Şeyxzadə Babiç
Şeyxzadə Babiç | |
---|---|
başq. Шәйехзада Мөхәммәтзәкир улы Бабич | |
Doğum tarixi | 14 yanvar 1895 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 mart 1919[1] (24 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyxzadə Babiç (14 yanvar 1895, Asyanovo[d], Ufa quberniyası – 28 mart 1919[1], Zilair[d]) — Başqırd ordusunda hərbi müxbir.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1918–1919-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Şeyxzadə Babiç Başqırdıstanın muxtariyyətı uğrunda mübarizə aparır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]- 1993-cü ildə rejissor Malik Yakşimbetov şair Şeyxzadə Babiç haqqında "На камне кровь моя густая" (azərb. Daş üzərində mənim qatı qanım) adlı sənədli film çəkib.
- 1995-ci ildə Başqırd Respublikasının hökuməti Şeyxzadə Babiç adına gənclər təqaüdü təsis edib.
- Şairin vətənində 1995-ci ildə Şeyxzadə Babiç muzeyi açılıb.
- Asyanovo və Zilair kənd gimnaziyaları Şeyxzadə Babiçin adını daşıyır.
- Asyanovo, Zilair, Sibay və Babiçlərin vətəni olan Başqırdıstanın Mişkinksk rayonunun Kıqazıtamak kəndlərində şairin büstü qoyulub.
- Qaliya mədrəsəsinin binasında və şairin öldüyü Zilair kəndindəki binada şairin xatirəsinə memorial lövhə qoyulub.
- Başqırdıstanın bir çox yaşayış bölgələrində Babiçin adına küçələr var.
- Çelyabinskdə Başqırd tatar ədəbiyyatı kitabxanası şairin adını daşıyır.
- 2017-ci ildə rejissor Bulat Yusupov Şeyxzadə Babiç haqqında "Babiç" bədii filmini çəkib. Filmdə Şeyxzadə Babiçin rolunu aktyor İlgiz Tahirov canlandırıb.
- 28 iyun 2019-cu ildə Ufada yerləşən telemərkəzin qarşısında şairin abidəsinin açılışı olub.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Бабич Шайхзада Мухаметзакирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.