Əbu Kalicar
Əbu Kalicar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1010 |
Doğum yeri | |
Vəfat tarixi | oktyabr 1048 |
Vəfat yeri | |
Ailəsi | Buveyhilər sülaləsi |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
İmadəddin və Mühyiddin Əbu Kalicar Mərziban ibn Sultanüddövlə (?-ö. oktyabr 1048) buveyi əmiri, (1024–1048)-ci illərdə Farsın, (1028–1048)-ci illərdə Kermanın, (1044–1048)-ci illərdə İraqın hökmdarı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əbu Kalicar 1024-cü ildə hakimiyyətə yiyələnmişdi. Azərbaycandan İraqi-Əcəmə qayıdan oğuzlar iki qola ayrılmışdılar. Gök-Taş və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana, Bukanın buyruğundakılar isə Reyə getdilər.
Gök-Taş Həmədanı mühasirəyə aldı. Şəhərin valisi İsfahan hakimi Əlaüddövlənin oğlu Əbu Kalicar idi. Mühasirə uzun çəkdi. Əbu Kalicar davam gətirə bilməyəcəyini görüb Gök-Taş ilə saziş bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri Rey şəhərini mühasirəyə almışdılar. Əlaüddövlə özü şəhərdə idi. Büveyhoğullarından Fəna Xosrov Məcdüddövlə və deyləmi əmirlərindən Savə hakimi Kamruyə də oğuzlara qoşuldu. Ağır bir vəziyyətə düşdüyünü görən Əlaüddövlə gecə ikən Reydən çıxaraq İsfahana getdi. Bunu eşidən oğuzlar Reyə gedib oranı görülməmiş dərəcədə yağma etdilər. Yağmadan sonra bəzi məhəllələrdə 50-yə qədər adam qalmışdı. Rey şəhəri Qızılın hakimiyyətinə keçdi.
Oğuzların bir dəstəsi Kərəc tərəflərini talan etdi, Anasıoğlu isə Qəzvinə getdi. Qəzvinlilər əvvəlcə onunla vuruşsalar da, sonra 7 min altun verərək, onun hakimiyyətini qəbul etmək şərtilə sülh bağladılar.
Əbu Kalicar 1048-ci ildə öldü.