Anastasiya Davidova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anastasiya Davidova
Natalya İşçenko, Anastasiya Davidova və Mariya Qromova
Natalya İşçenko, Anastasiya Davidova və Mariya Qromova
Şəxsi məlumatlar
Tam adı Anastasiya Semyonovna Davidova
Ləqəbi Asya[1]
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (41 yaş)
Doğum yeri Moskva, Rusiya SFSR
Boyu 169 sm.
Çəkisi 54 kq.
İdman növü Sinxron üzgüçülük
Karyera illəri 2000h. h.
Medallar
28 aprel 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anastasiya DavidovaRusiyalı sinxron üzgüçü. Anastasiya Davidova 2004, 20082012-ci illərdə 5 dəfə Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. Anastasiya Davidova həmçinin 13 qat Dünya və 7 qat Avropa Çempionatının qızıl medalçısıdır.

Anastasiya Davidova 2005-ci ildə "Dostluq" ordeninə, 2009-cu ildə "Şərəf" ordeninə, 2012-ci ildə isə "Vətənə xidmətə görə" 4-cü dərəcəli ordenə layiq görülmüşdür.[2]

Anastasiya Davidova 2 fevral 1983-cü ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Anastasiya Davidova 2000-ci ildən idman ilə məşğul olur.

Anastasiya Davidova birinci uğurunu 2000-ci ildə qazandı. O Finlandiyanın Helsinki şəhərində Avropa Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə o 2001-ci ildə Dünya Çempionatında qızıl və gümüş medal qazandı. Elə həmin ildə Berlində karyerasında 3-cü dəfə Avropa Çempionu adını qazandı. 2003-cü ildə Anastasiya Davidova Barselonada Dünya Çempionatında daha 2 qızıl medal qazandı və 3 qat Dünya Çempionu oldu. 2004-cü ildə Anastasiya Davidova birinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etdi. Anastasiya Davidova Yunanıstanın Afina şəhərində keçirilən duet və komanda yarışlarında qızıl medal qazandı. Elə həmin ildə o həmçinin İspaniyanın Madrid şəhərində Avropa Çempionatında 2 qızıl medal qazandı.

Anastasiya Davidova 2005-ci ildə Kanadanın Monreal şəhərində keçirilən Dünya Çempionatında 3 qızıl medal qazandı. 1 ildən sonra isə o 2006-cı ildə Avropa Çempionatında Budapeştdə 2 qızıl medal qazandı. 2007-ci ildə Anastasiya Davidova Avstraliyanın Melburn şəhərində Dünya Çempionatında daha 2 qızıl medal qazandı və ümumi olaraq Dünya Çempionatlarında 8-ci zəfərini qazandı.

2008-ci ildə isə o XXIX-cu Yay Olimpiya Oyunlarında iştirak etdi. Anastasiya Davidova 4 il əvvəl Afinada qazandığı uğuru təkrarladı. O yenədə duet və komanda yarışlarında qızıl medal qazandı və 4 qat Olimpiya çempionu oldu.

Pekində Olimpiya Oyunlarında sonra Anastasiya Davidova 2009-cu ildə Romada2011-ci ildə Şanxay Dünya Çempionu oldu. 2012-ci ildə isə o sonuncu dəfə Yay Olimpiya Oyunlarında iştirak etdi. Anastasiya Davidova Böyük Britaniyanın London şəhərində baş tutan XXX-cu Yay Olimpiya Oyunlarında yalnızca komanda yarışlarında qızıl medal qazandı. Bu medal onun idman karyerasında sonuncu medal oldu.

  1. Olympedia (ing.). 2006.
  2. ""Rusiya Federasiyasının dövlət mükafatları ilə mükafatlandırması haqqında" Rusiya Federasiyası Prezidentinin 13 avqust 2012-ci il 1165 №-li fərmanı". Rəsmi internet-portalı. 15 avqust 2012. 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]