Anna Netrebko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Netrebko Anna Yuriyevna
rus. Анна Юрьевна Нетребко
Ümumi məlumatlar
Doğum adı Netrebko Anna Yuriyevna
Doğum tarixi (53 yaş)
Doğum yeri Krasnodar, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya, Avstriya Avstriya
Milliyyəti Rus
Həyat yoldaşı
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti Opera müğənnisi
Fəaliyyət illəri 1993 cü ildən
Janr opera
Səs tembri soprano
Albom şirkəti EMI
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Mükafatları
annanetrebko.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anna Netrebkoya Rusiya Fedarasiyasının xalq artisti adının verilməsi. (2008)

Netrebko Anna Yuriyevna (rus. Анна Юрьевна Нетребко; d. 18 sentyabr 1971, Rusiya, Krasnodar) — rus əsilli Avstriya opera müğənnisi, soprano ifaçı, 2008 ci ildən Rusiyanın xalq artisti. Müğənni ikili vətəndaşlığa malikdir. 2006-cı ildən Avstriya vətəndaşlığı almışdır.

Anna Netrebko 18 sentyabr 1971-ci ildə Rusiyanın Krasnadar şəhərində dünyaya gəlmişdir. Atası, Yuriy Netrebko geoloq anası isə mühəndisdir. Krasnadarda musiqi ilə məşqul olan Anna “Kuban pionerləri” xorunda solist olmuşdur. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində almışdır.

1993-cü ildə Qlinka adına müsabiqənin qalibi olan Anna Marininskiy teatrına dəvət olunur. Burada o, drijor Valeri Gyorgiyevin rəhbərliyi altında geniş repertuarla çıxışlar edir. 1994-cü ildə Riqa operasına dəvət olunan Anna Netrebko “Sehrli fleyta”da “gecə kraliçasının” qızı Paminanı ifa edir. 1995-ci ildə San Fransiskoda “Ruslan və Lyudmila” operası ilə öz debüt çıxışını edir. Qonaq ifaçı kimi karyerasına başlayan Anna Netrebko həm gözəl səsi və xarizması ilə dünya opera səhnələrini və tamaşaçıların ürəyini fəth etməyə başlayır. Ona şöhrət gətirən “Sehrli fleyta”da Pamina, Sevilya bərbərində isə Rozini obrazları olmuşdur.

Anna Netrebko rus operası partiyalarının uğurlu ifaçısı kimi də tanınmağa başlamış, belə ki, o, “Ruslan və Lyudmila”da Lyudmila, “Hərb və Sülh”də Nataşa Rastovanın, “Manastırda nişan”da Luiza, “Çar gəlini”ndə Prokofyeva və Marfa obrazlarını və partiyalarını məharətlə ifa etmişdir. İtalyan repertuarından VerdininRiqolettosunda” ona xarakterik olmayan belkanto stilində Cildanın romantik rolunu, PuççinininBohema”sında Mimini, “Kapuletti və Montekki”də Culiyetta obraz və partiyalarını uğurla ifa etmişdir.

2002-ci ildə Metropoliten operasında Netrebkonun “Hərb və Sülh” operasında Nataşa Rastova obrazı ilə debüt çıxışı olur. Elə həmin il o, Zaltsburq festival çərçivəsində alm. Nikolaus Harnoncourt‎un rəhbərliyində tamaşaya qoyulmuş Motsartın “Don Juan” operasında Donna Anna rolunda məharətlə çıxış edir.

2003-cü ildə Anna Netrebko Münhendə tamaşaya qoyulan VerdininTraviatasında” Violetta roluna dəvət olunur.

27 fevral 2014 cü ildə Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) Cakomo PuççinininManon Lesko” (“it. Manon Lescaut”) operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Qrie (Des Grieux) partiyasını, Anna isə Manon Lesko partiyasını ifa edib[2].

Şəxsı həyatı

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Anna birinci əri bariton Simone Albercinidən boşanır. 2007-2013-cü illərdə Anna Netrebko uruqvaylı bariton Şrott Ervin ilə nişanlanmış olur[3], 5 sentyabr 2008-ci ildə Vyanada onların Tyaqo Arua adlı bir oğlu dünyaya gəlir. Altı illik münasibətdən sonra Anna 2013-cü ilin noyabrında Ervindən ayrılır.

2013-cü ildə Netrebko rus televiziyasında gedən "Pus't qovoryat" (“Qoy danışsınlar”) verlişində açıqlama verərək bildirmişdir ki, həkimlər onun oğluna Autizm xəstəliyinin yüngül forması diaqnozunu qoymuşlar[4]. Anna Netrebkonun gəliri 3,75 milyon təşkil edir. Sopranonun bir çıxışı 50 000 dollardır[5]. Anna Netrebko 2014 Qış Olimpiya Oyunlarının açılış mərasimində himni canlı ifa etmişdir[6]. Opera divası Anna Netrebko tərəf müqabili tenor Yusif Eyvazovla birlikdə olub[7][8]. 2024-cü ilin iyun ayında ayrıldıqlarını lakin yenə də birlikdə çıxış edəcəklərini açıqladılar.

Obrazlar Bəstəkarlar Operalar
Adina Donizetti L'elisir d'amore
Amina Bellini La sonnambula
Anna Bolena Donizetti Anna Bolena
Antonia Offenbax Les contes d'Hoffmann
Dezdemona Cüzeppe Verdi Otello
Donna Anna Volfqanq Amadey Motsart Don Covanni
Elvira Bellini I puritani
Cilda Cüzeppe Verdi Riqoletto
Covanna Cüzeppe Verdi Giovanna d'Arco
Cülyetta Bellini I Capuleti e i Montecchi
Cülyetta Qounod Romo və Cülyetta
Gecə kraliçası Volfqanq Amadey Motsart Sehrli fleyta
Ladi Maqbe Cüzeppe Verdi Maqbet
Leonora Cüzeppe Verdi Il trovatore
Luiza Prokofyev Betrothal in a Monastery
Lusia Donizetti Lucia di Lammermoor
Lyudmila Mixail Qlinka Ruslan və Lyudmila
Manon Massenet Manon
Manon Cakomo Puççini Manon Lesko
Marfa Rimski-Korsakov The Tsar's Bride
Mimi Cakomo Puççini Bohema
Muzetta Cakomo Puççini Bohema
Nataşa Prokofyev Hərb və Sülh
Norina Donizetti Don Pasquale
Pamina Volfqanq Amadey Motsart Sehrli fleyta
Rosina Coakkino Rossini Sevilya bərbəri
Servilia Volfqanq Amadey Motsart La clemenza di Tito
Suzanna Volfqanq Amadey Motsart Fiqaro evlənir
Tatyana Pyotr Çaykovski Yevgeni Onegin
Violetta Cüzeppe Verdi Traviata
Ksenya Mussorqsky Boris Qodunov
Çerlina Volfqanq Amadey Motsart Don Covanni

27 fevral 2014 cü ildə Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) Cakomo Puççininin “Manon Lesko” (“it. Manon Lescaut”) operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Grie (Des Grieux) partiyasını, rusiyalı soprano Anna Netrebko isə Manon Lesko partiyasını ifa edib[2].

  • Tənqidçilər Anna Netrebkonu “Operanın Sindi Kroufordu” adlandırırlar, “o, elə bir müğənnidir ki, tamaşaçılar ona gözləri ilə qulaq asırlar”[9].
  • Münchner Merkur: “Anna Netrebko, hal-hazırda dünya səviyyəsində yeganə opera superstarıdır”.[10]
  • Opera News: “Dünyada mütləq diva ...”( it. “diva assoluta del mondo…”).[10]
  • Kurier: “Səadət dolu bir opera gecəsi üçün eyforik bayram”.[10]
  • 1993: Qlinka adına Musiqi Müsabiqəsinin qalibi.
  • 2004: Exo Klassik — ilin ən yaxşı müğənnisi.
  • 2004: ing. Amadeus Austrian Music Award – ilin ən yaxşı klassik sənətçisi.
  • 2005: Rusiya Dövlət Mükafatı.
  • 2005: İki dəfə Exo Klassik — ilin ən yaxşı müğənni və bestselleri. (Sempre Libera)
  • 2006: Bambi — klassik kateqoriyası üzrə
  • 2007: ing. “Goldene Feder” (“Qızıl qələm”)
  • 2007: Exo Klassik — ilin bestselleri. (Rusiya Albomu) DVD (Berlin 2006)
  • 2008: Rusiyanın xalq artisti[11]
  • 2009: Exo Klassik — ilin ən yaxşı opera artisti.
  1. 1 2 https://oxu.az/medeniyyet/azerbaycanin-xalq-artisti-heyat-yoldasindan-ayrildi.
  2. 1 2 sia.az[ölü keçid]
  3. "Anna Netrebko und Erwin Schrott offiziell getrennt". kurier.at. 2013-11-25. 2014-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13. (alm.)
  4. ["Netrebko will über Autismus aufklären  (alm.)". 2014-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23. Netrebko will über Autismus aufklären  (alm.)]
  5. Илья Морозов. "Анна Нетребко - самый известный деятель искусства из России" (rus). kbanda.ru. 30.10.2011. 2013-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-16.
  6. "Вести FM, 7 февраля 2014". 2015-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
  7. "Kurier". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
  8. "Anna Netrebko feiert Verlobung in Salzburg  (alm.)". 2014-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.
  9. "Anna Netrebko - Das Phänomen der Oper – Süddeutschen Zeitung". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23.
  10. 1 2 3 "Anna Netrebko". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
  11. Оперная певица Анна Нетребко стала Народной артисткой России Arxivləşdirilib 2008-09-30 at the Wayback Machine  (rus.), RIA Novosti, 27 fevral 2008

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]