Annallar (Tasit)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Annallar
lat. Ab excessu divi Augusti
lat. Annales
Müəllif Qai Korneli Taçit
Janr esse
Orijinalın dili latın dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin[1] Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər.[2] "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir.[3] Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər.[4] Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır.[5]

Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir. İyeronimin istinad etdiyi 30 kitabın təxminən yarısı qorunub saxlanılmamışdır.[2]

  1. Tacitus; Church, Alfred John; Brodribb, William Jackson. The Annals (109 A.C.E.). 2011-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-25.
  2. 1 2 The Annals: The Reigns of Tiberius, Claudius, and Nero by Cornelius Tacitus and J. C. Yardley ISBN 0-19-282421-X Oxford pages ii to xxvii
  3. Tacitus and the Writing of History by Ronald H. Martin 1981 ISBN 0-520-04427-4 pages 104–105
  4. The annals by Cornelius Tacitus, Anthony John Woodman 2004 ISBN 0-87220-558-4 pages x to xx
  5. Mellor, Ronald. Tacitus' Annals. Oxford: Oxford University press. 2010. səh. 23. ISBN 978-0-19-515192-3.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]