Şimali Amerika ölkələrinin siyahısı
Şimali Amerika ölkələrinin siyahısı-Şimali Amerika qitəsində yerləşən 23 dövlət və əraziyə verilən ümümi ad.
Şimali Amerika sahə baxımından Asiya və Afrikadan sonra dünyanın ən böyük üçüncü, əhali baxımından isə Asiya, Afrika və Avropadan sonra ən böyük dördüncü qitəsidir. Təxminən 24.247.039 km² sahəsi ilə dünya torpaqlarının 16,5%-ni əhatə edir. 500 milyondan çox əhalisi vardır.
Şimali Amerika Amerika qitəsinin şimal hissəsidir. Panama bərzəxi Şimali Amerika ilə Cənubi Amerikanı bir-birindən ayırır. Şərqdə Atlantik okeanını, şimalda Şimal Buzlu okeanını və qərbdə Sakit okeanı əhatə edir. Şimal-şərqdə Danimarka boğazı Qrenlandiyanı İslandiyadan, Şimal-qərbdə isə Berinq boğazı Alyaskanı Asiyadan ayırır.
Bu məqalədə Şimali Amerika qitəsində torpağı olan ölkələr, onların bayraqları, paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhali və coğrafi mövqelərini göstərən xəritələr göstərilmişdir. Bu siyahı BMT üzvü olan ölkələrə və digər (BMT tərəfindən tanınmayan ölkələr, xüsusi inzibati regionlar, asılı ərazilər) ərazilərə bölünmüşdür.
Siyasi xəritə
[redaktə | mənbəni redaktə et]Müstəqil dövlətlər
[redaktə | mənbəni redaktə et]Aşağıdakı dövlətlər Birləşmiş Millətlər Təşkilatının üzvüdürlər.
Bayraq | Ölkə | Rəsmi dil(lər)indəki uzun ad(lar) | Paytaxt | Pul vahidi | Əhali | Sahəsi | Xəritə |
---|---|---|---|---|---|---|---|
Antiqua və Barbuda[n 1] | ing. Antigua and Barbuda | Sent Cons | Şərqi Karib dolları | 97.118 | 442.6 | ||
Baham adaları[n 1] | ing. Commonwealth of the Bahamas | Nassau | Baham dolları | 389.482 | 13.880 | ||
Barbados[n 1] | ing. Barbados | Brictaun | Barbados dolları | 287.025 | 430 | ||
Beliz[n 1][n 2] | ing. Belize | Belmopan | Beliz dolları | 390.353 | 22.966 | ||
Kanada[n 3] | ing. Canada fr. Canada |
Ottava | Kanada dolları | 35.151.728 | 9.984.670 | ||
Kosta-Rika[n 2] | isp. República de Costa Rica | San-Xose | Kosta-Rika kolonu | 5.094.118 | 51.100 | ||
Kuba | isp. República de Cuba | Havana | Kuba pesosu | 11.320.970 | 110.860 | ||
Dominika[n 1] | ing. Commonwealth of Dominica | Rozo | Şərqi Karib dolları | 72.133 | 751 | ||
Dominikan Respublikası[n 2] | ing. Dominican Republic isp. República Dominicana |
Santo-Dominiqo | Dominikan pesosu | 10.938.373 | 48.670 | ||
Salvador[n 2] | ing. Republic of El Salvador isp. República de El Salvador |
San-Salvador | ABŞ dolları | 6.513.912 | 21.041 | ||
Qrenada[n 1] | ing. Grenada | Sent-Corces | Şərqi Karib dolları | 112.953 | 344 | ||
Qvatemala[n 2] | isp. República de Guatemala | Qvatemala | Qvatemala ketsalı | 18.195.184 | 108.889 | ||
Haiti[n 1] | fr. République d'Haïti | Port-o-Prens | Haiti qurdu | 11.518.548 | 27.750 | ||
Honduras[n 2] | isp. República de Honduras | Tequsiqalpa | Honduras lempirası | 10.036.928 | 112.090 | ||
Yamayka[n 1] | ing. Jamaica | Kinqston | Yamayka dolları | 2.971.812 | 10.991 | ||
Meksika[n 3] | isp. Estados Unidos Mexicanos | Mexiko | Meksika pesosu | 130.060.167 | 1.964.375 | ||
Nikaraqua[n 2] | isp. República de Nicaragua | Manaqua | Nikaraqua kordobası | 6.390.306 | 130.370 | ||
Panama[n 2] | ing. Republic of Panama isp. República de Panamá |
Panama | Panama balboası ABŞ dolları |
4.371.804 | 75.420 | ||
Sent-Kits və Nevis[n 1] | ing. Federation of Saint Kitts and Nevis | Baster | Şərqi Karib dolları | 53.510 | 261 | ||
Sent-Lüsiya[n 1] | ing. Saint Lucia | Kastris | Şərqi Karib dolları | 184.318 | 616 | ||
Sent-Vinsent və Qrenadin[n 1] | ing. Saint Vincent and the Grenadines | Kinqstaun | Şərqi Karib dolları | 111.230 | 389 | ||
Trinidad və Tobaqo[n 1] | ing. Republic of Trinidad and Tobago | Port-of-Speyn | Trinidad və Tobaqo dolları | 1.403.213 | 5.128 | ||
Amerika Birləşmiş Ştatları[n 3] | ing. United States of America | Vaşinqton | ABŞ dolları | 332.605.398 | 9.826.675 |