Anton Makarenko
Anton Makarenko | |
---|---|
Anton Semyonoviç Makarenko | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | pedaqoq, maarifçi, yazıçı, müəllim |
Fəaliyyət illəri | 1914-cü ildən |
Üzvlüyü | |
makarenko.edu.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Anton Makarenko (13 mart 1888[1][2][…], 1 (13) mart 1888[3] və ya 1891[4], Belopolye[d], Xarkov quberniyası[d] – 1 aprel 1939[5][6][…] və ya 1962[4], Qolitsıno[d], Moskva vilayəti) — SSRİ pedaqoqu və yazıçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sovet məktəb və pedaqoji fikrin ən məşhur siması əslən ukraynalı Anton Semyonoviç Makarenkodur. O, Poltava Müəllimlər İnstitutunu qızıl medalla bitirmiş və Kryukova ibtidai məktəb müfəttişi vəzifəsinə təyin olunmuşdur. A. S. Makarenko 1920-ci ildə davranış pozuntusu olan yeniyetmələr koloniyasına müdir təyin olunmuşdur.1926-cı ilin may ayında bu koloniya bərbad halda olan Kuryajdakı koloniya ilə birləşdirməli oldu. Bunun üçün koloniya Kuryaja köçdü. Makarenkonun rəhəbrlik etdiyi koloniyada 150-yə yaxın uşaq və yeniyetmə olduğu halda, Kuryajdakı koloniyada 280 uşaq vardı. Makarenkonun Qorki adına Koloniyadan gətirdiyi yaxşı ənənələrin dağılması və çoxluqda olan kuryajların təsiri altına düşüb əriməsi qorxusu vardı, lakin Makarenkonun çox incə, psixoloji cəhətdən dəqiq düşünülmüş pedaqoji taktı və tədbirlər sistemi bu çətinliyə qalib gəldi. 1927-ci ildə Ukrayna çekistlərinin toplamış olduğu vəsait hesabına Dzerjinskiyə xatirə olaraq onun adına yurdsuz uşaqlar üçün bir kommuna təşkil etmək qərara alındı. 1927-ci ilin axırlarında kommunanın rəsmi açılışı oldu. Onun rəhbərliyi ilə idarə olunması A. S. Makarenkoya tapşırıldı. Elə həmin vaxt Ukraynada böyük şöhrət qazanan A. S. Makarenkonun iş üsuluna ciddi hücumlar başladı. 1928-ci ilin yayında Ukrayna XMK-nın elmi şurasında mühafizəkar pedaqoqların təsiri ilə A. S. Makarenko təqiblərə məruz qalmışdır. O fəaliyyətini yalnız 1928–1935-ci illərdə Dzerjinski adına kommunada davam etdirmişdir. Onun irəli sürdüyü təbiyəyə aid düşüncələr Sovet ideologiyasına zidd olaraq qiymətləndirilmişdir, lakin o öz şöhrəti və M. Qorkinin köməyi ilə ölüm cəzasından yaxasını qurtarmağa müvvəffəq olmuşdur. Makarenko M. Qorkinin təkidi ilə Moskvaya köçür və ədəbi fəaliyyətlə məşğul olur.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]A. S. Makarenkonun pedaqoji ideyasının əsasını kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipi təşkil edirdi. O, düşünürdü ki, pedaqoqların qarşısında duracaq məqsəd kollektivi təşkil və tərbiyə etməkdir. O, düşünürdü ki, kollektiv nail olmaq istədiyi hədəfə çatdıqda, yeni hədəfə çatmağı qarşıya məqsəd qoymalıdır. Yoxsa kollektivin fəaliyyəti tükənər, onda bir rahatlanma baş verər və onun üzvlərini ruhlandıran arzu və istək olmaz. Makarenko tərbiyədə "paralel təsir" prinsipi əsas yerlərdən birini tutur.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Makarenko Moskvada yaşayarkən bir sıra təcrübələrə yiyələnmiş və həmin təcrübələrə əsaslanaraq müxtəlif əsərlər yazmışdır. Həmin əsərlər aşağıdakılardır:
"Pedaqoji poema", "Valideynlər üçün kitab", "Qüllələr üzərində bayraqlar".
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ The Fine Art Archive.
- ↑ МАКАРЕНКО Антон Семенович // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 499–501. ISBN 5-94848-262-6
- ↑ Макаренко Антон Семёнович // ПроДетЛит (rus.). 2019.
- ↑ 1 2 Makarenko, Galina Stachijevna // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Anton Makarenko // Encyclopædia Britannica (ing.).
- 13 martda doğulanlar
- 1888-ci ildə doğulanlar
- Xarkov quberniyasında doğulanlar
- 51 yaşında vəfat edənlər
- 1 apreldə vəfat edənlər
- 1939-cu ildə vəfat edənlər
- Odintsovo rayonunda vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- SSRİ Yazıçılar İttifaqının üzvləri
- 1891-ci ildə doğulanlar
- 1962-ci ildə vəfat edənlər
- SSRİ yazıçıları
- Poçt markalarında şəxslər