanda səfərdə olmuşdur.[2]
- 1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır.[2]
- İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 18-də qurulmuşdur.[3] Həmin tarixdə iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.[2]
- 2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 886 nömrəli Sərəncamı ilə cənab M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdır.[2]
- 2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1435 nömrəli Sərəncamı ilə cənab Ağasəlim Şükürov AR-in Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[2]
- 2016-cı ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri cənab A.Şükürov etimadnaməsini Livan Respublikasının Prezidenti general Mişel Auna təqdim etmişdir.[2]
- 20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdə Livan Respublikasının Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.[2]
- 27 sentyabr 2018-ci iltarixindəAzərbaycanRespublikasının Xarici İşlərnaziricənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri cənab Cubran Basil iləgörüşmüşdür.[2]
- 24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Livan Xarici İşlər və Mühacirlər naziri Cubran Basilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.[2]
Müqavilə və Hüquq bazası
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası ilə Livan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "S.Ə. Həsənovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 mfa.gov.az. "Livan". 2020-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05. (az.)
- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |