40°04′15″ şm. e. 47°10′05″ ş. u.HGYO

İmamqulubəyli (Ağcabədi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İmamqulubəyli
40°04′15″ şm. e. 47°10′05″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
İmamqulubəyli xəritədə
İmamqulubəyli
İmamqulubəyli

İmamqulubəyliAzərbaycan Respublikasının Ağcabədi rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndi Hindarx kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

İmamqulubəyli yaşayış məntəqəsi XIX əsrin əvvəllərində 104 ailədən ibarət qaradolaq tayfasına mənsub olan ailələr tərəfindən salınıb. Çar hökuməti həmin ailələrin idarəsini İmamqulu bəyə 5 illiyə vermişdi. Bundan sonra həmin qaradolaq ailələri İmamqulubəyli adlanmışdır. Sonralar imamqulubəylilər bir neçə eyni adlı kəndlər yaratmışlar. Hazırda Ağdam və Bərdə rayonlarında da İmamqulubəyli kəndi vardır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ düzündə yerləşir.

1500 nəfərdən çox. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. 1 2 Nazim Tapdıqoğu. Ağcabədi Ensiklopediyası. Bakı: Təhsil NPM, 2007