Şəkilçi

Vikipediya, azad ensiklopediya
(Şəkilçilər səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Şəkilçi — lüğəvi mənası olmayan, sözün ayrılıqda işlənə bilməyən və kökə qoşulduqdan sonra leksik və ya qrammatik məna yaradan hissəsidir. Azərbaycan dilində, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir[1], lakin bəzi şəkilçilər sözün kökündən əvvələ də qoşula bilir[1].

Məsələn: comərd, nakişi.

Şəkilçilər 2 cür olur: leksik şəkilçilər və qrammatik şəkilçilər.

Leksik şəkilçilər

[redaktə | mənbəni redaktə et]

İkinci adı sözdüzəldici şəkilçilərdir. Azərbaycan dili qrammatikasında leksik şəkilçilər ∧ işarəsi ilə göstərilir.[2]

Bu şəkilçilər sözlərin kökünə yaxud başlanğıc formasına qoşularaq yeni mənalı söz yaradır. Yeni yaranan sözlə kök arasında məna yaxınlığı olur.

Leksik şəkilçilər həm milli, həm də alınma ola bilər. Alınma leksik şəkilçilər, əsasən, isim, sifətzərflərin yaranmasında istifadə olunur.

Azərbaycan dilində leksik şəkilçilər əsasən sözün sonuna artırılır. Sözlərin önünə artırılan şəkilçilər alınma şəkilçilərdir. Məsələn, na- (nakişi), la- (laməkan), ba- (baməzə), bi- (binamus) və s. Söz önünə artırılan şəkilçilər əsasən inkarlıq, əks məna yaratmaq üçün istifadə olunur və əksər hallarda -sız mili şəkilçisi ilə əvəzlənə bilir.

Leksik şəkilçilər qrammatik şəkilçilərdən əvvəl işlənir. Ancaq bəzi leksik şəkilçilər var ki, qrammatik şəkilçidən sonra işlənə bilir: -kı, -sız, -gil, -dakı. Bu hal Azərbaycan dilinin iltisaqiliyini pozur. Həmçinin, leksik şəkilçilər ahəng qanununa uyğun olaraq, əsasən, iki və dörd cür yazılır, lakin belə şəkilçilər sırasında bir cür yazılanları da var.[3]

  • -daş, -kar, -keş, -dar.
  • Hesabdar, bayraqdar, vətəndaş, zəhmətkeş, sənətkar.
  • Vətən-daş, tələb-kar, zəhmət-keş, anbar-dar.

İkinci adı sözdəyişdirici şəkilçilərdir. Qrammatik şəkilçilər Azərbaycan dili qrammatikasında işarəsi ilə göstərilir[2]. Ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılır[4].

Bu şəkilçilər sözün kökünə qoşularaq yalnız sözün formasını dəyişir, heç bir məna fərqliliyi yaratmır (yeni söz yaratmır). Qrammatik şəkilçilər söz birləşmələri və cümlələrdə sözlər arasında qrammatik əlaqə yaradır. Onlar əsasən lar lər şəkilçiləri ilə bilinir Qramatik şəkilçilər sözün leksik mənasını dəyişmir, Sözlər arasında əlaqə yaratmağa xidmət edir məsələn :Bakının küçələri

  1. 1 2 "Sözün tərkib hissələri" (az.). kayzen.az. 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
  2. 1 2 "Leksik və qrammatik şəkilçilər" (az.). language.az. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
  3. "Şəkilçilərin yazılışı" (PDF) (az.). unec.edu.az. 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-03.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; istinad16 adlı istinad üçün mətn göstərilməyib