Aptek sümürgəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aptek sümürgəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Aptek sümürgəsi (lat. Asplenium ceterach) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-10 sm olan çoxillikdir bitkidir. Çim əmələ gətirir. Kökümsovu qısadır. Yarpaqları qısa saplaqlıdır, qalındərilidir, görünüşünə görə neştərvaridir, birqatlələkvari bölünmüşdür; seqmentləri tamkənarlı və ya az dairəvi-dişlidir, ovalvari-dairəvi, qalıntəhərdir, üst tərəfdən bozumtul-yaşıl rəndədir, çılpaqdır, alt tərəfdən üçbucaqşəkilli, qonur, pulcuğabənzər qabıqla sıx örtülüdür; buğumları növbəlidir, ox üzərində digər tərəfdəki oyuğa əks istiqamətdə yerləşmişdir. Sorusları pulcuğabənzər qabıqlar arasında gizlənmişdir; sporları ovalvariböyrəkşəkillidir. İyul-avqust (sentyabr) aylarında sporlayır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), Abşeron, Qob., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ. Aşağı dağ qurşağından, subalp hündürlüyünə qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Əsasən quru, daşlı və qayalı yerlərdə rast gəlinir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1080.