Aşağı Avşar
Aşağı Avşar | |
---|---|
40°02′46″ şm. e. 47°25′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Aşağı Avşar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kəndin ərazisi 9.0 kv.km-dir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 1756 nəfərdir (2009).
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |