Şor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şorun hazırlanması

Şor - süd məhsulu.

Şor hazırlamaq üçün ayranı qaynadırlar. Çürümüş kütləni zərdabdan ayırmaq üçün torbaya töküb süzürlər. Su süzüldükdən sonra yerdə qalan kütlədən şor alınır. Duz əlavə edib, motalda, küpdə, yaxud saxsı qablarda saxlayırlar. Azərbaycanın ŞamaxıQobustan rayonları öz şorları ilə məşhurdur.

Şor yavanlıq kimi istifadə edilir. Süfrəyə yağla, xama ilə qarışdırılıb və ya ayrıca qəlyanaltı kimi verilir. Şora göyərti əlavə edib məzə hazırlanır. Motal şoru şorun bir növüdür.

  • Azərbaycan Kulinariyası Ensiklopediyası, səh, 137.