Abbas Kiyarüstəmi
Abbas Kiyarüstəmi | |
---|---|
fars. عباس کیارستمی | |
Doğum tarixi | 22 iyun 1940[1][2][…] |
Doğum yeri | Tehran, İran[3] |
Vəfat tarixi | 4 iyul 2016[4][1][…] (76 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | mədə xərçəngi, cərrahiyyə əməliyyatından şikayət[d] |
Milliyyəti | Fars |
Vətəndaşlığı | İran |
Həyat yoldaşı | Pərvin Əmir-Qulu |
Uşaqları |
Əhməd Kiyarüstəmi Bəhmən Kiyarüstəmi |
Atası | Əhməd Kiyarüstəmi |
Anası | Zəhra Kiyarüstəmi |
Fəaliyyəti | aktyor, rejissor, ssenarist, redaktor, prodüser, fotoqraf, şair, rəssam, qrafik dizayner |
Fəaliyyət illəri | 1962–2016 |
Təhsili | Tehran Universiteti |
Mükafatları |
Kann kinofestivalı. Qızıl Palma Budağı mükafatı: 1997-ci ildə çəkilmiş Albalı budağı filmi üçün. |
IMDb | ID0452102 |
Vikianbarda əlaqəli mediafayllar |
Abbas Kiyarüstəmi[5] (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[1][2][…], Tehran[6][7] – 4 iyul 2016[4][1][…], XIV arondisman[6]) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir.[8][9][10] 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır.
Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb.
İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir.[11]
Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur. 18–19 yaşlarınadək rəsm çəkməyə davam etmişdir. 18 yaşında Tehran Universitetinin İncəsənət fakültəsinə daxil olmazdan bir qədər əvvəl bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Universitetdə rəssamlıq və qrafik dizayn üzrə təhsil almışdır. Oxumaqla bərabər yol polisi vəzifəsində də işləyib. 1960-cı illərdə rəssam, dizayner və illustrator kimi reklam sahəsində də işləmiş, posterlərin dizaynını etmiş, reklamlar hazırlamışdır. 1962–1966-cı illərdə İran televiziyası üçün təxminən 150 reklam çəkmişdir. 1960-cı illərin sonlarında, (bunların arasında Məsud Kimyainin Qeysər filmidə var.) filmlərə adlar hazırlamağa və uşaq kitabları üçün rəssamlıq etməyə başladı.[12]
1969-cu ildə evləndiyi Pərvin Əmir-Qolidən 1982-ci ildə boşanır. Bu evlilikdən Əhməd (doğum tarixi: 1971) və Bəhmən (doğum tarixi: 1978) adlarında iki oğlu dünyaya gəlmişdir. Kiçik oğlu Bəhmən Kiyarüstəmi 15 yaşı olarkən "Səyahətçinin torpaqlarına səyahət" (1993) adlı sənədli film çəkərək rejissorluğa başlamışdır.
Kiyarüstəmi 1979 İslam İnqilabından sonra ölkəni tərk edərək qərb ölkələrinə gedən bir çox rejissorlardan fərqli olaraq İranda qalmağı üstün tutan az sayda rejissorlardandır.
Özüdə bu hərəkətin şəxsi karyerasında verdiyi ən mühüm qərarlardan biri olduğuna və İranda yaşamağın və milli kimliyinin rejissor olaraq bacarığını möhkəmləndirdiyinə inanır:
Abbas Kiyarüstəmi gözlərinin işığa qarşı həssas olması səbəbi ilə adətən tünd rəngli eynək və ya günəş eynəyi taxır.[14]
Rejissor, 2000-ci ildə, San Fransisko Film Festivalında onun özünədə verilən və yaşadığı vaxtda müvəffəqiyyət mənasını daşıyan Akira Kurosava mükafatını İran kinosuna verdiyi töhfələrə görə İranlı aktyor Bəhruz Vüsuqiyə verməklə hər kəsi təəccübləndirmişdir.[15]
4 iyul 2016-cı ildə Fransanın paytaxtı olan Paris şəhərində vəfat etmişdir.[16]
Kino fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1970-ci illər
[redaktə | mənbəni redaktə et]Kiyarüstəmi, 1969-cu ildə İran Yeni Studiyasının rejissoru Daryuş Mehrcui İnək filmini çəkdiyi vaxtlarda, Tehranda olan Uşaqların və Gənclərin Zehni İnkişaf İnstitutunda seriya çəkilişinin hazırlanmasına kömək etdi. Seriyanın ilk hissəsi və rejissorun ilk filmi, on iki dəqiqəlik qısa film olan Çörək və küçə (farsca: نان و کوچه) filmidir. Kiçik uşağın üzərinə hücum edən itlə qarşılaşmasını izah edən neorealizm janrında filmdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Abbas Kiarostami // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Itaú Cultural Abbas Kiarostami // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
- ↑ Немецкая национальная библиотека, Берлинская государственная библиотека, Баварская государственная библиотека и др. Record #121032345 // Общий нормативный контроль (GND) — 2012—2016.
- ↑ 1 2 http://next.liberation.fr/cinema/2016/07/04/le-realisateur-iranien-abbas-kiarostami-est-mort_1464057.
- ↑ İranlı kinorejissor Abbas Kiyarüstəmi vəfat edib Arxivləşdirilib 2019-07-16 at the Wayback Machine. Azərtac. 5 iyul 2016-cı il.
- ↑ 1 2 Fichier des personnes décédées mirror.
- ↑ Artists + Artworks (ing.).
- ↑ The world's 40 best directors Guardian Unlimited. İstifadə tarixi: 15.04.2018.
- ↑ Abbas Kiarostami Films Featured at Wexner Center. Arxivləşdirilib 2007-07-10 at the Wayback Machine Wexner center for the art. İstifadə tarixi: 15.04.2018.
- ↑ Modern Times Arxivləşdirilib 2012-03-12 at the Wayback Machine British Film Institute (2002). İstifadə tarixi: 15.04.2018.
- ↑ Abbas Kiarostami. Arxivləşdirilib 2007-06-21 at the Wayback Machine Princeton University. İstifadə tarixi: 15.04.2018.
- ↑ 10 x Ten: Kiarostami's journey Arxivləşdirilib 2007-01-09 at the Wayback Machine Open Democracy. İstifadə tarixi: 15.04.2018.
- ↑ Landscapes of the mind Arxivləşdirilib 2007-06-24 at the Wayback Machine Guardian Unlimited. İstifadə tarixi: 15.04.2018.
- ↑ Besides censorship Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine iranian.com. İstifadə tarixi: 15.04.2018
- ↑ 43rd Annual San Francisco International Film Festival Arxivləşdirilib 2010-12-25 at the Wayback Machine Sense of Cinema. İstifadə tarixi: 15.04.2018.
- ↑ ANS TV. "Abbas Kiyarostaminin vəfatı" (az.). Youtube.com. 04.07.2016. İstifadə tarixi: 2017-06-30.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Geoff Andrew, Ten (London: BFI Publishing, 2005).
- Erice-Kiarostami. Correspondences, 2006, ISBN 84-96540-24-3, catalogue of an exhibition together with the Spanish filmmaker Víctor Erice
- Alberto Elena, The Cinema of Abbas Kiarostami, Saqi Books 2005, ISBN 0-86356-594-8
- "İran kinosunun siması". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 39.
- Mehrnaz Saeed-Vafa, Jonathan Rosenbaum, Abbas Kiarostami (Contemporary Film Directors), University of Illinois Press 2003 (paperback), ISBN 0-252-07111-5
- Jean-Luc Nancy, The Evidence of Film – Abbas Kiarostami, Yves Gevaert, Belgium 2001, ISBN 2-930128-17-8
- Jean-Claude Bernardet, Caminhos de Kiarostami, Melhoramentos; 1 edition (2004), ISBN 978-85-359-0571-7
- Marco Dalla Gassa, Abbas Kiarostami, Publisher: Mani (2000) ISBN 978-88-8012-147-3
- Youssef Ishaghpour, Le réel, face et pile: Le cinéma d'Abbas Kiarostami, Farrago (2000) ISBN 978-2-84490-063-0
- Alberto Barbera and Elisa Resegotti (editors), Kiarostami, Electa (30 April 2004) ISBN 978-88-370-2390-4
- Laurent Kretzschmar, "Is Cinema Renewing Itself?", Film-Philosophy. vol. 6 no 15, July 2002.
- Jonathan Rosenbaum, "Lessons from a Master," Chicago Reader, 14 June 1996
- Silke von Berswordt-Wallrabe et al. (eds.): Abbas Kiarostami. Images, Still and Moving, exh. cat. Situation Kunst Bochum, Museum Wiesbaden, Kunstsammlungen Chemnitz (Ostfildern: Hatje Cantz, 2012), ISBN 978-3-7757-3436-3
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Abbas Kiarostami — IMDb səhifəsi
- Sinemalar.com'da Abbas Kiarostami
- Sinematürk'te Abbas Kiarostami
- Allmovie'de Abbas Kiarostami
- Məşhur İranlı rejissor vəfat etdi
- Tehranda kinorejissor Abbas Kiarostaminin anım mərasimi keçirilib
- Abbas Kiarostami bu gün doğma vətənində dəfn edilib
- Aydın Dadaşov: Abbas Keyarostəme. Əbədi mövzunun ekran həlli
- Abbas Kiyarüstemi — Senses of Cinema sayfası. (İngilizce)
- Abbas Kiarostami: Image, Voice and Vision Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine — Konferanstan bölümler, Iran Heritage Foundation. (İngilizce)
- Abbas Kiyarüstemi biyografisi Arxivləşdirilib 2006-08-30 at the Wayback Machine — Zeitgeist Films.
- "Gerçek Yaşam Sinemadan Daha Önemlidir"[ölü keçid] — Yönetmenle yapılmış bir röportaj, deeplanet.net.
- "Öykülerini siz düşleyin" — Milliyet Gazetesi haberi.
- 22 iyunda doğulanlar
- 1940-cı ildə doğulanlar
- 4 iyulda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Fəxri Legion ordeninin kavalerləri
- Əlifba sırasına görə film sənətçiləri
- Tehranda doğulanlar
- Parisdə vəfat edənlər
- İran film rejissorları
- İran şairləri
- Fars şairlər
- Abbas Kiarostaminin filmləri
- Paris Ali Normal Məktəbinin fəxri doktorları
- Mədə xərçəngindən ölənlər